Teatrın yenidən qurulması işləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.21.1-ci yarımbəndində göstərilmiş 2,0 (iki) milyon manat vəsait Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral 2019-cu il.

 

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Ağdam Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq

Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, 2019-cu ildə Ağdam Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq. Bu barədə teatrın direktoru Məhəmməd Hüseynov...

Fuad Poladov: Mən ölmürəm, gözəgörünməzə qovuşuram

Fuad Poladov müsahibələrinin birində Nodar Dumbadzenin “Darıxma, ana” əsərindən  belə bir misal çəkir: “Necə yaşayırsan yaşa, hansı çətinliklərə düşürsən düş, çalış adamlığını itirmə”. Uzun müddət...

Gəncə xəbərləri

T.Cücənoğlu Gəncədə, İ.Gözəlova Gürcüstanda, N.Dumbadze isə... Gəncə Dövlət Dram Teatrının səhnəsində yeni tamaşa hazırlanıb. Teatrın gənc rejissoru Elşad Əhmədov Tüncər Cücənoğlunun “Matruşka” əsərini tamaşaya qoyub....

Recent

Hüseynağa Atakişiyev: “Hamı qocalır da…”

Sentyabrın 8-i Dövlət Gənclər Teatrının yaradıcısı, Əməkdar incəsənət xadimi, mərhum Hüseynağa Atakişiyevin doğum günüdür. 2006-cı il aprelin 9-da vəfat edən görkəmli rejissor yaşasaydı 69...

Emil Hacıyev – Azadlıq, dözüm, yumor…

Əqidəm fərdiyyətçinin əqidəsidir: Azadlıq, dözüm, yumor... - Erix Maria Remark   Sözün açığı, Remark haqqında yazmağa bilmədim haradan başlayım. Əslində, yazmaq çox asandır, çətini haradan başlayacağını tapana...

Nigar Pirimova – “Soğanbaş oğlanın macəraları yaxud dəcəl Çipollino…”

Bəzən insan hansı yaşında olmasından asılı olmayaraq, qayğısız uşaqlıq çağlarına qayıtmaq istəyir. Hər kəsdən, hər şeydən uzaq sakitcəsinə oynadığı oyunlar, izlədiyi uşaq filmləri, seyr...