Ana səhifə » Persona » Müsahibə » Vidadi Həsənov: Mən özümü köhnə adam sayıram

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

Vidadi Həsənov: Mən özümü köhnə adam sayıram

Bu gün YUĞ Dövlət Teatrının aktyoru, Əməkdar artist Vidadi Həsənovun 60 yaşı tamam olur. TeatrO.az Sənət portalı sənətkarı doğum günü münasibəti ilə təbrik edir və Fokus jurnalının 2013-cü il may nömrəsində çap olunmuş müsahibəni təqdim edir:

… Şeir yazıram – fəqət
yazdıqlarımın hamısı
ölüm qarşısında baş əyməkdir….

Yuxarıdakı misralar pedaqoq, aktyor, ssenarist Vidadi Həsənovun “Şair olmaq istəmirəm…” adlı birinci şeir kitabındandır. Bu iki misrada bir insanın, ölümlü bir insanın heçlik qarşısındakı nikbin yaradıcı iddiasını görürük. Bu kitab həm də aktyorun, “danışan gözlər” sahibinin dillə demədiyi mətləblərdir. Filmlərdə də o susur, amma gözlərinin nə danışdığını görürük – Musa (“Bəyin oğurlanması”) kəndə gələn kino işçisinə deyə bilmədiyi sevgisini, Yavər (“Yalan”) həyat yoldaşından gizlətdiyi övladının ölüm xəbərini, Adil (“Burulğan”) qəlbindən baxışlarına ötürülən dərdini, əzabını görürük…

– Məncə, yaranışında şeirin missiyası başqa olub. O, əyləncə üçün yaranmayıb. Şeir ilahi, mistik bir şey olub. Zaman keçdikcə o öz mifik, mistik, ilahi başlanğıcını itirərək, əksər məqamlarda əyləncə vasitəsinə çevrilib. Muğamda bu məqam hələ də qalıb, ona görə də muğam bizi indi də heyrətləndirir. Əfsuslar olsun ki, bu məsələ teatra da, poeziyaya da, musiqinin bir çox janrlarına da aiddir, onlar da öz əzəli mistikliyini itirib. Bir vaxtlar Allahı nişan verən şəhadət barmağını fərqləndirmək üçün, yaradanı əliyalın göstərməmək üçün ona üzük, qızıl həlqə taxıblar. Artıq üzük öz ilkin mənasını itirib, indi o, bəzək, hətta şan-şöhrət əşyası olub…– Şeir kitabınızı da oxuyanda, “Çölçü” filminə də baxanda bir dünyagörüş hiss edirsən – tərki-dünyalıq, insanın hər cür fəal işlərdən əl çəkib öz mənəvi dünyası ilə, özü ilə təkbətək qalması, asketik həyat tərzi və s. Film üçün yazılmış resenziyalardan birində də bu göstərilmişdi. Və hətta sivilizasiya və köhnə dünya konfliktinin qədim olduğunu yazırdılar. İlin-günün bu vaxtı düşüncə məkanına bu mövzuları gətirmək..?

– Əvvəla, mən özümü köhnə adam sayıram və bununla da fəxr edirəm… Gerçəklik bizi hər gün yeniliyə çağırır, hər gün köhnənin üstündən xətt çəkib yeniyə tərəf səsləyir. Çinlilərin bir sözü var – ən yaxşı fəaliyyət fəaliyyətsizlikdir. Mən şərq-qərb məsələsi açmıram, amma bizdə deyirlər: hər şeyin təzəsi, dostun köhnəsi. Həyatımız deyəndə də biz yaşadıqlarımızı – keçmiş günlərimizi nəzərdə tuturuq. Çox zaman köhnə dediyimiz, tərki-dünyalıq dediyimiz məsələ o qədər də sadə deyil. Baxın, bəlkə də, siz bu mobil telefonu iki aydan sonra “köhnəlib” deyərək atacaqsınız. Amma bu o demək deyil ki, o artıq köhnəlib – yararsızdır, lazımsızdır və s. Tarixi təcrübədə elə şeylər var ki, onları “köhnədir “ – deyə bir anbara yığıb bağlamışıq ki, daha bizə gərək deyil. Yeni əlbisələr axtarırıq. Amma yeni əlbisələr hər zaman işə yaramır. Hərdən anbardakı köhnə əlbisələrə əşhədüehtiyac yaranır… Mən düşünürəm ki, tərki-dünyalıq dünyadan əlini üzüb, əli qoynunda oturmaq deyil.
Biz Yuğ teatrı ilə Türkiyədə, qastrolda olanda bir məscidə girdik. Orda ağ paltarlı bir dəstə adam gördüm. Maraqlandım: dedilər bu adamlar məsciddə yaşayırlar, günlərini ibadətlə keçirirlər. Yəni onlar heç nə ilə məşğul olmurdular. Görəsən, bu cür tərki-dünyalıq Allaha xoş gedərmi? Düşündüm ki, görəsən, Allah-təala onların etiqadını qəbul edərmi? Axı, o bizim boynumuza başqa bir missiya da qoyub. İşləmək, ailə qurmaq, uşaq dünyaya gətirmək və s. Şərqdə “orta yol” anlayışı var. Bu yol iki qütb arasındadır. Hər iki qütb təhlükəlidir. O qütblərdə fanatizm və danışmaq istəmədiyim daha dəhşətli şeylər var. Orta yolda isə hər iki qütb birləşir, barışır. Tərki-dünyalıq və rasionalizm o qütblərdir. “Mən təkri-dünyayam, dünya isə fanidir” – deyib əli qoynunda oturmaq düzgün deyil. Və ya demək ki, tərki-dünyalıq boş-boş şeylərdi, praqmatik, rasionalist olmaq lazımdır – bu da düz deyil. Onda şərqin o boyda fəlsəfəsini hara qoyaq? Biz əzəllə axirət arasındakı məsafəni yaşayan varlıqlarıq. Olmayanda hardaydıq bilmirik. Sonra nə olacağını da kimsə deyə bilməz.– Vidadi müəllim, dindarsınız?

– Mənim dindarlığım belədir – namaz qılmıram, amma oruc tuturam.

“Heç kəs mənim yazdığım ssenarini aşağı əyarlıqdan, bayağı sentimentalizmdən xilas etməyib, əksinə…”

– Bir ssenarist və bir tamaşaçı olaraq “Çölçü” barədə nə düşünürsünüz? Film necə alınıb?

– Bir tamaşaçı olaraq mən Şamil Əliyevin “Çölçü” filmini olduğu kimi qəbul edirəm. Bunun bir neçə səbəbi var. Bu, Şamil Əliyevin ssenariyə şəxsi baxışı, yaradıcı yanaşmasıdır. Amma filmin yaradıcı heyətində olanlardan biri, “mən bu işi aşağı əyarlı sentimental melodramadan xilas etməyə çalışmışam” – deyib. Mən ssenari müəllifi kimi o adama demək istəyirəm ki, heç kəs mənim yazdığım ssenarini aşağı əyarlıqdan, sentimentalizmdən xilas etməyib, əksinə… O adama ssenarini bir də oxumağı məsləhət görürəm. Düşünürəm ki, ssenarini oxumağı bacarmaq lazımdır.– Filmin ssenarisində xeyli dəyişikliklər olduğunu eşitdik. Bu təbiidir. Amma süjetdə əsaslı dəyişikliklər olunub. Məsələn, finalla bağlı. Ssenari orijinalda necə idi?

– Təsəvvür edin ki, bir oazis , bir məkan, bir arxaik dünya var – Çöl var. Bu dünya bir tərəfdən dəmir yolu ilə, o biri tərəfdən isə şosse ilə hüdudlanıb. Hər iki tərəf sivilizasiyadır. Daha doğrusu, ssenaridə görürük ki, şosse yolunun o tərəfi müasir qəsəbədir. Amma dəmir yolunun o tərəfində nə olduğunu bilmirik. Bu məchulluq müəyyən məqsədlə belə göstərilib. Çünki mən gələcəkdə o tərəfə də göz yetirməyi nəzərdə tuturdum. Qısası, Çöl var, Çölçü deyilən insanlar var. Onların öz həyat tərzi, həyata fərqli münasibətləri var. Günlərin bir günündə bu həyat tərzini, mifik, mistik, arxaik yükü çiynində daşıyan Ulu çölçü ölür. Cavan Çölçü tək qalır – dəvələri ilə birlikdə. Onun həyatına sivil dünyadan bir insan – bir qız gəlib çıxır. Onlar bir-birini sevirlər, ailə qururlar və dünyaya uşaq gətirirlər. Filmdə uşaq doğulmur. Ssenaridə isə belədir: Cavan Çölçü öz uşağını qəbul etmir. Onun qadını “Ana Dəvəyə” – sal daşdan olan o bütə and içir, duz-çörəyə and içir (necə ki, Ulu Çölçü Ağ Dəvəyə, duz-çörəyə and içmişdi). Təsadüfən bu hadisənin şahidi olan Cavan Çölçü öz övladını qəbul edir.

– Çəkilişdə, tamaşada hansısa şərtləriniz varmı və rejissorların sizdə hansısa bir ştampı görmələri sizdə qıcıq yaradırmı?

– Onların məndə nə gördüklərini deyə bilmərəm… Elə rejissor var ki, onun üçün yaxşıyam, eləsi var ki, onun üçün ortababam, məni çox zəif aktyor hesab edənlər də var, bəlkə də, zövqlər mübahisə mövzusu deyil. Burası belə… O ki qaldı şərtlərə, deməliyəm ki, mənim öz prinsiplərim var: iş məni qane etməyəndə, sadəcə, çıxıb gedirəm. Amma bu, yaradıcılıq məsələsidir. Rejissorun da öz düşüncəsi var. “O səhvdir, mən düzəm” – fikri qeyri-peşəkarlıqdır. Amma təməl prinsiplər pozulanda güzəştə getmək olmaz. Bir də mənim üçün vacib və önəmli olan məsələ zəhmətimin qiymətləndirilməsidir. Mənə deyiləndə ki bu filmə görə sənə bu qədər verəcəyik, çıxıb gedirəm. Fikrimcə, sənətçi öz işinə özü qiymət qoymalıdır. Əgər pinəçi, bənna, rəssam, müğənni… bunu edirsə, aktyor niyə etməsin?

Kim və nə qədər?..

…Axirətlə əzəlin,
əbədiylə faninin
bumbuz divarlarına
söykənib üşüyən sükut
– çəlimsiz bir şair ona
him-cim oyunuyla
nələr danışır, nələr
dünyanın gərdişindən…
(“Şair olmaq istəmirəm” H. Vidadi İsmayıl)

– Vidadi müəllim, aktyorun peşəsinin, həyatının özəlliyi nədir?

– Mən səhnədə aktyoram. İndi sizinlə danışanda aktyor deyiləm. Necə ki həkim xalatını geyib işini gördüyü zaman həkimdir, xalatını çıxartdısa, olur bizlərdən birisi. Aktyor da belədir. Mən də işimdən kənarda adi adamam. Amma onu da deyim ki, bu peşə mənim üçün yalnız iş deyil, həm də həyat tərzidir. Peşəm haqqında isə belə düşünürəm: aktyor heç də sadəcə ağladan, güldürən, əyləndirən adam deyil, bu bizim sənətimizlə bağlı yalnış təsəvvürdür. Bu peşə çox qədim və çox ruhi bir peşədir. “Yuğ” mərasimi və “yuğ”çular bu qəbildəndir. Onlar önəmli bir missiyanı yerinə yetirən insanlar idilər: dünyasını dəyişən qəhrəmanın həyatını yenidən canlandıraraq qalanlar üçün, indiki dillə desək, tamaşa göstərərdilər. Düşünürəm ki, yuğçulardan əvvəlki “aktyorlar” şamanlar idi. Hətta daş dövründə də aktyorluq peşəsinin əlamətlərini görmək olar. İbtidai insanlar ov zamanı müqqəvvaya heyvan dərisi keçirib, onu oynadar və öz şikarlarını aldadardılar. Sonra heyvanlar bu fəndə öyrəşdilər. İş bu yerə çatanda, qəbilənin ən cəsurları heyvan dərisini öz üzərinə keçirib, heyvanı imitasiya etməyə başladılar. Yəni aktyorluq etməyə başladılar. Bax, ilk aktyorlar o insanlar idi. Əvvəllər yuğçular, aktyorlar mənəvi dünya ilə gerçəklik arasında, gerçəkliklə fövqəlgerçəklik arasında körpü missiyasını yerinə yetirərdilər. Dədə Qorqud da mistik dünya ilə real dünyanın məsələlərini bir-birinə qatıb çözürdü. Şamanın da aktyor kimi yaxşı diksiyası, plastikası – mistik qüvvədən savayı – bu keyfiyyətləri də olmalı idi. Yuğçular da elə. İndi ədəbiyyat, poeziya, teatr və s. öz ilkin anlamını dəyişməkdədir, əfsus ki!.. Çoxlarının aktyora “bizi güldür” münasibətini bir kənara qoysaq, o, Füzuli ilə, Şekspirlə, Dostoyevskilə, Kasareslə tamaşaçı arasında öz missiyasını yerinə yetirən adamdır. Başqa sözlə, şəxs və şəxsiyyət anlamı artıq ön planda, iri plandadır. “Nə” və “necə” sualı artıq mənasını itirib. Çünki məzmunsuz forma və formasız məzmun olmur. İndi vacib olan “kim” və “nə qədər” suallarıdır. Sənətçi, yaradıcı şəxs kimdir və özünü işinə nə qədər həsr edir. Yaxşı heykəltəraş qarşısındakı nataraz daşa baxıb, ordakı heykəli görür və sadəcə artıq hissələri – parçaları sındırıb qoparır. Hamı şəkil çəkə bilər, rənglər hamı üçün eynidir, amma biz S.Dalini, S.Bəhlulzadəni və b. fərqləndiririk. Qələm hamıda var, amma bu R.Rövşəndir, bu V.Bayatlıdır, A.Mirseyiddir – deyirik…

– Vidadi müəllim, son illərdə oxuduğunuz, təsirləndiyiiniz film, kitab, tamaşa…

– Nuri Bilgə Ceylanın “Üç maymun” filmi, Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı və yaşadığımız bu həyatın “çıxartdığı” tragikomik tamaşa…

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir