Ana səhifə » Persona » Müsahibə » TUNCƏR CÜCƏNOĞLU: “Əsərlərimlə dünyaya mesaj ötürməyə çalışıram”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

TUNCƏR CÜCƏNOĞLU: “Əsərlərimlə dünyaya mesaj ötürməyə çalışıram”

Tuncər Cücənoğlu… Bu ad teatr camesinə çox yaxşı tanışdır. Bu gün Türkiyəli yazarın dövrümüzün ən aktual problemlərindən bəhs edən pyesləri dünyanın müxtəlif ölkələrində səhnəyə qoyulur. T.Cücənoğlunun əsərləri rus, ingilis, alman, fransız, bolqar, yunan, makedon, isveç, gürcü, yapon, azərbaycan, tatar, çin, ərəb, fars, ukrayna, macar, çərkəz, litva, özbək və s. olmaqla 30 xarici dilə tərcümə edilib.
Dünya teatr məkanında dramaturq kimi məşhur olan müsahibimin “Uçqun”, “Matruşka”, “Rəngsaz”, “Gözəlçələr”, “Qızıl çay”, “Çıxmaz küçə”, “Sənət”, “Təyyarə”, “Şapka”, “Ziyarətçi”, “Qadın sığnağı” və s. əsərləri 40-dan çox ölkənin teatrlarının repertuarında yer alır.
Əsərləri Azərbaycanda da sevilə-sevilə oxunan və tamaşaya qoyulan dünya şöhrətli dramaturqla bu dəfə virtual olaraq söhbət etdik.

– Tuncer bəy, 50 ilə yaxındır ki, teatr səhnələri üçün əsərlər yazırsınız. Bu da yarım əsr deməkdir. 50 il! Bu, əsərləri dünyanı gəzən bir yazar üçün nə məna daşıyır?
– Bəli, teatr yazarı olaraq 48 ildir ki, fəaliyyətdəyəm. İki il sonra dramaturji yaradıcılığımın 50 ili tamam olacaq. Bu nöqtəyə gəlib çatdığım üçün özümü xoşbəxt hiss edirəm.

– Müəllifi olduğunuz pyeslər nəinki Türkiyədə, dünyanın bir çox ölkələrində səhnəyə qoyulub və hələ də oynanılmaqdadır. Bu uğura necə nail olmusunuz?
– Əsərlərimi yalnız Türkiyə üçün deyil, dünya xalqları üçün də yazıram. İnsanlığın problemləri ortaqdır. Əgər maraqlı əhvalatınız, xarakterləriniz və insanlığı maraqlandıran bir mesajınız varsa, bu zirvəyə çatmaq mümkündür.

– Adətən, dramaturqlar əsərlərinin səhnəyə qoyulması üçün illərlə gözləyir.
– Yazdığım ilk əsərimlə teatr səhnəsinə çıxan bir yazaram. Əsərlərim mənə bu şansı yaradır.

– Türkiyənin teatr həyatını necə dəyərləndirirsiniz? Və hazırda Türkiyə teatrında hansı proseslər gedir?
– Türkiyənin aktyor baxımından bir problemi yoxdur. Amma bir qədər rejissor sıxıntımız var. Növbəti önəmli problemimiz də dövlət və bələdiyyə teatrlarının tamaşa seçimində daha sərbəst bir ortama sahib olmasıdır. Bu çox vacib məsələdir.

– Teatr yazarı olaraq fərdi saytınız fəaliyyət göstərir, bu sizə hansı üstünlüklər verir?
– Haqqımda bütün materialların toplandığı web səhifəm mənə böyük avantajlar təqdim edir. Çünki bütün dillərə çevrilmiş əsərlərimi tez bir zamanda saytıma yerləşdirirəm. Beləliklə tamaşalarımı və əsərlərimi izləmək çox asan olur. Mənə, sadəcə, saytımın ünvanını teatr cameəsindən olan insanlara vermək qalır. Əvvəl poçt vasitəsi ilə tamaşaların diskini göndərirdik və ünvana çatma işi aylarla uzanırdı. Bu da bizdən ayrı bir maliyyə tələb edirdi. Hər göndərdiyin yer üçün tamaşaların bir nüsxəsini çıxarmaq və poçt ödənişi ödəmək məcburiyyətində qalırdıq. Ancaq indi bir neçə dəqiqə içində sayta daxil olub, tamaşalara baxmaq mümkündür.

– Ötən ay Gəncə Dövlət Dram Teatrında sizin “Matruşka” əsəriniz səhnəyə qoyuldu. Tamaşa sizi qane etdimi?
– Gəncə Dövlət Teatrında “Matruşka” adlı əsərimin uğurla tamaşaya qoyulduğunu deyə bilərəm. Rejissor Elşad Əhmədli və aktyorlar olduqca yaxşı performans göstərmişdilər. Buradan onları da təbrik edirəm.

– Hazırda isə İrəvan Teatrında Sərvər Əliyev tərəfindən başqa bir əsəriniz səhnəyə qoyulur. Bir ildə iki əsəriniz Azərbaycan teatrlarında səhnə həlli tapır. Sizcə də bu Azərbaycanın sizə bir yazar olaraq verdiyi dəyərdən xəbər vermirmi?
– Sərvər Əliyev çox yaxşı rejissordur və mənim ən yaxşı dostlarımdan biridir. İnanıram ki, İrəvan teatrında hazırlanan “Matruşka” tamaşası da çox uğurlu olacaq. Azərbaycan xalqı məni sevdi. Çünki bu günə qədər “Kor döyüşü”, “Ziyarətçi”, “Ah, bir yoxsul olsam”, “Uçqun”, “Gözəlçələr” və “Boyaçı” adlı əsərlərim qardaş Azərbaycanda tamaşaya qoyulub. İnanıram ki, gələcəkdə digər əsərlərimə də müraciət olunacaq. Çünki mən Azərbaycan xalqı ilə ruh əkiziyəm.
Bunu da əsla unutmayın ki, böyük şairimiz Nazim Hikmətin ən yaxın dostu, ölümündə belə baş ucunda Əkbər Babayev olub. Yenə Nazim ustamın “Fərhad və Şirin” baletinin bəstəkarı da dünyanın ən böyük musiqiçilərindən Arif Məlikovdur. Mən “Qızıl çay” əsərimin balet liberottosunu yazdım və Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev ona səhnə həlli verdi. Bu əsər Türkiyə ilə bərabər bir çox ölkələrin repertuarına daxil oldu. Ümid edirəm ki, Türkiyə və Azərbaycan xalqlarının ortaq məhsulu olan bu tamaşa Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində də nümayiş olunar. Mən artıq bir dünya yazarıyam. Amma xüsusilə, Azərbaycan və Türkiyə xalqlarının yazarı kimi fəaliyyət göstərirəm.

– 2008-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sizin “Uçqun” əsəriniz Bəhram Osmanovun quruluşunda səhnəyə qoyuldu. Türkdilli ölkələrin bir çoxu bu əsərə müraciət edib. Sizcə, türkdilli xalqlarda bu əsərə maraq oyadan səbəb nədir? 
– “Uçqun” yalnız türk dilində danışan ölkələrdə deyil, Rusiya Federasiyanın Muxtar Respublikalarında, Balkanlarda (Bolqarıstan, Rumıniya, Ukrayna), Qafqazda, daha sonra Gürcüstan, İran, Fransa və Litvada səhnə üzü görüb. Bu günlərdə Belarusda M.Qorki adına Dövlət Dram Teatrında “Uçqun”un məşqlərinə başlanıb. Rusiya Federasiyanın 24 şəhərində “Uçqun” pyesi tamaşaya qoyulub. Əsərlərimin bu qədər çox ölkələrin teatr səhnələrinə yol tapmasının səbəbi isə cəmiyyətin ümumi bir mövzusu olan: “Susma, danış! Çünki susmaq əlac gətirməz” ismarıcıdır.
Bu günlərdə Gürcüstanda maraqlı bir layihə həyata keçirildi. 5 ayrı ölkədən 5 rejissor mənim “Uçqun” əsərimin tamaşasını qurdu. Azərbaycanlı rejissor İradə Gözəlova da orada iştirak edirdi. Bu tamaşa dünyanın bir çox ölkəsində Gürcüstanı təmsil edəcək.

– Azərbaycan teatrını necə dəyərləndirirsiniz?
– Azərbaycan müasir standartlara uyğun teatr binalarına sahib olan dünyanın ən zəngin ölkələrindən biridir. Xüsusilə də Bakıda saysız və mükəmməl teatr binalarına sahib olmanız təbii ki, təqdirəlayiq haldır. Bu vəziyyət Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin sənətə və xüsusilə də teatrlara göstərdiyi diqqətin göstəricisidir. Nazirliyinizin beynəlxalq miqyaslı tədbirlər keçirməsi də çox önəmli qərardır. Mədəniyyət nazirliyinizdən də əvvəl sizin prezidentiniz cənab İlham Əliyev və onun həyat yoldaşı dəyərli Mehriban Əliyevanı təbrik edirəm. İlham Əliyevin və ölkənin birinci xanımının teatr sənətçilərinə önəm verəcəyini və onları sosial baxımdan da məmnun edəcəyini bilirəm. Çünki İlham Əliyev çox önəmli bir adamın, Ulu öndər Heydər Əliyevin oğludur. Bu səbəbdən əminəm ki, mədəniyyətin dəyərini biləcək və öz dəstəyini əsirgəməyəcəkdir.

– Sizin yaradıcılığınıza nəzər yetirdikdə daha çox ümumi problemlərdən yazdığınızı və həmin problemlərin bütün dünya üçün aktual olduğunu görürük.
– Mən insanlığı ulu öndərimiz Mustafa Kamal Atatürk kimi, eynən onun gözü ilə görməyə çalışıram. Yəni dünyadakı bütün xalqlar böyük insan bədəninin parçaları kimidir. Qəlbi bir xalqdırsa, beyni, əlləri, ayaqları ayrı bir xalqdır. Ancaq hamısı birlikdə bir bütündür. Əlində, ya da başında problem olan insanın acısını bütün insanlıq hiss edir. Bəşəriyyəti maraqlandıran bir mövzunun bütün dünyada aktuallaşdırılması vacibdir. Bu gün Şekspirin əsərlərinin Afrikadan Amerikaya, Avropadan Asiyaya yayılıb oynanılmasının əsas səbəbi budur. Mən də əsərlərimlə bütün dünyaya mesaj ötürməyə çalışıram. Bu səbəblərdən də əsərlərim daha çox ölkəyə yayılır.

– Sizcə hər bir teatrın öz yazarı olmalıdırmı?
– Şübhəsiz ki, hər teatr öz dünyagörüşünə uyğun əsərlər axtarır və səhnəyə gətirir. Əlbəttə, yazarın keyfiyyəti teatrın səviyyəsini daha da qaldırar.

– Müəllifi olduğunuz “Matruşka” əsəri 15-dən çox ölkənin teatr səhnəsində oynanılıb. Bir müəllif olaraq hansı hissləri keçirirsiniz?
– Bu məni, təbii ki, sevindirir. Əsərimin daha çox yayıldığını görmək gözəl hissdir. Bunun bir çox səbəbləri var. Birincisi, tamaşada iki nəfər oynayır – bir qadın, bir kişi. İqtisadi baxımdan da çox əlverişlidir. İkincisi, asanlıqla daşına bilən alətləri var. Üçüncüsü, mobil bir oyundur. Dördüncüsü isə, cəmiyyəti bir mövzu ilə güldürərək insanlara əyləncəli şəkildə izah etmək kimi xüsusiyyəti var. Pyesin daha çox oynanılmasının bu səbəblərdən qaynaqlandığını düşünürəm. “Matruşka”nın mövzusu da maraqlıdır: “Eşq bütün ümidsizliklərə baxmayaraq gözəl və yaşanılası bir şeydir”.
Onu da əlavə edim ki, bu günlərdə Türkiyədə İstanbul şəhər teatrı və İzmirdə özəl bir teatr da bu tamaşanı hazırlayıb.

– Teatrın çox da dəbdə olmadığı bir dövrdə nə üçün məhz teatr yazarlığını seçdiniz? Axı Türkiyədə serial yazarları daha çox pul qazanırlar?
– Mən teatr yazarlığını 48 il bundan öncə bilərək seçmişdim. Çünki bu sahədə mütləq şəkildə uğur qazanacağımı bilirdim. Serial yazmaq insanı tükədir. Serial yazmaq buz üstündə yazı yazmaq kimi bir şeydir. Yazarsan və əriyər gedər. Serial yazarları hər həftə bir oyun yazmağa məcburdurlar. Üstəlik hər bölüm üçün bir dəfə pul alırlar. Ancaq qalıcı və cəmiyyətə bir mesaj ötürə biləcəyiniz əsər yazsanız, bir çox ölkə teatrları da bunu oynayacaq və siz daha çox pul qazanacaqsınız. Beləliklə, dünya teatr ədəbiyyatına tanınan və daima xatırlanan bir yazar olaraq daxil olursunuz. Mən bu 48 ildə 28 pyes yazmışam. Amma bu əsərlərimin hamısı dünyada tanınıb və dəfələrlə səhnəyə qoyulub. Teatr yazarlığı serial yazarlığından daha çox gəlir gətirir.

– Dramaturq kimi çalışdığınız bu illər ərzində cəmi bir dəfə aktyor kimi səhnəyə çıxmısınız. Təfəkkürünün məhsulu olan qəhrəmanı yazarın özünün canlandırması necə hissdir?
– Bəli, yalnız bir dəfə səhnəyə çıxmışam. Bu tamaşa Türkiyə aktyor və rejissorlarından Avni Dilligilin teatrında illərcə səhnələnən “Qırmızı fənərlər” tamaşası idi. Bir yunan yazarın tamaşası idi. Heç bir aktyor tamaşada oynadığı insan deyildir. Hamleti oynayan aktyor Hamlet, ya da Kral Lirdirmi? O ki qaldı sualınıza, mən aktyor deyiləm və məcburiyyət qarşısında qalıb, bir gecəlik səhnəyə çıxmışam.
Bu yaxınlarda yuxumda belə bir şey gördüm. Mənim əsərlərimdən biri tamaşaya qoyulurdu. Teatrın direktoru böyük həyəcanla yanıma gəlib dedi ki, bütün biletlər satılıb və baş rolu oynayan aktyor ağır bir xəstəlik keçirərək, xəstəxanaya düşüb. Çox xahiş edirəm, səhnəyə çıxıb onun rolunu sən oyna, yoxsa biabır olacağıq. Onsuz da bu əsəri siz yazmısınız. Aktyorun monoloqunu da bilirsiniz. Yuxudan qorxu ilə oyandım. Qan-tər içində idim. Öz-özümə dedim, yaxşı ki, yuxu imiş. Yoxsa qorxu ilə qalxıb infarkt keçirərdim. Aktyorluq çox çətin bir işdir. Yazarlıq isə tamam başqa bir şeydir. Bu baxımdan, hər kəs yerini bilməlidir. Doğrudan da, özümdən bəhs edən bir əsərim yoxdur. Amma öz yaşamımdan parçalar olan əsərlərim var.

– Müsahibələrinizin birində “Bir ölkənin məşhur olması üçün onun teatr yazarı olmalıdır” demisiniz. Niyə məhz teatr yazarı?
– Təbii ki, bütün janrlarda yazan müəlliflərin olması ölkəni tanıdar. Ancaq hər hansı müəllifin əsəri davamlı olaraq tamaşaya qoyularsa, ölkəsini daha çox tanıdar. Onun əsərləri dünyanın müxtəlif səhnələrində oynanılsa, müəllifin ölkəsi hər zaman gündəmdə qalacaq.

– Sizin oxucu və tamaşaçılarınızı hansı yeni əsərlər gözləyir?
– Ən son yazdığım “Brut ya da Yuli Sezarın qatili” əsəridir. Bu pyes hələ ki, səhnəyə qoyulmayıb, amma bir çox dillərə tərcümə olunub. Əsərin ilk dünya premyerası iyun ayının əvvəlində Tiflisdə olacaq. Tamaşanın rejissoru İrakli Gogiadır.
Hazırda üzərində çalışdığım əsər isə “Sarı gəlin”dir. Xalqların düşmən olmadığını və olmamağın vacibliyini izah etməyə çalışdığım bir musiqili əsərdir. İnşallah, bu ay onu bitirəcəm

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir