Ana səhifə » Xəbər » Xalq artisti Mehdi Məmmədova həsr edilmiş “Ömrün səhifələri” kitabının təqdimatı olub

Son yazılar

Xəbər
Fevral 22, 2019

Bakı Uşaq Teatrı “Nəsimi ili – Nəsimi dili” Festivalı keçirəcək

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Teatr-Tamaşaçı
Fevral 21, 2019

“Boş məkanın dolğunluğu” 2-ci Eksperimental tamaşalar festivalı

Xəbər
Fevral 22, 2019

Mingəçevir teatrının səhnəsində “Ayı”

Sərəncam
Fevral 22, 2019

Teatrın yenidən qurulması işləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Xəbər
Fevral 21, 2019

Bolqarıstanda Xocalı soyqırımına həsr olunmuş tamaşa

Xəbər
Fevral 20, 2019

Musiqili Teatrda “Balaca Şahzadə”nin premyerası olacaq

Mozaika
Fevral 20, 2019

Yarat “İnsan: özünü tanı” proqramını təşkil edir (R)

Kino
Fevral 20, 2019

Əlisəfdər Hüseynov – Fazil Salayevin gözləri…

Xəbər
Fevral 20, 2019

Dərbənddə “Dağılan tifaq”ın premyerası

Mövqe
Fevral 18, 2019

Məleykə Məmmədova – Ağıllı adamlar və axmaq ümidlər

Kino
Fevral 18, 2019

Bir şəklin tarixçəsi – “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı…

Xəbər
Fevral 16, 2019

Lənkəran teatrında yeni tamaşanın premyerası olub

Xəbər
Fevral 15, 2019

Milli Teatr gününə Musiqili Teatrın hədiyyəsi

Xəbər
Fevral 15, 2019

Ağdam Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq

Xəbər
Fevral 15, 2019

ADMİU-nun tələbəsinə Vaqif Əhmədov adına təqaüd təqdim edilib

Mövqe
Fevral 14, 2019

Nigar Pirimova – 6 yaşınız mübarək, “Oyuq”çular…

Afişa
Fevral 14, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (14 fevral– 20 fevral)

Mövqe
Fevral 14, 2019

Oldos Haksli – Teatrın sirri (Esse)

Xəbər
Fevral 14, 2019

“Boş məkanın dolğunluğu-2” Teatr festivalı yaxınlaşır

Xəbər
Fevral 14, 2019

ADMİU “Nəsimi ili” ilə bağlı tədbirlər planı hazırlayıb

Mövqe
Fevral 14, 2019

Xəyalə Rəis – TEATRŞÜNAS HARADA İŞLƏYƏ BİLƏR?

Mövqe
Fevral 14, 2019

Nigar Pirimova – “Buratino” ilə görüş

Xəbər
Fevral 14, 2019

Beynəlxalq Muğam Mərkəzində “Kərgədan buynuzu” tamaşası nümayiş olunacaq

Persona
Fevral 13, 2019

Fuad Poladovun şəxsi arxivi Teatr Muzeyində – Saatı, eynəyi, şərfi… – FOTO

Xəbər
Fevral 13, 2019

Azərbaycan Tehranda keçirilən teatr festivalında iştirak edir

Xəbər
Fevral 13, 2019

Teatr Muzeyinin 85 yaşı qeyd olunacaq

Müsahibə
Fevral 13, 2019

Hanı bu kinoların musiqisi?

Müsahibə
Fevral 13, 2019

Anar Heybətov – “Ən böyük tənqidçim qızımdır”

Müsahibə
Fevral 12, 2019

Rasim Cəfər: “Yavaş-yavaş “yox” deməyi öyrənirəm”

Xalq artisti Mehdi Məmmədova həsr edilmiş “Ömrün səhifələri” kitabının təqdimatı olub

Yanvarın 28-də Teatr Xadimlər İttifaqinda Azərbaycan teatr sənətinin istedadlı nümayəndəsi, görkəmli teatr rejissoru, tanınmış aktyor, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədova həsr olunmuş “Ömrün səhifələri” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab Mehdi Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunub.

Əvvəlcə tədbir iştirakçıları Teatr Xadimləri İttifaqinın foyesində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxıblar.

Tədbirin aparıcısı, Xalq artisti Hacı İsmayılov Mehdi Məmmədovun bənzərsiz sənət dünyasından söz açıb. Bildirib ki, ötən il ölkə başçısının müvafiq Sərəncamı ilə görkəmli sənətkarın 100 illiyi geniş tədbirlərlə qeyd edilib. “Ömrün səhifələri” kitabının təqdimatının yanvarın 28-də keçirilməsinin heç də təsadüfi olmadığını söyləyən Hacı İsmayılov deyib ki, bu gün Mehdi Məmmədovun anım günüdür.

Mehdi Məmmədovun tələbəsi olduğunu və ondan sənətin sirlərini öyrəndiyini söyləyən Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri, Xalq artisti, professor Azər Paşa Nemətov unudulmaz sənətkarla bağlı xatirələrini bölüşüb.

Azərbaycan, rus və ingilis dillərində hazırlanmış “Ömrün səhifələri” kitabının konkret sənədlər əsasında yazıldığını söyləyən Azər Paşa Nemətov deyib ki, kitabda sənətkarın həyat və yaradıcılığının ən vacib məqamları və fotolarda əbədiləşən anları öz əksini tapıb.

Kitabın müəllifi, Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova, Xalq artistləri Ramiz Məlik, Rafiq Əzimov və başqaları çıxış edərək Mehdi Məmmədovun bənzərsiz sənət dünyasından söz açıblar.

Bildirilib ki, Mehdi Məmmədov 1918-ci ildə Şuşa şəhərində anadan olub. Hələ uşaq yaşlarından Bakı Türk İşçi Teatrının səhnəsində çıxış edən M.Məmmədov 1932-1935-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində oxuyub, 1940-cı ildə təhsilini A.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda davam etdirib.

Yaradıcılıq fəaliyyətinə 1940-cı ildə Gəncə Dövlət Dram Teatrında başlayan gənc rejissor burada Məmmədhüseyn Təhmasibin “Bahar”, Üzeyir Hacıbəylinin “Məşədi İbad”, Cəfər Cabbarlının “Od gəlini”, Səməd Vurğunun “Vaqif” pyeslərinə quruluş verib. Öz axtarışları, üslubu, dəstxətti ilə seçilən sənətkar ömrünün sonuna qədər respublikanın mötəbər teatrlarında baş rejissor vəzifəsində çalışıb. Xalqın, teatrsevərlərin maraqla izlədiyi, sevdiyi tamaşaların müəllifi olub. O, 1953-1960-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, 1960-1963-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, 1978-1982-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. Yaradıcılıq fəaliyyəti ilə yanaşı M.Məmmədov 1969-cu ildən 1976-cı ilə qədər Azərbaycan Teatr Cəmiyyətinə də sədrlik edib.

Nadir istedada malik rejissorun müəllifi olduğu Cəfər Cabbarlının “Oqtay Eloğlu”, “Od gəlini”, Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Hüseyn Cavidin “Xəyyam”, “İblis”, Mirzə İbrahimovun “Kəndçi qızı”, Sabit Rəhmanın “Toy”, Nikolay Qoqolun “Müfəttiş”, Lope de Veqanın “Rəqs müəllimi”, Karlo Holdoninin “Mehmanxana sahibəsi”, Maksim Qorkinin “Meşşanlar”, Lev Tolstoyun “Canlı meyit” və bir çox başqa tamaşalar Azərbaycan teatr sənətinin, səhnəmizin ən uğurlu nümunələri kimi dəyərləndirilib və tarixdə öz layiqli yerini tutub. Rejissorun Akademik Dram Teatrının səhnəsində hazırladığı, öz orijinallığı, yüksək bədii keyfiyyətlərinə görə seçilən Hüseyn Cavidin “İblis” tamaşası 1984-cü ildə Dövlət mükafatına layiq görülüb.

Vurğulanıb ki, Mehdi Məmmədov rejissor kimi qazandığı uğurları həm də aktyor kimi təkrarlayıb. Onun Akademik Dram Teatrının səhnəsində yaratdığı Tolstoyun “Canlı meyit”ində Fyodor Protasov, Cavidin “Xəyyam”ında Xəyyam, Vurğunun “İnsan”ında Şahbaz, Qorkinin “Meşşanları”nda Teterev, 1959-cu ildə “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Onu bağışlamaq olarmı?” bədii filmində yaratdığı Qaya obrazı yüksək ifaçılıq nümunəsi kimi bu gün də xalqın və teatrsevərlərin yaddaşındadır.

O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu”, Cakomo Puççininin “Toska”, Cahangir Cahangirovun “Azad” operalarına, Azərbaycan Dövlət Rus Dram Teatrında Maksim Qorkinin “Həyatın dibində”, Mixail Şatrovun “Mənim ümidlərim” əsərlərinə maraqlı quruluş verib.

Bildirilib ki, Mehdi Məmmədov Azərbaycanda teatr səhnəsindəki məhsuldar fəaliyyəti ilə paralel olaraq, 1945-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub. Görkəmli rejissor bu sahədə bir neçə sənətkar nəslinin yetişməsində yaxından iştirak edib. Onun müəllifi olduğu “Azərbaycan dramaturgiyasının estetik problemləri”, “Teatrlar. Aktyorlar. Tamaşalar”, “Rejissor sənəti”, “Estetika haqqında söhbətlər”, “Teatr düşüncələri”, “Onun sənət ulduzu”, “Moskva Akademik Bədaye Teatrı” kitabları bu gün də yeni nəsillərin yetişməsində mühüm elmi vəsait kimi dəyərləndirilməkdədir.

Tədbirdə Mehdi Məmmədovun ömür yolunu əks etdirən videomaterial və quruluş verdiyi tamaşalardan və yaratdığı rollardan fraqmentlər nümayiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir