Xəbər V Bakı Beynəlxalq Teatr Konfransı öz işinə başladı

V Bakı Beynəlxalq Teatr Konfransı öz işinə başladı

-

Bakıda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında V Bakı Beynəlxalq Teatr Konfransı reallaşıb. Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən konfransda 40-dan artıq ölkədən 120-dən artıq teatr mütəxəssisi iştirak edir.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində ötən beynəlxalq teatr konfransları haqqlnda fotosərgi və Milli Kitabxana tərəfindən təşkil edilən kitab sərgisi ilə tanış olublar.

Açılış mərasimi Beynəlxalq Teatr Konfransının tarixini, Azərbaycan teatrının şanlı keçmişini əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Sonra “British Council Azerbaijan” təşkilatının “Unlimited” proqramı çərçivəsində əlilliyi olan və əlilliyi olmayan insanlardan ibarət yaradıcı qrup səhnədə çıxış edib.

Konfransın rəsmi hissəsi Azərbaycan Respublikasının Prezidentinin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubu ilə başlayıb. Məktubu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar Siyasət Məsələləri Şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Təbrik məktubundan sonra Azərbaycan Respublikasının Mədəniyyət Naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq və Azərbaycan teatrının keçdiyi inkişaf yolundan söz açıb.

Daha sonra Beynəlxalq Teatr İnstitutunun Prezidenti Məhəmməd Ələfxam, UNESCO-nun Sülh Uğrunda Artisti, BTİ-nin baş katibi Əli Mahdi, AzTXİ-nin sədri Azər Paşa Nemətov, UNİMA kommunikasiya və ictimai əlaqələr üzrə komissiyanın sədri Katarina Klançnik-Kokutar, GİTİS-in rektoru Qriqori Zaslavski və ASİSTEJ-in prezidenti İvet Hardi çıxış edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik