Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Azərbaycan teatrşünaslığına ağır itki üz verib. Tanınmış teatrşünas, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Kəmalə Cəfərzadə 31 iyul 2019-cu il tarixində uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Kəmalə Məmməd qızı Cəfərzadə 5 avqust 1950-ci ildə Şirvan rayonunda anadan olmuşdu. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatrşünaslıq” fakültəsini bitirmişdi. K.Cəfərzadə bir müddət AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr və Kino şöbəsində çalışmış, 1977-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının Nəşriyyat şöbəsində baş redaktor, Yaradıcılıq şöbəsinin baş mütəxəssisi, rəisi, sədrin köməkçisi, 1998-ci ildən 2014-cü ilə kimi isə məsul katib vəzifəsində işləmişdi. 2014-cü ildən Azərbaycan Dövlət Tərcümə Mərkəzində şöbə müdiri vəzifəsində çalışırdı.

K.Cəfərzadə dövri mətbuatda teatr sənətinin müxtəlif sahələrindən bəhs edən onlarla məqalə, resenziya və portret yazıların müəllifi idi. Onun “Teatrda gənc aktyor problemi”, “Gülarə Rəsulova”, “Zülfidə Babayeva”, “Fırtınadan əvvəlki harmoniya” (M.Əlizadə ilə birlikdə), “Teatrşünas alimin son əsəri” (M.Əlizadə ilə birlikdə), “Bir aktrisa var Bakıda (Sofya Bəsirzadə)”, “Həm teatrda, həm kinoda… (Nəcibə Məlikova)”, “Hüseynağa Hacıbababəyov”, “Heykəltəraş Nəcəf Salamov”, “Fars teatr tamaşaları”, “Hind teatr tamaşaları”, “Balet barədə dialoq və dialoq iştirakçıları haqqında (Rəfiqə Axundova və Maqsud Məmmədov)”, “Teatrın baş rəssamı (Əyyub Fətəliyev)”, “Meyerxold və Azərbaycan teatrı”, “Səhnədə kecən illər (Ulduz Rəfili)”, “Respublikamızın yaşıdları – Raxil Ginzburq”, “Həsənağa Turabov üçün elegiya”, “Sevgi dolu ömür (Firəngiz Şərifova)” və sair yazılarını qeyd etmək olar.

Kəmalə Cəfərzadə həm də gözəl tərcüməçi və redaktor idi. O, Ə.Nemətzadənin “İsmayıl Dağıstanlı”, Barat Şəkinskayanın “Xatirələrim”, İ.Rəhimlinin “Kəsişən paralellər”, “Bəşir Səfəroğlu”, “Aktyora oxşamayan adam”, Y.Əlioğlunun “Səhnə rampasının sehri”, “Sənət çevrəsinin sakinləri”, “Şuşa teatrı”, Ə.Cəfərzadənin “Biz Cəfərzadələr” və s. kitabların redaktoru olmuşdu.

K.Cəfərzadə xarici ölkələrdə – Türkiyə, Rusiya və Qazaxıstanda keçirilən teatr festivallarında Azərbaycan nümayəndə heyətinin üzvü kimi ölkəmizi ləyaqətlə təmsil etmişdi.

K.Cəfərzadənin Azərbaycan mədəniyyəti qarşısındakı xidmətləri yüksək qiymətləndirilmiş, o, 2013-cü ildə ölkə Prezidentinin Sərəncamı ilə Əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdü.

Həm bir teatrşünas kimi, həm də öz gözəl insani keyfiyyətləri – mehribanlığı, səmimiyyəti, qayğıkeşliyi ilə teatr ictimaiyyətinin sevimlisi olan Kəmalə xanım Cəfərzadə onu tanıyanların xatirəsində əbədi yaşayacaq!

Allah rəhmət eləsin.

 

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Şarpantye, musiqini ver! Buyurun teatra

*** Sözün hər iki mənasında teatrların rampasının endiyi bir vaxtda əyalətdə Molyerə və teatra yenidən vurulmaq bir eşq hadisəsidir. Bu eşqin ahəngi, işığı bütün səhnəni...

Həmişə SİZ gələsiz!

Rejissor üçün “doğum günü” buketi və ya həmişə SİZ gələsiz! Adı yadımda deyil, kimsə deyirdi ki, yalnız axmaq adamlar daha bir yaş qocaldıqlarına sevinərlər. Amma...

Xəyalə Rəis – 25 il gözləməyə dəyərdi…

Bir neçə həftə bundan öncə Azərbaycan Dövlət Pantomima Teatrının yaranmasının 25 illiyi münasibətilə ilə teatrın yaradıcısı, xalq artisti Bəxtiyar Xanızadə ilə müsahibəyə getmişdim. Adətən...

Recent

Fəridə Cəlilova – TEATR ƏHLİNİN XUDPƏSƏND CAZİBƏSİ

Aprel ayının 13-ü bir neçə dəfə təxirə salınan “İblis oyunları” tamaşası, nəhayət ki, Akademik (artıq akademik!) Rus Dram Teatrının səhnəsində tamaşaçılara təqdim olundu.  Tamaşa...

Tərlan Rəsulov – “Ortodoksal teatr tənbəl aktyor nəsli yetişdirir”

“Poliqon” teatr platformasının və dOM teatrının müəllifi Tərlan Rəsulovla müsahibə.  -Müasir teatrı necə görürsünüz?  -İlk növbədə, teatrı canlı görmək istəyirəm. Teatr adamları adətən deyirlər ki, kino...

YUĞ Teatrında Orxan Pamukun romanı səhnələşdirilib

YUĞ Dövlət Teatrında “Mən ağacam” adlı yeni tamaşasının premyerası keçiriləcək. Teatr bu dəfə türk dünyasının ən qalmaqallı yazıçısı, məşhur türk romançısı Orxan Pamukun yaradıcılığına...