Teatrda yeni təyinat

Azərbaycan Respublikası Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Elşən (Sərxanoğlu) Hacıyev Sumqayıt Dövlət Dram Teatrının baş rəssamı vəzifəsinə təyin olunub.

Hacıyev Elşən Sərxan oğlu Rəssamlıq Məktəbində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
Elşən (Sərxanoğlu) Hacıyevin yaradıcılıq palitrası yetərincə çeşidli və zəngindir. Qobustan Milli Bədii Qoruğu ilə birlikdə Reenkornasiya – 5 layihəsini uğurla həyata keçirən istedadlı rəssam Azərbaycan Dövlət Akademik Milli Dram və Dövlət Gənc Tamaşaçılar Teatrında, habelə digər sənət ocaqlarında oynanılan 36-dan çox əsərə tərtibat verib. Türkiyə səhnəsində isə 10 tamaşanın quruluşçu rəssamı olub.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Öldürsənə məni, Caniko

İyulun 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Nesinin “Öldürsənə məni, Caniko” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib...

“Gəl qohum olaq” yeni versiyada Sumqayıt Dövlət Dram Teatrında

Sumqayıt Dövlət Dram Teatrı 2019-cu ildə, özünün 50-ci mövsümündə repertuarına   bir neçə fərqli janrlı tamaşa daxil  etmişdir. Belə ki, hazırda A.Şaiqin “Danışan gəlincik” əsərinin...

Əlisəfdər Hüseynov – CƏLALIN AQİBƏTİ 

1970-ci ildə "Yeddi oğul istərəm" filmi ekranlara çıxandan sonra  sevgilisini xilas etmək üçün ölümə yollanan, al qanına qəltan edilən yaraşıqlı bir gəncin obrazı böyükdən...

Recent

Rəşad Əhmədzadə: Onlar artıq bizim gücümüzü görüblər…

-Əvvəla, festivallarda qazandığınız uğurlara görə təbrik edirik. İlk olaraq, sentyabrda baş tutmuş “Xəzərin sahili” festivalı ilə bağlı təəssüratlarınızı bölüşərdiniz. -Kukla teatrı elə teatrlardandır ki, festivalla...

Nigar Pirimova – Teatrlarımızın son beş ili

Tamaşanın ərsəyə gəlməsində əsas fiqurlardan biri rejissordursa, digəri ədəbi materialdır. Rejissor, adətən, yaşadığı dövrlə səsləşən əsərlərdən ədəbi əsas kimi istifadə etməyə çalışır ki, seyrçilərin...

Layihə çərçivəsində “Dolu” filmi tiflo tərcümə-şərhlə nümayiş olundu

Mayın 7-də Nizami Kino Mərkəzində görmə imkanları məhdud şəxslər üçün “Dolu” filminin nümayişi keçirildi. Nümayişdən əvvəl layihənin rəhbəri Reyhan Cəfərova filmin tiflo tərcümə-şərhlə təqdimatı haqqında...