Ankara Böyükşəhər Bələdiyyəsi çətin günlər yaşayan və tamaşaçı ilə görüşə bilməyən teatrlara həm də iqtisadi dəstək verəcək yeni bir layihə həyata keçirir.
Türkiyənin “Hürriyyət” qəzetinin yazdığına görə, layihə çərçivəsində Başkəntdə fəaliyyət göstərən teatrların 37 tamaşası ABB TV və Başkənt Mobile-da yayımlanacaq. Ankara Böyükşəhər Bələdiyyəsi Mədəniyyət və Sosial İşlər Dairəsi Müdiriyyətinin nəzdində olan Başkənt Teatrları - Ankara Teatr İstehsalçıları (ANTİYAP) Dərnəyinə üzv 25 teatr başda olmaqla, 10 digər teatrın və 2 fiziki məhdudiyyətlilər üçün teatrın tamaşalarının nümayişinə qapılarını açacaq. Paytaxt teatrlarının səhnəsində pandemiya şəraiti ilə əlaqədar seyrçisiz oynanılacaq tamaşalar lentə alınaraq həftəsonları, xüsusən də komendant saatının tətbiq olunduğu saatlarda yayımlanacaq.
Birinci mərhələdə tamaşaçılar 12 böyük və 13 uşaq tamaşasını onlayn izləyə biləcəklər. Pandemiya dövründə tamaşaçıları ilə görüşə bilməyən teatrları tək buraxmaq istəmədiklərini vurğulayan Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mansur Yavaş fikirlərini belə ifadə edib: “Pandemiyada çətin anlar yaşayan teatrlarımızın yanında olmağa çalışırıq. 37 fərqli tamaşanı alıb yayımlayaraq, həm teatrlarımızı dəstəkləyəcək, həm də vətəndaşlarımızın sənətdən uzaq qalmasının qarşısını alacağıq. Oyunları ABB TV və Başkənt Mobil-də izləyə bilərsiniz”.
Hazırladı: Milana Orucova
Müəllifin digər yazıları
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə “ADMİU 99+” layihəsi çərçivəsində keçirilən “PİLLƏ” Tələbə Tamaşaları Festivalı başa çatıb...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Çağdaş teatr dövr və sənətlərin sintezi paradiqmasında” mövzusunda tələbə elmi konfransı keçirilib.
Hər il ənənəvi olaraq Teatr sənəti fakültəsinin Teat...
Dünya sivilizasiyası matriarxatdan başlamışdır. Qadın hər zaman insan cəmiyyətində xüsusi mövqeyə malik olmuşdur. Həm dünya, həm də Azərbaycanın istər xalq ədəbiyyatı, istərsə də yazılı ədəbiyyatı qəhrəman qadın obrazları il...
Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində “Toplum. Teatr. Psixologiya” mövzusunda tələbə elmi konfransı keçirilib. Ənənəvi olaraq, Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən ke&...
Əsərləri 35 ölkədə səhnəyə qoyulmuş, 32 beynəlxalq mükafata layiq görülmüş məşhur türk dramaturqu Tüncer Cücənoğlunun daha bir neçə pyesi Azərbaycan türkcəsinə tərcümə edilib.
“Bir...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbə elmi konfransı keçiriləcək. Ənənəvi olaraq, Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən III kurs tələbə-teatrşünasların iştirakı ilə hər il ke&cc...
Ötən ilin mart ayından koronavirus pandemiyası səbəbi ilə qapılarını bağlayan Brodvey teatrları, ilk dəfə 36 dəqiqəlik tamaşa ilə pərdələrini seyrçilərin üzünə yenidən açıb.
Pandemiyadan ən çox təsirlənən sahələ...
Kanadalı aktyor Christopher Plummer 91 yaşında vəfat edib. Plummer ABŞ-ın Konnektikut əyalətindəki evində dünyasını dəyişib. Vəfat edərkən həyat yoldaşı Elaine Taylor yanında olub.
46 illik meneceri və dostu Lou Pitt Plummeri "işinə h&o...
Polşada koronavirus məhdudiyyətlərində növbəti yumşaldılmaya qərar verilib. Belə ki, teatrlar, kinoteatrlar, operalar, otellər, filarmoniya orkestrləri, üzgüçülük hovuzları və xizək yamacları 12 fevral tarixindən yenid...
Mədəniyyət, incəsənət və əyləncə mərkəzi olan DasDas, sənətsevərləri yenidən teatr ilə görüşdürməyə hazırlaşır. Pandemiya tədbirləri çərçivəsində tətbiq olunan məhdudiyyətlər səbəbiylə İstanbul Ataşəhər Metropoldaki səhnə...