“Tanrıya 14 məktub” göndərildi                 

24 mart tarixində Gənc Tamaşaçılar Teatrında fransız yazıçısı Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanan “Tanrıya 14 məktub” tamaşasının premyerası baş tutub.
Pyesin tərcüməçisi və tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı əməkdar artist Nailə Məmmədzadədir. Tryukların quruluşu İsa Əsədova, musiqi  tərtibatı Şamxal Novruzluya aiddir. Rolları Anar Səfiyev,  Mirsənan Kazımlı, Qəmər Məmmədova, Ramil Məmmədov, Bəhram Həsənov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Təhminə Məmmədova, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Araz Pirimov canlandırıblar.
Əsərin qəhrəmanı 10 yaşlı Oskardır. Oskar qan xərçəngindən əziyyət çəkir. Tamaşa ölümlə üz-üzə dayanan Oskarın ağır xəstəliklə mübarizəsindən və ömrünün son 10 günündən bəhs edir. Kədərli finalı olan əsər insanlarda Allaha inam duyğusunun hər zaman olmasını, ən çətin anlarda belə şükür etməyi bacarmağı təbliğ edir.
Foto: Razimə İsmayılova
- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Steam-powered gunboats used through the American Civil War

Commandeered by Neil Armstrong, the Apollo 11 mission was a spaceflight that landed the first two people on the Moon. Following the "Cold War"...

Rejissor Rövşən Almuradlı vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli rejissor və aktyor Rövşən Əziz oğlu Almuradlı 2019-cu il aprel ayının 2-də ömrünün 64-cü ilində vəfat etmişdir. Rövşən...

Akademik teatrın “Sinif yoldaşları”

Sentyabrın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan “Sinif yoldaşları” tamaşasının premyerası olub. Premyerada dövlət və hökumət nümayəndələri, tanınmış...

Recent

Paytaxt teatrlarının həftəlik repertuarı (7-14 may)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı  9 may C.Məmmədquluzadə “Anamın kitabı” saat 11:00 C.Məmmədquluzadə “Anamın kitabı” saat 16:00 10 may M.S.Ordubadi “Qətibə inanc” saat 11:00 M.S.Ordubadi “Qətibə inanc” saat 16:00 M.Qavran...

İTALİYA, BELARUS və AZƏRBAYCANIN OPERA ULDUZLARI “TOSKA” OPERASININ TAMAŞASINDA BİRGƏ ÇIXIŞ EDƏCƏKLƏR

Mayın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni proqramı çərçivəsində Cakomo Puççininin “Toska” operasının tamaşası keçiriləcəkdir. Toska...

Tbilisi Dövlət Azərbaycan Dram Teatrına bədii rəhbər təyin olundu

Gürcüstanda fəaliyyət göstərən Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbər vəzifəsinə təyinat olub. Teatrın tarixində ilk dəfə azərbaycanlı bədii rəhbər təyin...