Yuğ Teatrı mövsümə “Sonuncu” ilə başlayacaq

Azərbaycan Dövlət YUĞ Teatrı yeni mövsümü 22 sentyabr tarixində saat 19.00-da açacaq. Teatr 30-cu mövsümə Pərvinin əsəri əsasında hazırlanmış “Sonuncu” tamaşası ilə başlayacaq. Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda hazırlanan tamaşada rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova ifa edirlər. Səhnə əsərinin geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.

Dahi A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxım bucağından yanaşmağa çalışıblar. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.

Qoca, tənha aktyor, onun şərəfinə keçirilən benefisdən sonra yatıb teatrda qalır. Bu zaman onun yatdığı məkana gənc teatrşünas gəlir və onların arasında teatr, aktyorun keçmişi, oynadığı rollar, uğurlu tamaşalar, yaşadığı gənclik illəri, nakam məhəbbəti, sənətə vurğunluğu haqqında söhbətlər başlayır…

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Aydın Talıbzadə – “SƏRHƏDSİZ TEATR” İDEYASININ CAZİBƏSİ”

Sərhədsiz teatr, ilk növbədə, düşüncənin sərhədsizliyini işarələyir, sonra isə coğrafi sərhədlərin aradan götürülməsi məsələsini eyhamlaşdırır. Əgər dünya insanın vətənidirsə, ona bu dünyanı rahat gəzməyə...

Bakıda “Medeya Evripidə qarşı”

Aprelin 5-də saat 19:00-da Akademik Milli Dram Teatrında “Medeya Evripidə qarşı” tamaşası təqdim olunacaq. Gürcüstanın Msxeti Dövlət Dram Teatrı Gürcüstan-Azərbaycan mədəni əməkdaşlığı çərçivəsində Bakıda...

Kuklaçıların seçdikləri

Mütəmadi repertuarında yeniliklər edən, azyaşlıların mənəvi-estetik zövqünü formalaşdıran, onların incəsənətə sevgi ruhunda formalaşdırmağa çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 2019-cu il yaradıcılıq...

Recent

“Boş məkanın dolğunluğu-2” Teatr festivalı yaxınlaşır

1-9 mart 2019-cu il tarixində «Boş məkanın dolğunluğu-2» Eksperimental tamaşalar festivalı keçiriləcək. Azərbaycan Teatr Xadimləri İttifaqınnın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi...

Sonuncu magikan getdi

Xalq artisti Fuad Poladov dünyasını dəyişib. Qeyd edək ki, Fuad Poladov uzun müddətdir, ağciyər xərçəngindən əziyyət çəkirdi. Sənətkarın cənazəsi bu gün saat 13.00-da öz evindən...

Əlif Cahangir, “İntəhası…”

Teatro.az “İntəhası...” adlı yeni layihəni təqdim edir. İntəhası qonağımız rejissor Əlif Cahangirdir. 1. Şekspir “dünya bir səhnədir, biz insanlar aktyor” – deyir. İntəhası… nə o...