Ana səhifə » Mövqe » Ülviyyə Heydərova – Tıq-tıq xanım dörd fəsildə…

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Ülviyyə Heydərova – Tıq-tıq xanım dörd fəsildə…

Köhnə ilə bir gün qalmış Tıq-tıq xanımla görüşdüm.

Özü də elə maraqlı görüş oldu ki. O, yenə iri gözlərinə sürmə çəkib, qırmızı donunu geyinmişdi. İşvəsi, nazı da öz işində idi, yəni yer süpürürdü. Tıq-tıq xanım bu dəfə də gölməçədə boğulurdu. Harayına çatan yoldaşı siçan ona əl uzatsa da, o, “Yox-yox! Mən səndən küsdərəcik” deyirdi. Dilindən “yağ”, “bal” kəlməsi düşməyən siçan əlacsız qalıb, uzun quyruğunu saçı uzun suray xanıma tuşladı. Tıq-tıq xanım çar-naçar onun uzun quyruğundan yapışaraq quruya çıxdı. Amma o, siçana qoşulmadı, “Dost, gəl hardasan?” da demədi, heç çərə də, çürə də getmədi. Çünki o, donu daray xanım idi. Gözəllik axtarışında idi. Gözəl görünmək istəsə də, o, elə bilirdi ki, qara pıspısadırsa, demək, hamıdan çirkindi. Odur ki, Tıq-tıq xanım çıxış yolunu Şaxta babada, daha doğrusu,onun sehrli çubuğunda görürdü. Əmin idi ki, Şaxta baba sehrli sözünü çubuğuna üfürməklə onu Qar qıza çevirəcək. Ona elə gəlirdi ki, o, ağappaq Qar qız olsa, bəxti də ağaracaq, xoşbəxtlik quşu başına qonacaq. Bu arzuyla o, dərə-təpə düz gedərək Yaz fəslinə gəlir. Tıq-tıq xanım bənövşə, lalə, yasəmən, arxideya, hətta tikanlı qızıl güllə görüşür. Tıq-tıq xanım onlarla birlikdə Şaxta babanı axtarmaq istəsə də, güllər soyuqdan qorxduqlarını söyləyirlər və onu arzusu ilə baş-başa qoyurlar.
Tıq-tıq xanım bu dəfə Yay fəslinə qədəm qoyur. Görür ki, əlində bal qabını tutan ağ ayını arılar qovur. Vızıldayan arılar Tıq-tıq xanımı dövrəyə alsalar da, onu sancmırlar. Bu məqamda haradansa vəhşi pişik peyda olur. Tıq-tıq xanım elə bilir, Şaxta baba odur. Pişik onunla yoldaşlıq etmək istəsə də, Tıq-tıq xanım ondan qorxub qaçır. Daha sonra o, yağışdan çıxıb yağmura düşür, yəni canavarla rastlaşır. O da Tıq-tıq xanımı ələ keçirmək üçün dilinə şəkər qatır. Tıq-tıq xanım nə pişiyə yoldaşlıq edir, nə də canavara. Arıların, pişiyin, canavarın başını qatır, onlarla deyib-gülüb, mahnı oxuyandan sonra yoluna davam edir.
Amma bu dəfə dağa-daşa dırmaşmır. Gəlib Payız fəslinə düşür. O, ayrılıq fəslində xəzəllərin içində “Şaxta baba” deyib haray çəkməsə də, onu əsən küləkdən, yağan yağışdan soruşur. “Şaxta babanı gördüm” deyən tapılmır. O, bu dəfə bir vaxtlar özünə dost axtaranda rastlaşdığı Tülkünü görür. Tülkü şələ quyruğunu oynada-oynada, şirin dilini yalanla yağlaya-yağlaya Tıq-tıq xanıma yoldaşlıq etmək istəyir. Tıq-tıq xanımın getdiyi uzun yolda bir amalı vardı: Şaxta babanın sehrli çubuğu ilə Qar qıza çevrilmək. Vəssalam! Odur ki, o, Tülkünü bir addım belə yaxına buraxmır.
Tıq-tıq xanım Qış fəslinə sarı getməsə də, Qış gəlib özü onu tapır. Qışın lopa-lopa qarları qalın meşələri, uca dağları, bir sözlə, hər yeri ağappaq edir. Tıq-tıq xanımdan başqa hər tərəf və hər şey ağarır. Bircə küpəgirən qarı Qışın gəlişinə məhəl qoymur. O, süpürgəsi ilə belədən belə, elədən elə göy üzündə uçur. Tıq-tıq xanımın sürmə qaşları küpəgirən qarının mavi gözlərindən qaçmır. O, Tıq-tıq xanımı dilə tutur, onu süpürgəsinin tərkinə alıb meşədən uzaqlaşdırmaq istəsə də, buna nail olmur. Çünki Şaxta baba özünü yetirir və Tıq-tıq xanımı Küpəgirən qarının əlindən alır. Tıq-tıq xanım Şaxta babanı görən kimi ona öz arzusunu deyir. Şaxta babanın çubuğu nə qədər sehirli olsa da, Tıq-tıq xanımı Qar qıza çevirmir. Çünki ikinci Qar qıza ehtiyac duymur. Qar qız da Tıq-tıq xanımla görüşür, ona olduğu kimi qalmağı tövsiyə edir.
Tıq-tıq xanım xəyal qırıqlığına uğramır. Anlayır ki, ən yaxşısı xarici deyil, daxili gözəllikdir. Özünə dost axtarmaqdan usanmayan Tıq-tıq xanım Şaxta babanın nəsihətini dinləyir. Şaxta baba söyləyir ki, Yeni il həm də həmrəylik günüdür və nəinki bu gün, elə ilin bütün günü hamı həmrəy olmalıdır. Tıq-tıq xanım Qar qıza qoşulub güllərlə, çiçəklərlə, yol boyu rastlaşdığı heyvanlarla əl-ələ tutur, onlarla bir yerdə deyib gülür, şənlənir, rəqs edir, mahnı oxuyur.
Tıq-tıq xanımın yeni sərgüzəştini sehrli çıraqdan çıxan Cin danışırdı. Tıq-tıq xanımın sonrakı taleyi ilə maraqlanan isə Cini çıraqdan xilas edən məktəbli idi. Cin elə həvəslə danışırdı, sanardın, çırağın içində işini-gücünü buraxıb Tıq-tıq xanımın taleyini bir saniyə belə ötürmədən izləyib…
… Yuxarıda söylədiklərim “Tıq-tıq xanımın Saxta babası” adlı tamaşadan idi. Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində səhnə həyatı görən bu əsərin həm müəllifi, həm də quruluşçu rejissoru Zəhra Quliyevadır. Bu əsər, necə deyərlər, gözümün qabağında “böyüyüb”. Pyes hələ ideya məhhələsi dönəmini “yaşayanda” onun maraqlı olacağına şübhə etmirdim. Yalnız bir tərəddüdüm vardı. Qırxdan çox iştirakçısı olan tamaşa demək olar uşaq oyunçuların ixtiyarında idi. Uşaqları qısa müddətdə bir araya gətirmək, onları səhnəyə çıxartmaq, bilirik ki, heç də asan deyil. Axı bizdə adətən uşaq tamaşalarını peşəkar aktyorlar ifa edir. Bu tamaşa onu göstərdi ki, uşaq tamaşalarını elə uşaq oyunçular da oynaya bilər. Yetər ki, o uşaqları bir araya gətirən rejissor olsun.
“Tıq-tıq xanımın Saxta babası”nda əsas rolu, yəni “Saçı uzun suray xanım”ı Azərbaycan Dövlət Kukla teatrının “Oyuq” studiyasının doqquz yaşlı aktrisası Nuray Rəhman yaradıb. Tamaşada, həmçinin, Əməkdar incəsənət xadimi Nazim Əbidov,  aktyorlar Ellada Sarvan, Əmrah Dadaşov,  Zaur Əliyev, Beyrək Rüstəmzadə, Yaqut Bədəlova ifa ediblər. 45 dəqiqəlik tamaşada vaxt necə getdi bilmədim. Bircə onu bildim ki, sonda balaca tamaşaçılar Tıq-tıq xanımı, gülləri, çiçəkləri, heyvanları canlandıran iştirakçıların əhatəsində “Dost, gəl hardasan? Tez gəl hardasan?” deyirdi.
2019-cu ilin köhnə ilinə bir gün qalmış Tıq-tıq xanımla görüşdüm… Və bu, mənim üçün ilin ilk tamaşası idi. 2019-cu ilim teatrla başladı. Demək ki…

 

525.az

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir