“Tuğanlıq – 2019” Festivalına həsr olunmuş mətbuat-konfransı keçirilib

18 apreldə M.Qafuri adına Başqırdıstan Akademik Dram Teatrında Türkdilli Teatrların VII Beynəlxalq “Tuğanlıq” Festivalının mətbuat-konfransı keçirilib.  Festivalın bədii rəhbəri, Rusiyanın Əməkdar artisti, BR-nin Xalq artisti, RF Dövlət mükafatı laureatı Oleq Xanov, festivalın direktoru – M.Qafuri adına BATD-nın bədi rəhbəri İrşat Fayzullin, Festivalın proqram direktoru Aysılu Saqitova və rejissor, BR-in Əməkdar incəsnət xadimii Ayrat Abuşahmanov jurnalistlər qarşısında çıxış ediblər.Xatırladaq ki, Festival Ufada 2019-cu il 23-30 may aralığında baş tutacaq. Həmin günlər ərzində Başqırdıstan, Tatarıstan, Azərbaycan, Krım, Qaqauz, Qırğızıstan, Tıva, Hakasiya, Özbəkistan, Türkiyə, Qazaxıstan, Altay Respublikasının teatr kollektivləri öz tamaşalarını M.Qafuri adına BADT, M.Kərim adına RB Dövlət Gənc Tamaşaçılar Teatrı, Ufa Dövlət “Nur” Tatar Teatrı, Başqırd Dövlət Opera və Balet Teatrı, Başqırdıstan Dövlət Akademik Rus Dram Teatrının səhnələrində təqdim edəcəklər. Respublikanın və M.Qafuri adına BATD-nin 100 illiyinə düşən builki Festivalda ümumilikdə 14 teatr kollektivi iştirak edəcək.  Festivalın açılışı Rusiyanın milli “Qızıl maska” mükafatı laureatı – “Züleyxa gözlərini açır” (G.Yahina, Y.Pulinoviç, rej A.Abuşahmanov)  tamaşası ilə olacaq.

Mükafatlar və nominasiyalar köhnə formatında qalsa da “ən yaxşı qadın rolu” nominasiyası SSRİ Xalq artisti Güllli Mübarəkovanın adını daşıyacaq.Oleq Xanov builki “Tuqanlık” festvalında tətbiq edilən yeniliklərdən danışıb. Qeyd edib ki, ilk növbədə münsiflər heyəti və tənqidçilər heyətində ciddi dəyişiklər baş verib. Bu il onlar Festivalın ekspert şurasında birləşəcəklər. İkinci yenilik isə “Tuqanlığ”ın əsasını qoyan Rifkət İsrafilovun Festivalının prezidenti təyin olunmasıdır. Oleq Zakiroviç bildirib ki, prezidentin “Tuqanlık”da öz mükafatı var. Üçüncü yenilik ondan ibarətdir ki, bu il festivalın müsabiqə proqramında  Respublikamızı iki teatr təmsil edəcək: Başqırd akademik teatrı və Sterlitamasko teatr-konsert ittifaqı. Həmçinin ilk dəfə olaraq Festivalda Aysılu Saqitovanın timsalında proqram direktoru işləyir. O, müsabiqəyə buraxılan tamaşaları seçmək üçün 40-a yaxın tamaşaya baxıb.

Aysılu Saqitova qeyd edib ki, festivalın proqramı rəngarəngdi, tamaşalar müxtəlif janrlardan ibarətdir. Onun fikrincə “Tuğanlıq” festivalında biz muasir dünyada milli dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi necə qorumalıyıq suallarına cavab axtaracağıq.

Bu sual həmçinin, Festival çərçivəsində keçiriləcək “Mədəniyyətlərarası dilaoq və Türkdilli Teatrlar” elmi-praktiki  konfransında qaldırılacaq.

Qeyd edək ki, bu il “Tuğanlıq” Festivalında Azərbaycanı rejissor Tərlan Rəsulovun rəhbəlik etdiyi “dOM” Müstəqil Teatrı “Limbo” immersiv tamaşası (müəllif İsmayıl İmanov, qur. rejissor Tərlan Rəsulov) ilə təmsil edəcək. “dOM”çular öz tamaşalarını 25 may tarixində M.Qafuri adına BADT-n kiçik səhnəsində nümayiş etdirəcəklər.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Paytaxt teatrlarının həftəlik repertuarı (17-23 yanvar)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 17 yanvar K.Abdulla “Bir, iki bizimki” saat 19:00 18 yanvar H.Mirələmov “Xəcalət” saat 19:00 19 yanvar H.Mirələmov “Xəcalət” saat 12:00 Ə.Əmirli “Ah,...

YUĞ Teatrının kollektivi Prezidentin Sərəncamını sevinclə qarşılayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında daha bir Sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan teatr ənənələrinin qorunub...

Akademik Milli Dram Teatrı Konya şəhərində

Akademik Milli Dram Teatrı Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edib. Teatrın mətbuat xidmətindən verilən...

Recent

OPERA və BALET TEATRINDA “NƏSİMİ” BALETİNİN PREMYERASI OLACAQDIR

Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Nəsimi" baletinin premyerası olacaqdır. Tamaşa böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuşdur. Məlum...

Aliyə Dadaşova – “Qiyamət: Trierin dövri və cari qorxuları…”

Tam bir həftə əvvəl məşhuri cahan Danimarka rejissoru Lars von Trierin "Cekin tikdiyi ev” adlanan yeni filminə baxdım. "Film necədi?” soruşanlara bir cavabım vardı:...

Şahanə Urfan – Fabulanın strukturyaradıcı funksiyası

Klassik və müasir ədəbiyyat nəzəriyyəsində süjet-fabula əlaqələri daim diqqət mərkəzində olan məsələlərdəndir. Bu iki anlayışın fərqləndirilməsi, fabula və süjet elementlərinin müəyyənləşdirilməsi mətnin struktur təhlilinin...