Ana səhifə » Kinoteatr+ » Kino » Vüsalə Ağayeva: “İlk dəfə ssenarini oxuyanda bəyənməmişdim”

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Xəbər
İyun 15, 2019

Akademik Milli Dram Teatrında Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub

Afişa
İyun 13, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (13 iyun – 20 iyun)

Müsahibə
İyun 13, 2019

Dağlar Yusif – “dOM” Teatrından reportaj: ”Bu şəxsən mənimçün təzə deyil”

Xəbər
İyun 13, 2019

Bəsti Cəfərova – 60 yaş

Xəbər
İyun 13, 2019

“Leyli və Məcnun” operasının növbəti tamaşası keçiriləcək

Xəbər
İyun 12, 2019

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Xəbər
İyun 12, 2019

Azərbaycanlı rejissor dünyaya səs salan layihəyə imza atdı

Xəbər
İyun 11, 2019

Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq

Xəbər
İyun 10, 2019

“Kubinka” tamaşasının premyerası baş tutacaq

Xəbər
İyun 9, 2019

Rus Dram Teatrı “Tənhalığın komediyası”nı təqdim edib

Xəbər
İyun 8, 2019

“dOM” Teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb

Persona
İyun 7, 2019

Aydın Talıbzadə – “SFİNKS VƏ KONTRABAS”

Xəbər
İyun 7, 2019

Nəsimiyə həsr olunmuş tamaşa Dərbənd qalasında

Xəbər
İyun 7, 2019

Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

Xəbər
İyun 7, 2019

“Qızıl balıq” tamaşasının premyerası oldu

Xəbər
İyun 7, 2019

“Sonuncu”nun kinoversiyası çəkilir

Xəbər
İyun 7, 2019

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Mövqe
İyun 6, 2019

Bayram kimi festival

Xəbər
İyun 5, 2019

YUĞ Dövlət Teatrı bu gün “Novruz” Festivalında çıxış edəcək

Xəbər
İyun 5, 2019

Uşaqların üzünü güldürən festival

Xəbər
İyun 5, 2019

Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları birgə çıxış edəcəklər

Xəbər
İyun 2, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Xəbər
İyun 2, 2019

Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

Mövqe
May 30, 2019

Aynurə Mustafayeva – Niyə biz yaxşı dram yarada bilmirik?!

Xəbər
May 30, 2019

LƏNKƏRANDA I BEYNƏLXALQ TEATR FESTİVALI KEÇİRİLƏCƏK

Müsahibə
May 30, 2019

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Xəbər
May 29, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı keçiriləcək

Persona
May 29, 2019

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Xəbər
May 28, 2019

Akademik Musiqili Teatrı işə qəbul elan edir (R)

Xəbər
May 27, 2019

“Boy çiçəyi” tamaşası İlyas Əfəndiyevin 105 illik yubileyinə həsr olunub 

Vüsalə Ağayeva: “İlk dəfə ssenarini oxuyanda bəyənməmişdim”

Sevindirici haldır ki, bu gün kinoteatrlarımızda nümayiş olunan yerli filmlərimiz xarici filmlərlə rəqabətdədir. Onların sayı günü-gündən artır və öz ətrafına kifayət qədər tamaşaçı kütləsi cəmləyir. Bu siyahıya bir film də əlavə olunub. Belə ki, bu günlərdə qala gecəsi baş tutan “Ol” filminin kinoteatrlarda nümayişinə başlanıb. Tragikomediya janrında olan filmin rejissoru Namiq Ağayevdir. Rolları Namiq Ağayev, Fikrət Məmmədov, Svetlana Həşimova, Vüsalə Ağayeva, Türkiyənin tanınmış aktyoru Tuncer Salman, Namis Şirməmmədov, Türkan Aylin ifa edirlər. Biz də filmin əsas qəhrəmanlarından olan Vüsalə Ağayeva ilə söhbət etdik. Uzun müddətdir ki, üzərində çalışdıqları “Ol” filminin tamaşaçıların ixtiyarına buraxılmasına bir neçə saat qalmış aktrisa ilə görüşdük. Filmin rejissoru Namiq Ağayevin həyat yoldaşı olan Vüsalə xanım onunla hər nə qədər fikir ayrılıqları yaşasalar da, bunun işə yansımadığını bildirdi. 

– Vüsalə xanım, istərdik, ilk olaraq sizi “Ol”a aparan yoldan danışaq. 
– Namiq Ağayevlə Fikrət Məmmədov ssenarini bir yerdə yazmışdılar. Çoxdandır belə bir ideyaları vardı. Əvvəlcə məni bu filmə çəkmək fikirləri yox idi. Açığı, ilk dəfə ssenarini oxuyanda bəyənməmişdim. Hətta demişdim ki, daha ciddi işlərlə məşğul olun (gülürük). Ssenari hazır olduqdan sonra onu yenidən oxudum və dedim ki, bu obrazı ancaq mən oynayacam. İsrarla bu obrazı oynayacağımı bildirdim və nəhayət, Şahzadə qız obrazını canlandırdım.

– Treylerindən də filmin çox fərqli bir ssenarisi olduğu sezilir.  
– Elədir. Əslində burada heç qeyri-adi bir şey də yoxdur. Film ssenarist və rejissor olan iki qardaşdan bəhs edir. Uğursuz premyera gecəsindən sonra sponsorlar tərəfindən döyülən və küçəyə atılan qardaşlar evə gəlirlər. Yolda qarşılarına özləri kimi döyülmüş, təhqir edilmiş qız çıxır. Alicənab qəhrəmanlar dələduzların qurbanı olan qızı darda qoymadan onu evə aparırlar. Özlərinə gəldikdən sonra bu xanımın varlığından ilhamlanıb yeni ssenari yazmağa başlayırlar. Təsadüf nəticəsində tanış olduqları bu qızcığaz onların yeni ssenarisində şahzadə qıza çevrilir. Qələmə aldıqları ssenari lentə köçməzdən öncə həyatda canlanmağa başlayır. Sürətlə inkişaf edən hadisələr yazılanları qabaqlayır və təhlükəli situasiyalar yaranır. Film “oyun içində oyun” prinsipinin üzərində qurulub. Daha doğrusu, tamaşaçılar film içində filmə tamaşa edəcək.

– Düzünü deyin, bu hadisə real həyatda Namiq müəllimin başına gəlib?
– İnanmıram ki, bu hadisə onun başına gələ. Bəlkə də real həyatda gəlib, ancaq xəbərim yoxdur. Olmuş olsa belə, Namiqi qınamaram. Yaradıcı insandır, azaddır. Bircə onu bilirəm ki, mən onun həyatında olduğum illərdən bu yana onun başına belə hadisə gəlməyib.

– Filmdə Türkiyənin tanınmış aktyoru Tuncer Salman da çəkilib. Filmdə rol alması üçün onu necə razı saldınız?
– Tuncer Salman bir neçə il bundan əvvəl Namiqlə Antalya Bələdiyyə Teatrında birlikdə işləyiblər. O zamandan dostluqları davam edir. Namiq onu çəkdiyi filmə dəvət edib, Tuncer bəy də təklifi qəbul edib. Hətta türkiyəli aktyor axşam qala gecəsində də iştirak edəcək.

– Tuncer bəy bu filmdəki roluna görə nə qədər pul aldı?
– Tuncer bizim dostumuzdur. İndiyə qədər ona qonorar ödəməmişik. Mən özüm də bu filmdən çox cüzi qonorar almışam.

– Kənardan elə başa düşüləcək ki, Namiq bəy film ona ucuz başa gəlsin deyə, ancaq dostlarına müraciət edib. 
– Filmdə çəkildiyimiz obrazlara görə qonorar almışıq. Ancaq tam olaraq nə qədər aldığım yadımda deyil (gülür). Onu bilirəm ki, aldığımız məvaciblər dünya standartları çərçivəsində deyil. Cüzi məbləğ olduğu üçün bunu deməyimin nə qədər doğru olduğunu bilmirəm.

– Filmdən gözləntiləriniz nələrdir?
– Biri var kassa filmi, bir də var sənət filmi. Mənim üçün çəkilən hər bir film ümumi kütlə üçündür. “Ol” filminin mövzusu bu gün yaradıcı işlə məşğul olan insanlar üçün aktualdır. Məqsədimiz bu filmi festivallara aparmaq və beynəlxalq arenada ölkəmizi tanıtmaqdır.

– Nəzərdə tutduğunuz hər hansı festival varmı?
– Var, amma dəqiq deyil. Orta Asiyanı əhatə edən bir festival var, hesab edirəm ki, bu filmlə ora rahat gedə bilərik. Niyə də Fransaya, Türkiyəyə festivala getməyək? Çox şükür, bizim filmlərimizin səsi beynəlxalq festivallardan gəlir. Hazırda dostumuz, gənc rejissor Elvin Abdullanın “Xənnas” filmi İranda festivalda iştirak edir. Buradan ona uğurlar arzu edirəm. Təki, Azərbaycan kinosu inkişaf etsin.
 
– Filmin treylerində “16+” yazılıb. Bu o deməkdir ki,  film yeniyetmələr üçün deyil? 
– İndi nümayiş olunan filmlərin əvvəlində 12, 16, 18+ yazılır. Ola bilsin ki, mövzu bir az yeniyetmələr üçün anlaşıqlı olmasın deyə, məhz 16+ yazılıb. Ancaq sizin nəzərdə tutduğunuz açıq-saçıq səhnələr filmdə yoxdur.

– Adətən yeni çəkilən komediya filmlərinin əksəriyyətində söyüşlərdən istifadə olunur. Bu filmdə söyüş eşidəcəyikmi?
– “Ol” filmində kobud və əndazəni aşan söyüşlər eşitməyəcəksiniz. Ola bilər ki, filmdə müəyyən ifadələr insanları qıcıqlandırsın. Fikrət Məmmədovun monoloqunda müəyyən ifadələr var ki, tamaşaçılar ondan qıcıqlana bilər. Ancaq bu, prosesdən irəli gəlir. Bir şeyi çox sevirsiniz və o istədiyiniz olmayanda sizi incidə bilir. Çox sevdiyin bir şey səni incidəndə, sən aqressiv münasibət göstərə bilərsən. Fikrət filmdə sevgi ilə nifrət arasında qısa bir yol olduğunu vurğulayır. Ancaq mən o nifrəti qəbul etmirəm. Ən azından dünyanı insanlara görə sevmək lazımdır.

– Fikrət müəllimin monoloqunda tamaşaçıya bir nağıl da nəql ediləcəyi söylənilir. Bu gün Vüsalə nağıllara inanırmı?
– İndiki dövrdə nağıllara inanmıram. Ancaq nağılları uşaq vaxtı sevmişəm. İstənilən ssenari nağıldır, uydurmadır, həm də, eyni zamanda, həyatdan götürülüb. Bəlkə elə bizim özümüzün yaşadığı həyat bir nağıldır. Bəlkə kənardan idarə olunuruq, bunu bilmirik.

– Gəlin bir az da filmdəki şahzadə qızdan danışaq. 
– Filmdə çalışmışam ki, əlimdən gələni edim, canlandırdığım obrazın əhvalını ötürə bilim. Orda mənə dialoq və uzun sözlər yazmayıblar. Yəqin düşünüblər ki, filmdə çox danışacam (gülürük). Bu, yaradıcı prosesdən irəli gələn bir şeydir. Hər halda belə məsləhət olub. Məcbur deyil ki, o qız orada danışsın. Çalışmışam ki, xarakteri mimikalarla təsvir edim. Düzdür, mən aktyorluq ixtisasını bitirməmişəm, ancaq mərhum sənətkarımız Vaqif İbrahimoğlunun yaradıcı mühiti ilə sıx əlaqədə olmuşam. Bizim üçün sevindiricidir ki, onlardan nələrisə öyrənmişik. Bu sahəyə yad adam deyiləm. Ona görə də çalışmışam ki, təcrübəm az olsa da, bacardığım qədər aktyorluğun öhdəsindən gəlim.

– Şahzadə qızın filmdəki obrazını evdə rejissorla məşq edirdinizmi?
– Açığını desəm, evdə heç bir məşq etməmişik. Yaradıcı prosesdə, filmin çəkiləcəyi məkanlarda məşqlər edilib. Mən də rejissorun fikrini tutmağa çalışmışam ki, xarakteri necə vermək istəyir. Namiqlə işləmək rahatdır.

– Yəqin ki, şəxsi münasibətlər işinizə yansımayıb.
– Şəxsi münasibətləri çalışmışıq ki, işə yansıtmayaq. Ancaq zaman-zaman olub ki, yansıyıb və ən çox da bundan mən əziyyət çəkmişəm. İstənilən halda əsas olan nəticədir.

– Qeyd etdiniz ki, Namiq bəy bir müddət Türkiyədə işləyib və onun orada tanınmış çevrəsi, aktyor dostları var. Türkiyədə film çəkmək istəyi, necə varmı?
– Əslində, belə bir plan var. Ancaq mənim o planın içində olub-olmamağım sual altındadır. Ssenariyə görə hansı aktyor lazım olsa, onda qərar verəcəklər. Namiq müəllim Türkiyədə işləyəndə biz tanış deyildik. O, Bakıya gəldikdən sonra tanış olmuşuq. Layihələr dəqiqləşdikdən sonra sizə bu barədə məlumat verə bilərəm.

– “Ol” Türkiyənin kinoteatrlarında nümayiş olunacaqmı?
– Filmdə rol alan Tuncer bəy treyleri öz sosial şəbəkə səhifəsində paylaşıb və ona sual verirlər ki, bu film nə zaman Türkiyədə nümayiş olunacaq. Təbii ki, bunlar da bir az maddiyyatla bağlı məsələlərdir. Çox istəyərdik ki, filmimiz Türkiyə kinoteatrlarında nümayiş olunsun. Ancaq bizim o imkanlarımız yoxdur.

Hazırda “Ögey ana” serialında Səidə obrazını canlandırırsınız. İstərdik, bu obrazı bir az təsvir edəsiniz. 
– Seriala 93-cü seriyadan qatılmışam. Səidə alsheymer xəstəsi olan gənc bir qadındır. Yaddaşını itirir. Əsas qəhrəmanlardan birinin həyat yoldaşı olub və sonra ayrılıblar. Qadın xəstəliyini bilir və yenidən ailəyə daxil olur. Bir az intriqaları var. Tam müsbət obraz deyil.

– Niyə həmişə sizə mənfi obrazlar verirlər?
– Bilmirəm. Mənfi obrazları canlandırmaq mənim özümə də maraqlıdır. Həm də bu qismət məsələsidir.
 
– Gələcəkdə necə bir obraz canlandırmaq istəyərsiniz?
– Güclü qadın obrazları canlandırmaq istəyərəm. İstəmərəm ki, əzilən qadın obrazını təqdim edim. Düzdür, bu, xarakteri necə açmağımızdan asılıdır. Ancaq xanımlarımızın güclü olmasını çox istərdim.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir