Ana səhifə » Persona » Müsahibə » Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Qubanın İkinci Nügədi kəndində elə bir Məcnunun qonağıyıq ki… 84 yaşlı Məcnunun, bir vaxtlar Akademik Milli Dram Teatrının səhnəsində, dövlət televiziyasında hazırlanan teletamaşalarda maraqlı rollar yaratmış Məcnunun. Nəfəs aldığı səhnədən ayrılandan sonra doğma kəndinə qayıdan Əməkdar artisti Məcnun Hacıbəyovun…

Sadə, qonaqpərvər ev sahibi ilə ötən günlərdən, çiyin-çiyinə çalışdığı sənət dostlarından söz saldıq, maraqlı məqamları xatırladıq. Ömrünün 40 ilini sənətdə keçirən, dövrünün bir çox korifeyləri ilə səhnə bölüşən insanla söhbət maraqsız alınarmı heç?

-Məcnun müəllim, tamaşaçılar, mətbuat sizi unutmayıb. Sizi belə gümrah görmək bizə xoş oldu…

Hamıya təşəkkür edirəm, cansağlığı arzulayıram. Az yaşamamışam, 84 yaş elə də az ömür deyil. Düzdür, bəzən rəqəm adamı qorxudur. Arada səhətimdə problem olurdu, şükür son vaxtlar hər şey yaxşıdır.
Oğlum, mən çox çətin həyat keçirmişəm, uşaqlıq illərim müharibə dövrünə düşdü. Sovet-alman müharibəsi başlayanda cəmi 6 yaşım var idi. Yadıma gəlir ki, evədikər hər gün atamdan danışardılar, mən də xəyalən atamı fikirləşdirdim, onun getdiyi yerdən qayıdacağını səbirsizliklə gözləyərdim. Bir müddət sonra atam da, əmim müharibədən gəldi. Bizi böyüdüb boya-başa çatdırınca valideynlərimiz nə zülmlər çəkidlər. Əsgər gedib-gələndən sonra 6 ay kolxozda işlədim. Sonra sənədlərimi ali məktəbə verdim, indi bəlkə də çoxları bilmir, mən indiki BDU-nun o zamankı Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşam, lakin müəyyən səbəblərə görə oxuya bilmədim. Yaxın bir dostumun təklifi ilə getdim peşə məktəbinə, çünki oranı bitirənləri həm işlə, həm də evlə təmin edirdilər. 8 aydan sonra məni Sumqayıta göndərdilər. Günlərin birində işdən sonra şəhəri gəzəndə gözüm divardan asılıan afişaya sataşdı.

– Nə yazılmışdı afişada?

Yazılmışdı ki, Quba Dövlət Teatrının aktyorları tamaşa oynayacaqlar. Axı o vaxtlar çox rayonumuzda, eləcə də Qubada dövlət teatrları var idi, sonra əksəriyyəti bağlandı. Nə isə… Tamaşa günü bilet alıb, zalda yerimi tutdum. İndiyə kimi yadımdadır, görkəmli aktyorumuz Səyavuş Aslan, Ofeliya Aslan səhnədə oynayırdılar. Tamaşaya baxan zaman qəribə hisslər keçirirdim, öz-özümə deyirdim ki, mən də belə rollar oyanaya bilərəm, hətta daha yaxşı oynayaram. Hər dəqiqə daxilimdəki əminlik artırdı.
Sonrakı gün işdən icazə alıb Quba Dövlət Teatrının direktorunun qəbuluna gəldim. Direktora texniki peşə məktəbində oxuduğumu, zavodda işlədiyimi, aktyor olmaq istədiyimi dedim. Direktor səsim olub-olmadığını soruşdu. Cavan vaxtı qalın səsim var idi, ona bir “Bayatı-Şiraz” oxudum gəl-görəsən … səsim onun xoşuna gəldi və məni teatrda aktyor kimi işə götürdü.

– Arzunuza belə asan çatdınız…

Yox, ay oğul, bayaq dediyim kimi, mənim heç bir işim asan başa gəlməyib. Aktyor olmaq arzum həyata keçdi, amma o zamanlar rayon yerində heç bir ata qızını artistə vermək istəmirdi. Bu səbəbdən az sonra işdən çıxdım. Teatrdakı işimə bir də ailə qurduqdan sonra yenidən qayıtdım.
O zamanlar tanınmış rejissorlar, aktyorlar bizim Quba teatrı ilə əməkdaşlıq edirdi. 1961-cı ildə görkəmli rejissor Tofiq Kazımov bizim teatrda Rza Şahvələdin “Qız qalası”, Şıxəli Qurbanovun “Əcəb işə düşdük” tamaşalarına quruluş verdi. Rəhmətlik Tofiq müəllim həmin dövrdə Akademik Dram Teatrının rejissoru idi. Onunla bərabər İzzət adlı bir rəssam da Qubaya gəlirdi. İzzətlə dostluq edirdim, bir gün İzzət mənə dedi ki, yaxşı səsin var, mütləq Asəf Zeynallı adına musiqi məktəbində oxumalısan. Sonra məni Tofiq Kazımovun yanına aparıb dedi ki, Məcnunun yaxşı səsi var, istəyir ki, Bakıda musiqi məktəbinə qəbul olunsun. Tofiq Kazımov mənə baxıb zarafatyana “Məcnun məktəb oxumaqdan yorulmamısan? Arada institutda da təhsil al”. Sonra bir az ciddiləşib dedi ki, məktəblə işin olmasın, sən çalış ali təhsil al, Bakıya qayıdandan sonra səni Mirzağa Əliyev adına Teatr İnstitutunda gözləyirəm. Rəhmətlik Tofiq müəllimin məsləhətinə qulaq asıb sənədlərimi Teatr İnstitutuna verdim, həmin Tofiq Kazımov həm də komissiyanın sədri idi. İmtahanda soruşduloar ki, hansısa səhnədə çıxış etmisən? Mən də Quba teatrının aktyoru olduğumu bildirdim, oynadığım rolların adlarını sadaladım. Səsimi yoxladılar və məni instituta qəbul etdilər. Beləliklə, ali təhsil də aldım və böyük səhnədə yaradıcılığımı davam etdirdim. İndi siz cavanlara yəqin ki, qəribə gəlir, amma bizim dövr tamam başqa idi, düzdü dahi aktyorlarla səhnədə çalışmaq çətin idi, amma bu çətinlikləri dəf etmək üçün həmin dahilər biz gənclərə kömək göstərirdilər, mənəvi dayaq dururdular. Təbii ki, elə o zama da ətrafdakılarla məsafə saxlayan şəxslərə rast gəlirdik. Allahımdan razıyam ki, zamanında məni daha çox xeyirxah adamlarla rastlaşdırıb.

 

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

 

-Ölkənin ən böyük teatrında- Akademik Dram Teatrında çalışmısınız və uzun illər ərzində müxtəlif rollar oynamısınız. Oynadığınız hansı obrazlar indi daha çox yadınıza düşür?

İstər səhnədə, istərsə də televiziya tamaşalarında mənə tapşırılan obrazların hər birini sevə-sevə yaratmağa çalışmışam. Sənətə gəldiyim ilk günlərdən mənim düşüncəm belə olub. Aktyor necə deyə bilər ki, filan roldan xoşum gəlmir? Belə sözlər eşidəndə vallah gülməyim gəlir. Oğlum, bu sənət “xaltura”nı sevmir, sənə tapşırılan hər bir rolu sevib ifa etməlisən, bu sənin borcundu. İndi tez-tez xatırladığım roldan söhbət düşürsə, Anarın “Təhminə və Zaur”unda Cəbini, Əkrəm Əylislininn “Yastı təpə” əsərində Qulam rollarını deyə bilərəm. Elə rollar da var ki, aktyorun populyarlaşmasına birbaşa kömək edir. Məsələn götürək elə mənim “Yarımştat” televiziya tamaşasındakı Murtuz obrazını. Kim görürsə o rolumdan danışır. Məncə bu daha çox həmin tamaşanın rejissorunun xidmətidir. Naibə Allahverdiyeva da o tamaşadakı roluna qədər çox da tanınmırdı, amma “Yarımştat”dakı rolu onu populyar etdi. Buna sənətdə şans da deyirlər…

-Sözün əsl mənasında korifeylərlə çiyin-çiyinə çalışmısınız. Bəzən deyirlər ki, sənətkarın şəxsiyyəti məni o qədər də maraqlandırmır, istedadlı olması yetər… 

Bu fikirlə tam razı olmasam da hər halda müəyyən dərəcədə haqq qazandırıram. Mən görməmişəm, amma eşitmişəm ki, böyük komediya ustası Mirzəağa Əliyev gələndə hamı özünü yığışdırarmış, deyərmişlər elə bil, akademik gəlir. Amma bəzən elə aktyorumuz da olub ki, həyatda özünü çox şit aparıb, lakin səhnəyə çıxanda sənətkarlığı hər şeyi ört-basdır edib.

-Hər bir aktyor sənətin zirvəsinə fəth etmək istəyir. Məcnun Hacıbəyov bu illər ərzində sənətin zirvəsinə qalxa bildimi?
Yox, təəssüf ki, zirvəyə qalxa bilmədim.

– Niyə?

Teatrdan tez çıxıb getdim, lakin bu əsas səbəb deyil. Açıq etiraf edim ki, hətta teatrda qalsaydım yenə o zirvəyə çata bilməzdim. Bizim sənətdə zirvəyə qalxmaq, orada mövqe tutmaq elə-belə, sadə bir iş deyil. O zirvəyə çatmaq üçün Sidqi Ruhulla, Mirzəağa Əliyev olmalısan.

– İllər ötəndən sonra hansısa bir rolun xiffətini çəkirsinizmi? 

Aktyor sənəti həm də ona görə qəribə bir sənətdir ki, hər azuladığın rol sənə qismət olmur. Bu barədə məndən çox soruşublar, həmişə də cavabım bir olub- C.Cabbarlının “Solğun çiçəklər”ində Əbdülü oynamaq istəmişəm. Akademik teatrda həmin rola Mustafa Mərdanov və İsmayıl Osmanlı dublyor, hər ikisinin oyununa tamaşa etmişəm, bir-birindən fərqli oynayırdılar. Hər dəfə tamaşaçıların onlara necə heyranlıqla baxdıqlarını, ağladıqlarını görəndə ürəyimdən Əbdülü canlandırmaq keçirdi. Təəssüf, çox təəssüf…

 

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

 

-Kənddə televizorun qarşısında oturub telemamaşalara, teleseriallara baxırsınız da yəqin. Gənclərin oyunu sizi razı salırmı? 
Çox nadir hallarda baxıram. Bir söz deyim, istəyir incisinlər, ya inciməsinlər, nəinki cavanlar, elə yaşlı aktyor və aktrisalar da sadəcə oynayırlar, əsil sənət qalıb tamam bir kənarda. İşin bu yerə gəlməsində, sənətimzin bu cür ucuzlaşmasında tamaşaçıların da günahı var, çünki efirdə şitlik edənlərə əl çalanda vəziyyət bu yerə gəlməlidir də. Tamaşaçı hoqqabaza əl çalıb onu yuxarı başa keçirir, o da hər yerdə özünə sənətkar deyir. Oğlum, sənətimiz məhv olub gedir…

-Səhnə üçün darixmırsınız ki?

Yox, darıxmıram.

-Niyə?

Bayaq dediyim kimi, əsl sənət, əsl sənətkarlıq dəyərsizləşib. Bu gün üzdə olanlar, müxtəlif təltiflər alanlar mənim gördüyüm sənətkarlardan qüdrətli olsaydılar səhnəyə çıxmaq üçün darıxardım, can atardım ki, mən də nəsə bir iş ortaya qoyum. İndiki vəziyyət dəhşətdir, oğlum. Bu biabırçılıqdan nə qədər uzaq qalsam o qədər yaxşıdır.

-Bildiyimə görə sizi teatrda saxlamaq istəyiblər, amma razılaşmamısınız…

Həyat yoldaşım vəfat edəndən sonra Bakıdakı evimi satıb övladlarıma ev aldım. Özüm isə kəndə qayıtmaq istədim.Həmin vaxt Akademik Milli Dram Teatrının direktoru görkəmli aktyor Həsənağa Turabov idi. Turabova vəziyyəti izah etdim.Həsənağa müəllim isə teatrdan getməməyimi istədi. İlk olaraq teatrın binasında bir otağı boşaltdırıb, içərisini təmir etdirib mənə verdi. Və beləcə bir müddət işimə davam etdim. Turabov direktor vəzifəsindən azad olundu. Əliabbas Qədirov direktor təyin olundu, o da vəzifəsinin icrasına başlayan gündən teatrdakı otağı tərk etməyimi istədi. Mən isə ümumiyyətlə teatrı tərk edəcəyimi bildirib ərizə yazdım. Lakin o, ərizəmin üstünü yazmadı. Bir neçə tanınmış aktyor və rejissoru yanıma göndərdi ki, işdən çıxmayım, ancaq otağı tərk edim.Mən isə hər zaman fikrimdə qətiyəm, ona görə də teatrı tərk edib rayona qayıtdım. Bir neçə il qocaman sənətkar kimi hər ay mənə maaş verirdilər, son dövrlər müəyyən səbəbdən həmin maaş da ləvğ olundu. Canları sağ olsun, təki teatrımız inkişaf eləsin…

-İndi fikirləşmək, ötən keçənləri götür-qoy etmək üçün zamanınız çoxdur. Daha çox nə barədə düşünürsüz?

Düz deyirsən, oğlum, hər gün geriyə boylanıb gördüyüm işlər, atdığım addımlar barədə düşünürəm. İrəliyə baxmaq istəmirəm, çünki irəliyə baxmaq gənclərə lazımdır, baxsın və fikirləşsin ki, necə inkişaf edim. Qoca insan geriyə baxanda harda səhv etdiyini görür. Şəxsən mən keçmişə baxıram və hansı məqamda yanlış qərar verdiyimi anlayıram və bəzən təəssüf hissi keçirirəm ki, axı mən bunları niyə elədim? Bu yaşda insan gərək ancaq ölüm barədə fikirləşsin… Çox zaman necə öləcəyimi fikirləşirəm, bu məni narahat edir. Çünki ürəyim sözümə baxmır, düşünürəm ki, yəqin küçədə ürəyimi tutub öləcəm… 70 yaşı keçən insan gərək ölümü fikirləşsin. Hər bir insanın öz həyatını, taleyini dəyişmək üçün bir şansı olur, yalnız bir şansı. Mənim də belə bir şansım olub, amma…

-Müsahibədən əvvəl sənətdəki dostlarınız haqqında xeyli söhbət etdiniz. İndi sizə zəng vuran, əhvalınızı xəbər alan dostlarınız varmı? 

Mənim sənətdə çox dostlarım olub, lakin ən yaxın dostlarımatıq yoxdurlar, vəfat ediblər…

– Kimlər idi o yaxın dostlar?

Xalq artisti İlham Əsgərov həyat yoldaşı Yeganə xanımla həmişə gəlib qonağım olardılar. Heyf İlhamdan, tez köçdü bu həyatdan, çox tez… Fuad Poladovun ölümü məni çox üzdü. Çünki Fuad adına layiq, polad kimi möhkəm, dönməz bir insan idi. Yaşar Nuri ilə çox oturub çörək yemişdik, o, rəhmətə gedəndə həddindən artıq pis oldum. Tez-tez Kamal Xudaverdiyev yadıma düşür, elə ilk vaxtlardan onunla dostluq etmişəm. Anası peraşki bişirən kimi Kamala deyərdi ki, Məcnunu da çağır gəlsin. Oğlum, sən çox cavansan, bu həyat mürəkkəbdən də mürəkkəbdir. Hər adama dost demək olmur. Əsl dostun itkisi isə ağır olur…

Söhbətləşdi:Turan Etibaroğlu

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir