Ana səhifə » Xəbər » Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Daha bir mövsümün sonuna gəldik. Bu mövsüm də ənənəvi olaraq teatrdan yazan qələm əhli arasında sorğu keçirdik. İncəsənət sahəsinin ən çətin qolu olan və müasir dövrdə teatrı öz  ayaqları  üzərində tutmağa çalışan sözün əsil mənasında “teatr fədailəri”-teatrlarımızın mətbuat katiblərinin iş strukturunu qiymətləndirməyə çalışdıq. Belə ki qələm əhli mövsüm ərzində  onlarla daha fəal çalışan, sualları zamanında cavablandıran, teatrda gedən prosesləri mediaya çatdıran mətbuat katiblərinin adlarını qeyd etdilər.
Teatro.az saytının həmtəsisçisi, baş redaktoru Vidadi Qafarov bizimlə söhbətində yeni yaradılan teatr kontingentini bir araya toplamağa çalışan Teatro.az saytının iş prinsipi yeni olsa da mətbuat katibləri ilə sıx əlaqə saxladıqlarını bildirdi: “Saytımız yeni yarananda mətbuat katibləri ilə əlaqə saxlayıb, onlardan saytımızın mail ünvanına press-relizləri və premyeralarla bağlı məlumatlandırmalarını xahiş etmişdik. Mövsüm ərzində bizimlə daha çox Bakı Uşaq Teatrının mətbuat katibi Leyla Həşimova, Akademik Musiqili Teatrın mətbuat katibi Fəridə Rüstəmova, Akademik Milli Dram Teatrının  mətbuat katibi Cavid Zeynallı, ” Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova mütəmadi şəkildə çalışdı. Bu mövsüm onları mövsümün ən fəal mətbuat xidməti adlandıra bilərəm”.
“Ədalət” qəzetinin köşə yazarı Etibar Cəbrayıloğlu mövsüm sonunda mətbuat xidmətinin rəhbərlərini belə dəyərləndirdi: “Daha bir teatr mövsümünün sonuna gəldik. Deməli, teatrların mətbuat xidmətində çalışan dostlarımızın işinə qiymət vermək zamanıdır. Fikrimcə, mətbuat xidmətinin rəhbəri həm də çalışdığı teatrın sözün əsl mənasında təəssübkeşi olmalıdır. Bu baxımdan Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə xanımın fəaliyyətini müsbət dəyərləndirirəm. Akademik Musiqili Teatrın da media ilə əlaqələri doğru qurulub. Narazı qaldığım məsələləri çox açıb ağartmaq istəməzdim. Sadəcə onu deyim ki, Akademik Rus Dram Teatrı kimi çox peşəkar bir kollektivin işinin daha yaxşı təbliğ olunmasını istərdim. Yeni mövsümdə görüşənədək”.
Mədəniyyət qəzetinin yazarı Gülcahan Mirməmməd mövsümün ən fəal mətbuat katibini seçərkən bölgülərdən istifadə etdi: “Builki mövsüm sonu üçün mətbuat katiblərini 3 kateqoriyaya ayırmaq olar. İlk olaraq onlardan soruşmasan da, sənə gərək olanları mütləq tapıb deyənlər. İkincisi də soruşsan, daha çox özlərinə gərək olan kimi cavab verənlər. Üçüncüsü isə  soruşsan da, cavab verməyənlər. Birinciyə Opera və Balet Teatrı, Musiqili Teatr, Kukla Teatrı, Bakı Uşaq Teatrı, Beynəlxalq Muğam Mərkəzi, ikinciyə Akademik Milli Dram Teatrı, Rus Dram Teatrı, Teatr Xadimləri İttifaqı, Filarmoniya, hərdən də Gənc Tamaşaçılar Teatrı, üçüncüyə isə  hərdən Gənc Tamaşaçılar Teatrı, bir də Bəstəkarlar İttifaqı aiddir. Digər yaradıcılıq ittifaqları və ya yaradıcılıq birlikləri ilə işgüzar münasibətim olmayıb deyə, xarakterizə edə bilmədim. Təbii ki, birinciləri çox sevirəm, ikincilərlə yola gedirəm, üçüncülərə qarşı işlə bağlı yaxşı münasibətim yoxdu”.
Azərtacın informasiya agentliyinin bölmə müdiri Ceyhun Alışlı bu mövsüm ölkə teatrları yaxşı fəaliyyət göstərdiklərini bildirdi: “Demək olar ki, bütün sənət ocaqları işlərinin öhdəsindən gələ bilib. Teatrlar və digər mədəniyyət ocaqlarının mətbuatla əlaqəli şəxslərinin iş prinsipinə gəldikdə, o da yüksək qiymətləndirilməlidir. Çünki teatrların mətbuat xidmətlərinin rəhbərləri son vaxtlar çalışdıqları qurumların təbliğatına səy göstərmək və teatrın fəaliyyətini daha geniş tamaşaçı auditoriyasına çatdırmaq üçün mətbuatla sıx işləyiblər. Əlbəttə ki, işin bu səviyyədə qurulması təqdirəlayiqdir. Hər bir sənət ocağına gələcək fəaliyyətdə uğurlar arzulayıram”.
Yazıçı, “525-ci qəzet”in müxbiri Şahanə Müşfiq isə bu mövsüm ərzində teatrlarla sıx əlaqədə qurmağa çalışdıqlarını bildirdi: “Teatrların mətbuat xidmətlərinin əməyini də gözardı etmək olmaz. Ümumiyyətlə deyə bilərəm ki, son illərdə teatrlarımızda canlanma müşahidə olunur. Xüsusən mediayla əlaqədə. Bu il bilavasitə işlədiyim və ümumən müşahidələrimə əsasən deyə bilərəm ki, ən aktiv olanlar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri Fəridə Rüstəmova, A.Şaiq adına Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Nazimqızıdır. Bu siyahıya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallını da əlavə edə bilərik. Cavid artıq bir neçə ildir ki, bu vəzifəni yüksək şəkildə icra edir və teatrla mətbuatın qarşılıqlı əlaqələrinin formalaşmasında mühüm rola sahibdir. Bu il Gənc Tamaşaçılar Teatrına yeni mətbuat xidmətinin rəhbəri təyin olundu: Pərvin Nurəliyeva. Pərvin xanımın gəlişiylə teatrın həyatında canlanma müşahidə olundu. Həm özü ayrı-ayrı tamaşalardan yazılar yazır, müsahibələr hazırlayır, həm də biz media nümayəndələrini məlumatlandırır, teatrlara cəlb edir. Teatrın sosial mediada aktivliyinə də bilavasitə nəzarət edir. Onun əməyini də yüksək qiymətləndirirəm. Media ilə əlaqədə bu il düşünürəm ki, Opera və Balet Teatrı və Pantomima Teatrı zəiflik nümayiş etdirdilər. Hər iki teatrda çox yüksək işlər görülür. Həmin işlərin fonunda mətbuatla əlaqələri düşünürəm ki, zəifdir. Bölgə teatrlarından isə Qazax Dövlət Dram Teatrının işini yüksək qiymətləndirirəm. Bütün teatr işçilərinə xoş istirahətlər, yeni mövsümdə isə yeni-yeni uğurlar arzu edirəm!”.
 “Yeni Müsavat” qəzetinin  mədəniyyət yazarı Xalidə Gəray qeyd etdi ki,  mövsüm ərzində teatrlarımızda əsasən sosial şəbəkələrdə aktivlik nümayiş etdirərək mətbuatla  iş prinsipində bir qədər zəiflik müşahidə olundu: “Bu mövsüm də teatrlarda yeni tamaşalar səhnəyə qoyuldu. Təbii ki, baş verən hər bir yeniliyi əksərən mətbuatdan öyrənir, bəzi informasiyaları sosial şəbəkələrdən alırdıq. Bu baxımdan teatrların mətbuat xidmətlərinin fəaliyyəti danılmazdır. Adəti üzrə bu dəfə də davamlı olaraq Akademik Musiqili Teatrın mətbuat xidməti çox aktiv çalışdı. Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Rüstəmova həm mətbuat orqanları ilə sıx çalışdı, həm də sosial şəbəkələrdə kifayət qədər aktivlik nümayiş etdirərək, informasiyaları diqqətə çatdırdı. Bu mənada Fəridə xanımın həm də teatrın işini çox yüksək qiymətləndirirəm. Həmçinin Abdulla Şaiq adın Kukla Teatrı da bu mövsümdə çox fəal çalışdı. Teatr mütəmadi olaraq xüsusi günlərdə konsert proqramları ilə çıxış etdi, xeyriyyə tədbirləri keçirdi, tamaşaları ilə həm böyükləri, həm də uşaqları sevindirdi. Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova hər zaman olduğu kimi jurnalistlərlə səmimi, fəal əməkdaşlığına davam etdi, həm teatr, həm də teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatrının gördüyü işlər barədə bütün informasiyaları ictimaiyyətə çatdırmağa çalışdı. Beləliklə, hər zaman mətbuatla yaxından əməkdaşlıq edən teatrlar öz missiyasını qorudu, eləcə də əksinə, medianın radarlarından uzaq düşən teatrlar öz ampluasında davam etdilər. Məsələn, Opera və Balet Teatrında vaxtaşırı hansı tamaşalar qoyulduğu, teatrın həyatında hansı yeniliklər olduğunu nə mətbuatdan, nə də sosial şəbəkələrdə duya bilmədik. Ümumiyyətlə bu teatrın mətbuat ilə əməkdaşlığı çox aşağı səviyyədədir, bəzən isə heç olmur. Teatr yalnız ara-sıra qalmaqalları ilə mətbuatda gündəmə gəlir. Pantomima Teatrı da bu mövsümdə xeyli aktivlik nümayiş etdirdi, möhtəşəm yubiley tədbiri keçirdi və sairə. Eləcə də Akademik Milli Dram Teatrı da bu mövsümdə mətbuat ilə zəif işlədi desək, yəqin ki, yanılmarıq”.
Report.az saytının müxbiri Ruhanə Mirzəyeva  deyir ki, teatrların mətbuat katibləri arasında sualları ən tez cavablandıran Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova, Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı və Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova olub: “Göndərilən press-relizlərə gəldikdə isə birinci yerdə Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallıdır. Digər mətbuat katiblərinin göndərdikləri xəbəri oxuyarkən isə çox düzəlişlər etmək məcburiyyətində qalırıq.  Məsələn ya nağılvari bir xəbər göndərirlər, ya da teatrın direktorunun az qala uşaqlıqdan aldığı bütün titulları mənasızca sıralayırlar. Əvvəl Gənc Tamaşaçılar Teatrının mətbuat katibləri ilə hər şey qaydasında idi. Yeni təyin olunan mətbuat katibi isə elə düşünür ki, Gənc Tamaşaçılar Teatrı “pentaqondur” və biz onu dağıtmağa çalışırıq. Mətbuat katibinin vəzifəsi sualları operativ cavablandırmaqdır. Pərvin xanım isə ona verilən suallara “möhürlənmiş sorğu göndərin” deyə gülünc cavablar verir. Şuşa Teatrının yeni binası təhvil verildi, ancaq onlardan da bir səs yoxdur. Mətbuat katibləri demişkən, Rəssamlar və Memarlar İttifaqı kimi qurumlarda biabırçı vəziyyətdir. Zəng edirsən bir sualı katibəyə 5 saat izah edə bilmirsən, o isə öz növbəsində çatdırarıq deyib sizi loru dilində desək “yola verir”. Çünki bu qurumların mətbuat katibləri yoxdur. Ancaq fövqəladə vəziyyət yarananda yada düşür ki, belə qurumlar var”.
Atv səhər verilişinin müxbiri, mədəniyyət yazarı Əli Novruzəliyev bildirdi ki, “Atv səhər” verilişi olaraq daim teatrlarımızı diqqətdə saxlamağa çalışıb: “Bu mövsüm də teatrlarımızdan maraqlı süjetlər hazırladıq. Bəli, artıq mövsümün sonuna yaxınlaşırıq. Azərbaycan Dövlət Akademik Musiqili Teatrın mətbuat katibinin işini yüksək qiymətləndirirəm. Təcili də lazım olsa bizə yarım saat içərisində şərait yaradıblar ki, müsahibə alaq. Bu teatrdan əlavə Akademik Milli Dram Teatrı, Kukla Teatrı, Gənc Tamaşaçılar teatrının da adını çəkə bilərəm.
İrəvan Teatrı haqda dəfələrlə süjet hazırlamaq istəsək də alınmayıb. Səbəbi bizə də qaranlıq qalıb. Həm də bu teatrın yenilikləri haqda heç bir saytlarda məlumat görməmişik. Bu da yəqin ondan irəli gəlir ki, İnşallah inanırıq ki, yeni mövsümdən bütün teatrlar ilə qarşılıqlı əməkdaşlığımız olacaq. Bu da yəqin ondan irəli gəlir ki, teatrın mətbuatla əlaqələri zəifdir”.
Bəli, beləliklə teatrlarımızın mütəmadi olaraq çalışdıqları teatrlar və onların mətbuat katibləri ilə həmsöhbətimizin sonda bir çoxları isə adlarının qeyd olunmasını istəmədilər, ümumi olaraq fikirlərini bildirərək sorğuda iştirak etməkdən imtina etdilər. Onlardan bəziləri mövsüm ərzində Akademik Rus Dram Teatrının mətbuat katibi olmadığını, bunun üçün əlaqə yaradarkən çətinlik çəkdiklərini, digər bir qismi isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni direktorundan bu günə qədər bir kəlmə də olsa açıqlama ala bilməməyindən gileyləndilər. Mətbuat katibi olmayan teatrlardan isə Azərbaycan Dövlət Pantomima Teatrının media ilə yaxşı işlədiyini və teatrın direktorunun mütəmadi olaraq media nümayəndələrini məlumatlandırdığını və istənilən an ona ünvanlanan sualları anında cavab verdiklərini söylədilər. Beləliklə, sorğumuzun sonunda mövsüm ərzində media ilə sıx əlaqə saxlayan və ən çox çalışan mətbuat katibi Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova, Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı, Akademik Musiqili Komediya Teatrının mətbuat xidməti Fəridə Rüstəmova, Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev, Bakı Uşaq Teatrının mətbuat katibi Leyla Həşimova oldu. Ötən mövsüm  sorğuda ön sıralarda yer alan Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın bu mövsüm adını sadalayan çox az media nümayəndələri oldu.
Qeyd edək ki, media nümayəndələrinin seçdiyi və iş prinsipindən razı olduqları media nümayəndələrinin sıralanması üçün yazının müəllifi heç bir məsuliyyət daşımır. Əziz mətbuat katibləri, sizlərin adlarınızı məhz il ərzində çalışdığınız qələm əhli seçib. Yeni mövsümdə görüşmək ümidi ilə.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir