Xəbər “Yaşa, yaşa Azərbaycan!”

“Yaşa, yaşa Azərbaycan!”

-

Milli azadlıq hərəkatı tariximizi, onun öncüllərini, xüsusən Məhəmməd Əmin Rəsulzadəni düşündükcə, unudulmaz Mirzə Cəlilin xatiratında yazdığı “gözümü dünyaya açanda “Allahu Əkbər” nidasını eşitdim” sözləri yadıma düşdü. Nədənsə, mənə elə gəldi ki, Məhəmməd Əmin də xatirələrini yazmış olsaydı, ilk səhifəni bu sözlərlə başlayardı. Bəli, “Allahu Əkbər” dilinin əzbəri olub, çünki qəti əmin idi ki, Allah da birdir, vətən də.
Adı fərmanlarda “unudulsun” hökmü ilə möhürlənsə də, doğma torpağından, həmvətənlərindən uzaq salınsa da o, ürəyində Azərbaycan boyda nisgil daşıdı. Talesiz Almaz İldırımın bağrından qopub dilini, dodaqlarını yandıran “Azərbaycan, mənim tacım, taxtım oy!” nidası onun da ürəyini qovurdu. İçində poetik bir dünya yaşatsa da o, şair deyildi, daha çox mütəfəkkir idi.
Söylədiyi dərin, sərrast, tutumlu fikirlər qafiyəsiz idi, amma cansız deyildi, ürəklərə yol tapa bilir, yaşayırdı: “… bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz” – belə bir amala tapınmışdı… o zamanlar rəsmi dövlət dairələri tərəfindən tanınmayan, ən yaxşı halda yasaq edilən həmvətənimiz – XX əsrdə Azərbaycanımızın yetirdiyi ən görkəmli dövlət xadimlərindən biri, Məhəmməd Əmin Rəsulzadə…
İslam tarixindən bəlli olduğu kimi, peyğəmbərimiz həzrət Məhəmməd (s.a.s) hələ gənc yaşlarında ikən, olduqca təmkinli, dürüst və ədalətli olduğu səbəbindən qohum-əqrəbası onu Məhəmməd Əmin çağırmışlar. Övladına bu adı verən Axund Ələkbərin ürəyində oğlunu təmkinli, millət üçün faydalı iş görən, müqəddəs əqidələr yolçusu kimi görmək niyyəti olub. Və hər dəfə namaz üstə “Ya rəbbim, arzumu ürəyimdə qoyma” deyib, pərvərdigardan bu mətləbi diləyib. Zaman göstərdi ki, Allah Axundun dualarını eşidib, məhz elə bir ömür bəxş elədi Məhəmməd Əminə.
Cavan yaşlarından Qurani-Kərimi öyrəndi, peyğəmbərimizin dühasını, təsirini duydu, İslam prinsiplərini zəruri ideoloji bünövrə kimi qəbul edib, milli ideyanın qanadlarından biri olduğuna inandı. Oxuduğu şəxsiyyətlər içərisində Homer vardı, Höte, Şekspir, Servantes, Russo, Marks vardı. Amma onun “könlünün sevgili məhbubi” Nizami idi, Füzuli idi, Mirzə Cəlil və Sabir idi. Bir də Hüseyn Cavidə, Yunis İmrəyə bayılırdı.
Bir zamanlar pyeslər və şeirlər yazan, Qorki əsərlərindəki inqilabi ruhu bəyənən, hətta “Ana” romanını dilimizə çevirən Məhəmməd Əmin, daha sonralar onun “bəsit proletarçılığından” bıkdı, daha oxunaqlı və faydalı hesab etdiyi Tolstoya, Dostoyevskiyə üz tutdu.
Siyasi fəaliyyəti, milli istiqlal mücadiləsi ilə bağlı görüşlərini zaman-zaman qələmə alan M.Ə.Rəsulzadə ayrı-ayrı illərdə, mətbuatla, o cümlədən “Füyuzat”, “İrşad”, “Tərəqqi”, “Azərbaycan”, “Təkamül”, “Açıq söz” kimi qəzetlərlə əməkdaşlığa qoşuldu, siyasi-ictimai mühitin formalaşmasına, həmvətənlərində milli istiqlal ruhunun mətinləşməsinə namusla xidmət etdi. Azərbaycan istiqlalı yolunda yaşanan mərhələlərdə M.Ə.Rəsulzadə “Azərbaycan davası”nın nəzəri məsələlərini bu gün xüsusi əhəmiyyət daşıyan kitablarında işləyib hazırladı.
“Bizə hansı hökumət lazımdır?”, “Azərbaycanda hürriyyət savaşı”, “Camaat iradəsi”, “İstiqlal məfkurəsi və gənclik” kimi əsərləri M.Ə.Rəsulzadəni hər şeydən əvvəl milli istiqlal hərəkatının görkəmli nəzəriyyəçisi kimi də tanıtdırdı.
Bəlli həqiqətdir ki, xalqımızın soy-kökü əsrlərin keşməkeşindən keçib gəlmiş qədim, həm də çoxcəhətli türk mədəniyyəti əsaslarına söykənir. Əcnəbilər tərəfindən ekzotik qəbul edilən türk mənəviyyatı, islam mədəniyyəti qaynaqları ilə birləşərək bu günün özündə belə öz fenomeni ilə digər millətlərin diqqətini cəlb edən azərbaycanlı mentalitetini formalaşdırmışdır.
Odur ki, bolşevik istilasını qəzəblə pisləyən və ömrünün sonuna qədər həmin rejimə qarşı ardıcıl mücadilə aparanlardan biri olan Məhəmməd Əmin Rəsulzadənin fikrincə, “… Müsəlman və türk məmləkəti olması etibarilə Qafqaziya, Azərbaycan nə din, nə irq, nə də kültür baxımından kəndisi ilə qətiyyən əlaqəsi olmayan Rusiya tərəfindən, ancaq silah gücüylə tutulmuşdur. Və məlum olduğu üzrə tarixi ənənəsi türk və islam düşmənliyinə dayanan bu dövlətə heç bir zaman isinmədiyindən gərək türkçülük və gərəksə islamçılıq ideyaları burada daima canlı inikaslar bulmuşdur”.
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Məhəmməd Əminin söylədiyi “… Biz millətə milli istiqlalı dadızdıra bildik” ifadəsini xatırladıqca qürur hissi keçiririk. Çünki həmin sözlər onun acı təəssüfü deyil, gələcəyi görməyi bacaran, zamanın enişində büdrəmiş bir millətin sözləridir. Həmin sözlərin ifadə etdiyi həqiqətin şirinliyi bu gün də duyulmaqdadır.
İkinci vətən bildiyi Türkiyənin Ankaradakı qəbiristanında əbədiyyətə qovuşan Məhəmməd Əmin Rəsulzadə cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin sönmüş ocaqlarının, daha sonralar, yəni əsrin sonunda bir daha közərməsini, dünyanın hər qitəsindən görünən nəhəng dilli alovlarla yandığını, bu gün artıq 27-ci ilini tarixə yazan Müstəqil Azərbaycan Respubiklasını, onun müasir iqtisadi qüdrətini, dünya birliyindəki yerini, çağdaş gəncliyini görsəydi, yəqin ki, çox sevdiyi sözləri: “Yaşa, yaşa Azərbaycan!” deyərdi.

İsrafil İsrafilov
Əməkdar incəsənət xadimi, professor

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik