Xəbər Teatra O gəlir

Teatra O gəlir

-

Azərbaycan media məkanında TEATRO.AZ adlı yeni müstəqil sayt fəaliyyətə başlayır. Aprel ayının 6-dan etibarən istifadəçilərin ixtiyarına verilən TEATRO.AZ sənət portalının təsisçiləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov və teatrşünas Elçin Cəfərovdur. Redaksiya heyəti, əsasən, peşəkar teatrşünaslardan ibarət olan saytın baş redaktoru Vidadi Qafarovdur. Dünya təcrübəsi göstərir ki, teatr sənətinin kompleks inkişafı teatr prosesini işıqlandıran nəşrlər olmadan mümkün deyil. İnformasiya cəmiyyətinin müasir incəsənətin qarşısına qoyduğu şərtləri nəzərə alsaq, müxtəlif sənət sahələri üzrə, xüsusən də, teatr sənəti ilə bağlı elektron nəşrlərin hazırlanması dövrün qaçılmaz tələbi kimi qarşıya çıxır. Dünya və Avropa teatrının müsbət örnəklərindən faydalanaraq tərtib edilən, milli səhnə sənətimizi dünya teatr prosesi kontekstində işıqlandırmağı nəzərdə tutan TEATRO.AZ sənət portalı teatrşünaslıq və teatr jurnalistikası ilə bağlı mövcud boşluğun aradan qaldırılmasına xidmət edərək, teatr prosesinin canlanmasında, milli səhnə sənətinin inkişafında və dünya teatr məkanına inteqrasiyasında müəyyən rol oynamağı hədəfləyir. Sənətə universal baxım bucağından yanaşan TEATRO.AZ saytı həmçinin ölkəmizdə teatr təhsilinə yardımçı olmaq və elmi-nəzəri, dramaturji baza funksiyasını yerinə yetirmək məqsədini qarşıya qoyur. Teatr sənətinin sintetik təbiəti nəzərə alınaraq, portalda kino, televiziya, sirk və s. kimi digər sənət növlərinə də yer ayrılmışdır ki, bu da veb-saytın əhatə dairəsini genişləndirir. Hazırda elektron media məkanında yeganə teatr saytı olan TEATRO.AZ portalı səhnə sənəti ilə məşğul olan bütün qurumları və teatr icmasını əməkdaşlığa dəvət edir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik