YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov və baş rejissor Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edərək kollektivi salamlayıb. Qeyd olunub ki, teatr ötən il çox uğurlu mövsüm keçirib. Kollektiv ötən mövsümün sonlarında  Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən “Novruz” türkdilli xalqların teatr festivalında uğurla çıxış edib. Teatr beynəlxalq festivalda Azərbaycanı R.Akutaqavanın “Cəngəllikdə” əsəri əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” (quruluşçu rejissor Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə) tamaşası ilə təmsil edib.  

Tamaşa həm mütəxəsəssislər, həm də tamaşaçılar tərəfindən müsbət qarşılanıb. YUĞ Teatrı festivalda iştirakına görə diplomla və Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının fəxri fərmanı ilə təltif edilib. 

Kollektiv həmçinin Pərvinin əsəri əsasında Ramiz Həsənoğlunun quruluşunda hazırlanmış “Sonuncu” tamaşası ilə Şamaxı, Quba, Xaçmaz, İsmayıllı və Abşeron rayonlarında qastrolda olub. 

Ötən mövsüm ərzində teatrda 3 yeni tamaşa hazırlanıb. Bunlardan biri Nobel mükafatçısı Orxan Pamukun “Mənim adım qırmızı” romanının motivləri əsasında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan “Mən ağacam”, digəri isə H.İbsenin “Vahimə” əsəri əsasında Gümrah Ömərin quruluş verdiyi “Vəsvəsə” tamaşalarıdır. Mövsümün sonuncu tamaşası isə Bolqarıstandan dəvət olunmuş  rejissor Xristo Stoyçevin V.Şekspirin “III Riçard” əsəri əsasında hazırladığı “Lənət” tamaşasıdır. Hər üç səhnə əsəri tamaşaçılar və mütəxəssislər tərəfindən maraqla qarşılanıb və teatrın repertuarına daxil edilib. Eyni zamanda, teatrın aktyorları Vidadi Həsənov Xalq, Qasım Nağı Əməkdar artist fəxri adları ilə təltif olunub, Xalq artisti Məmmədsəfa Qasımova isə Prezident İlham Əliyev tərəfindən mənzil bağışlanıb.

Teatr yeni mövsümü sentyabr ayının 28-də Xristo Stoyçevin quruluşunda hazırlanmış “Lənət” tamaşası ilə açacaq.  Rejissor V.Şekspirin əsərini yeni səhnə redaksiyasında təqdim edir. Pyesi Azərbaycan dilinə YUĞ Teatrın aktyoru, Əməkdar artist Vidadi Həsənov çevirib. Tamaşada cəmi 4 obraz iştirak edəcək. “Lənət” adı ilə təqdim olunan səhnə əsərində YUĞ Teatrının aktyorları Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), Qasım Nağı (Bekingem), aktyorlar Oqtay Mehtiyev, Vüqar Hacyev (Riçard), Elgün Həmidov (Bekingem), Natəvan Qeybani (Marqarita), Zümrüd Qasımova və Təranə Ocaqverdiyeva (Kraliça Yelizaveta) çıxış edirlər. Tamaşanın səhnə tərtibatını bolqar rəssam Olqa Boseva verib. Sentyabr ayının 29-da isə “Vəsvəsə” tamaşası nümayiş olunacaq. 

Norveç dramaturqu Henrik İbsenin “Vahimə” əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır. Tamaşada Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) çıxış edirlər. 

Bu mövsüm YUĞ teatrı üçün xüsusilə əlamətdardır. Çünki kollektivimiz 30 illik yubileyinə hazırlaşır. Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilin sonlarında YUĞ Teatrının 30, teatrın qurucusu Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək. 

Bununla yanaşı, mövsüm ərzində teatrda 4 yeni tamaşanın hazırlanması nəzərdə tutulur. 

Cari mövsümdə teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda İlqar Fəhminin əsəri əsasında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tamaşa-kompozisiyanın, Mikayılov Mikayılovun quruluşunda İvan Vırıpaevin pyesi əsasında “İllüziyalar” adlı yeni səhnə əsərinin hazırlanması planlaşdırılır. 

Növbəti həftədən yeni tamaşaların məşqləri başlanacaq. Həmçinin N.Qoqolun “Dəlinin qeydləri” və M.Vişnekin “Qoca kloun tələb olunur” əsərləri də teatrın repertuar planına daxil edilib. 

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Musiqili teatr “Qodonun intizarında”…

May ayının 31-də saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında Nobel mükafatı laureatı Samuel Bekkertin “Qodonun intizarında” absurd pyesi əsasında hazırlanmış tamaşanın premyerası olacaq. Fərəc...

Paytaxt teatrlarının həftəlik repertuarı (9 may – 15 may)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 10 may İ.Əfəndiyev “Boy çiçəyi” saat 19:00 11 may “Nindza tısbağalar” saat 12:00 Ə.Əmirli “Şah Qacar” saat 19:00 12 may C.Məmmədquluzadə “Anamın kitabı” saat 12:00   Azərbaycan...

“Kərgədan buynuzu”

11 dekabr tarixində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kərgədan buynuzu” tamaşası nümayiş olunub. Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu”...

Recent

Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd edilib

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə dünya şöhrətli yazıçı Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında...

Aliyə Dadaşova – “Teatrın haqqı haqqında”

Desək teatr saytı açmışıq, əlimizə telefon alıb sorğu etsək, ən çox hansı sualı verərlər bizə? -Yəni teatr var ki? Öz günü-güzəranı, dərdi-çoru ilə əlləşən sadə adamın...

Paytaxt teatrlarının həftəlik repertuarı (23 may – 29 may)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 24 may V.Səmədoğlu “Generalın son əmri” saat 19:00 25 may A. Saqareli “Xanuma” saat 19:00 26 may A.Tolstoy “Buratino” saat 12:00 İ.Əfəndiyev “Boy çiçəyi” saat...