Ana səhifə » NƏZƏRİYYƏ » Tərlan Rəsulov -“İnteraktiv teatr anlayışı”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

Tərlan Rəsulov -“İnteraktiv teatr anlayışı”

Müasir dövrümüzdə, yəni XX əsrin sonu-XXI əsrin əvvəlində təkcə teatr deyil, incəsənətə aid olan bütün sahələrdə rast gələn dəyişikliklər cəmiyyətdə baş verən metamorfozalar nəticəsində yaranan tələbata uyğun olaraq baş verir. Bu sahələrdə çalışan yaradıcı insanlar artıq yeni tələblərə cavab verə bilən məhsulun hazırlanmasına çalışırlar. Bəziləri həmin dəyişiklikləri açıq-aşkar görürlər və hər hansı bir konsepsiya və ya nəzəriyyə yaratmağa cəhd göstərirlər, digərləri onları yalnız intuitiv səviyyədə duyaraq spontan xarakterli, amma yenə də səmərə daşıyan səhnə əsərləri yaradırlar. Təkcə Avropa deyil, digər ölkələr, xüsusən Cənubi və Mərkəzi Amerika, Afrika, bəzi Asiya ölkələrində də teatrın cəmiyyətə olan təsirini nəzərə alaraq, bu sənət növündə sosial problemlərin aktuallığını qabardan və həll yollarını təklif edən İnteraktiv Teatr adlanan bir üslub yaranmışdır. Bu üslubun kökləri qismən XX əsrin ortalarında Piskator və Brextin tərtib etdikləri Epik Teatr nəzəriyyəsinə söykənir. Belə bağlılıq Misir kulturoloqu, professor  Maqdi Yusifin “Brext Teatrı və Misirdə sosial dəyişikliklər”[Magdi Youssef, “Brecht’s Theatre and Social Change in Egypt (1954–71)”, Arab Stages, Volume 1, Number 1 (Fall 2014) ©2014 by Martin E. Segal Theatre Center Publications] adlı məqaləsində qeyd edilmişdir. İnteraktiv teatrın əsas səciyyəsi  tamaşaçını passiv seyrçi funksiyasından ayıraraq onu tamaşanın tam hüquqlu iştirakçısına, müəllifinə, oyunçusuna çevirməkdir. İnteraktiv sözünün mənası bir çox mənaları özündə ehtiva edərək, əsasən, “qarşılıqlı ünsiyyət” anlamını verir. Belə bir ünsiyyətin yaradılması üçün bir çox amillər – dramaturgiya və ya ədəbi materialın hazırlanması, ona yanaşma üsulları, məkanın seçimi, quruluş üslubu, rejissorun aktyorlarla iş prinsipləri və s. faktorlar nəzərə alınır. İnteraktiv teatr anlayışına həddən artıq tamaşa və aksiya növləri uyğun gəlir. Bu günə qədər onların qismən də olsa, təsnifatı verilməmişdir. Qeri İtso (Gary İzzo), Riçard Şexner (Richard Schechner) və bir sıra teatr nəzəriyyəçiləri tərəfindən belə cəhd göstərilmişdir. Amma onların hamısını məqbul saymaq olmaz.

İnteraktiv teatrın ümumi prinsipləri tam surətdə tərtib edilməsə də, bir çox teatr kompaniyaları, bu quruluşlarla məşğul olan təşəbbüskarlar və peşəkarlar tərəfindən qəbul olunmuş bir neçə qaydaları və/və ya xüsusiyyətləri nəzərdən keçirək:

  • Tamaşanın oynanılması üçün istənilən yer seçilə bilər (bu daha çox Environmental Theatre (Mühit Teatrı) və ya Site-Specific Theatre (Xüsusi Məkan Teatrı) növlərinə aiddir)
  • İnteraktiv teatrda tamaşaçı zalı ilə səhnə arasında sədd aradan götürülür (daha çox İmmersiv Teatrda təcrübədən keçirilir)
  • Ünsiyyətə təhrik edən oyun və davranış tərzi (Theatre of Oppressed (Məzlum Teatrı), Forum Teatrı, İnvisible Theatre (Görünməz Teatr) növlərində daha bariz istifadə olunur)
  • Aktyor və tamaşaçılar arasında fərqin sezilməməsi – seyrçiyə tamaşanın gedişatına müdaxilə etmək və/və ya finalı dəyişdirilmək imkanı verilir
  • Tamaşaçının, klassik teatrda emosional iştirakından fərqli olaraq, bilavasitə təsiri nəticəsində tamaşada müxtəlif düzəlişlər edilir
  • İmprovizasiyanın təyini: tamaşanın strukturu aktyorların hesabına özü kimi qalır, amma məzmunu tamaşaçıların emosiya və reaksiyaları sayəsində dəyişir
  • Qarşılıqlı müsbət emosiyalar mübadiləsi baş verir (Community Theatre (İcma Teatrı))
  • Oyun tərzi elə qurulur ki, tamaşaçı teatrda olub-olmadığını tam anlamır
  • Tamaşaçının iştirakı sayəsində onun hər bir əməli artıq tamaşanın tərkib hissəsinə çevrilir

Yuxarıda sadalanan səciyyələr İnteraktiv Teatr xüsusiyyətlərini bütün təfsilatı ilə izah edə bilməz. Bir tərəfdən yaranma tarixini nəzərə alaraq, İnteraktiv teatrı tam yeni janr və ya üslub adlandırmaq çətindir, digər tərəfdən isə anlayış və konsepsiya kimi çərçivələri və formaları indiyə qədər tam təhlil edilməyib. İnteraktiv teatrın formalarının Qərb Teatr məkanında inkişafında XX əsrin Antonen Arto, Vsevolod Meyerxold və Yeji Qrotovski kimi teatr nəzəriyyəçiləri və praktiklərinin təcrübəsi də böyük əhəmiyyət kəsb edir. İnteraktiv teatrın tərifi kimi belə bir təyin verilmişdir: “… ənənəvi olaraq, aktyoru tamaşaçı zalından həm fiziki, həm də verbal olaraq ayıran “dördüncü divar”ı dağıdan teatr formasıdır”[https://en.wikipedia.org/w/index.php?title=Interactive_theatre&oldid=627238559.] Lakin belə bir təcrübə bütün zamanlarda, xüsusən, XX əsrin ikinci yarısından indiyədək teatr fəalyyəti ilə məşğul olan hər bir yaradıcı insanı narahat etmiş, onların işində özünü müxtəlif formada və dərəcədə biruzə vermişdir. Forma müxtəlifliyi də bu “divar”ın aradan götürülməsinə və ya “yırtılmasına” yönəlmiş istənilən niyyəti bir terminlə ümumiləşdirmək istəyinin səhv yol olduğunu aşkar bildirir. Sössüz ki, belə təyin tamaşa quruluşunda klassik formadan fəqrlənən bir üsluba artıq qeyri-adi, qeyri-klassik və s., artıq klişe halını almış adların verilməsindən irəli gəlir. Amma nəzərə də almaq lazımdır ki, çağdaş teatrda hətta sırf klassik üslubda işləyən rejissor və aktyorlar belə bu üslubdan kənar olan elementləri artıq çoxdan təcrübədən keçirib öz “ehtiyat”larını doldurublar. Bunu hətta Azərbaycan teatr səhnələrində oynanılan bir sıra əsərlərə da aid etmək olar. Belə olan halda artıq tamaşaları, oyun tərzlərini klassik və ya qeyri-klassik, avanqard və digər stereotip terminlərə bölmək, hansısa dəqiq bir ayırıcı xətt keçirmək çətinləşir. Çünki dünya teatr təcrübəsindən əldə olunan bilik artıq ənənəvi tamaşa anlamını ləğv etməyə başlayır. Bunun kökündə duran səbəbləri teatrın tam yeni bir sənət növü kimi yenidən doğulma cəhdləri olduğunu fərz etmək mümkündür. Eyni zamanda iki min ildən artıq müddət ərzində toplanmış təcrübə heç də kənara atılmır. Əsrin əvvəlindən cəmi dekada yarım vaxt keçməsinə baxmayaraq, teatr yaradıcılığı çağdaş dövrdə saysız-hesabsız üslublar, konsepsiyalar, nəzəriyyələrlə zənginləşdirilmişdir. Auqusto Boal, Anna Diver Smit və başqaları bu istiqamətdə həm nəzəri, həm də praktiki işləri ilə yığılmış təcrübənin bəhrə verdiyini təsdiqləyiblər. Teatr artıq bəzi elementlərini adaptə etmək deyil, bütövlükdə ona yanaşma konsepsiyasını dəyişmək ehtiyacı qarşısında durmuşdur. İnteraktiv teatr formaları məhz bu funksiyanı yerinə yetirirlər.

İnteraktiv teatrın təyinində əsas iki aspekt var. Bu aspektlərin ikisi də interaktiv teatrın ənənəvi teatrdan olan fərqini vurğulayır. Birincisi, interaktiv teatrın istiqaməti, əsasən, siyasi və ya sosial problemlərə tərəf yönəlməsidir. İkinicisi isə, burda klassik səhnədən fərq, birinci növbədə, tamaşaçılarla qurulan ünsiyyətin şərtlərindədir. İnteraktiv teatr auditoriyanın kəmiyyət və keyfiyyəti, yəni sosial qruplara baxımından təqdim edilən tamaşanın istiqamətini, yaxud daha dəqiq ifadə işlənsə, oriyentasiyasını dəyişməyə qadirdir. İnteraktiv teatr anlayışı kateqoriyasına müxtəlif forma və quruluşa malik olan tamaşalar daxil edilə bilər. Amma ən əsas kriteri sıravi tamaşa tələbləri ilə bərabər tamaşaçılar tərəfindən aktiv (“interaktive” və ya “participation”) iştirakıdır. Bu növ tədbirlərdə seyrçilər spontan olaraq, xəyali teatr aləminin qurucusu, müəllifi, yardımçı qüvvəsi olduqlarını aşkar edə bilərlər və ya onları öncədən bu barədə xəbərdar edərək hər hansı bir aktivlik nümayiş etdirməyə çağırırlar. Belə səhnə əsərləri kimi “Sleep No More” (“Daha yatma”) – “sayt-spesifik” teatrı və ya “promenad” teatı, “Hair” (“Saçlar”), “66 Minutes in Damascus” (“Dəməşqdə 66 dəqiqə”) – “environmental” (mühit) teatrının tamaşalarını misal gətirmək olar. Onların hamısı tam surətdə interaktiv teatr tamaşası sayılır. Məsələn, “Dəməşqdə 66 dəqiqə” tamaşası interaktiv teatr növünün ən sərt və ekstremal səhnə həllərindən biri sayılır. Burda tamaşaçılar indiki Suriyada girov düşmüş turistlərin rollarını oynayırlar. Braziliyalı teatr xadimi Auqusto Boal tərəfindən yaradılmış Forum teatrı və onunla bağlı bir neçə formalar XX əsrin 70-ci illərindən bəri təkcə Cənubi Amerika qitəsində deyil, bir çox Afrika, Asiya və Avropa ölkələrində də geniş vüsət almışdır. Yuxarıda adı çəkilən “Dəməşqdə 66 gün” tamaşası interaktiv teatr növündə ekstremal nümunəsi olsa da, forum teatrında tamaşaçıların sadəcə quruluşun bir hissəsi deyil, onun əsas komponenti kimi çıxış edirlər. Onların hər biri təqdim edilən tamaşanı seyr etməkdən savayı onda iştirak etmək, baş verənlərin gedişatını dəyişmək hüququnu qazanırlar. Bütün bu məlumatı tamaşaçılara çatdıran, sonradan onların və aktyorların hərəkətlərini tədbir boyu idarə edən və onların arasında vasitəçi funksiyasını daşıyan təqdimatçı Coker adlandırılıb. Əlavə olaraq, onu da qeyd etmək lazımdır ki, Forum teatrının forma kimi tətbiq edilmə təcrübəsi Azərbaycanda da var. Ən son nümunə kimi Lənkəranda erkən nikah problemlərinə həsr edilmiş “Çıxış” tamaşasının forum teatrı üslubunda səhnələşdirilməsini misal gətirmək olar. Bundan başqa Azərbaycanda “Prison theatre” (Həbsxana teatrı), “Theatre of the Oppressed” (Məzlum teatrı) üslublarında da tamaşalar hazırlanmışdır.

Uzun müddət ərzində böhran dövrünü yaşayan Teatr, tamaşaçılarını yenidən məxsusluğu qazanmaq üçün yeni formalar axtarışını genişləndirərək bütövlükdə öz üzərinə əlavə funksiya  götürməyə başlamışdır. Lakin teatrın sadalanan sahələrdən fərqli olaraq, canlı insanın – aktyorun iştirakını nəzərdə tutan yeganə “əyləncə” sahəsi olduğu da nəzərə alınmalıdır. Bununla belə teatrın cəmiyyətdə, insanın individuum kimi var olmasında əvəzedilməz rol oynadığını danmaq olmaz. Hər bir dövrün tələblərinə uyğun olaraq teatrın metamorfozası XXI əsrdə özünü prezentasiya, yəni hər-hansı bir hadisənin passiv seyrçi üçün təqdimatı deyil, aktyorlardan savayı hər bir tamaşaçını səhnədə baş verənlərdə bilavasitə iştirakçısına çevirmək səylərinə əsaslanan aksiyada göstərir. Bu yeni üslub eyni zamanda hətta klassik formada istifadə edilən vasitələri özündə toplayaraq daha mükəmməl bir üsulu formalaşdırıb onun yaranmasından əvvəl yaranmış bir çox elementlərin həm sonucda toplusuna, həm də mənbəyinə çevrilmişdir. İnteraktiv teatr improvizasiya və oyun üzərində qurulmuşdur. O, ənənəvi teatr əsaslarını alt-üst edərək tamaşaçı ilə birbaşa dialoq qurmağa çalışır.

İlk nəzərdən, İnteraktiv teatrın quruluşları dərnək səviyyəsində hazırlanan, qeyri-peşəkar truppanın təqdimat-aksiyaları kimi qəbul edilə bilər. Lakin hətta klassik teatr üslubunda işləyən aktyor və rejissor üçün İnteraktiv teatr böyük imkanlar yaradır, onun bacarıq spektrini genişləndirir, auditoriya ilə işləmək, ünsiyyət qurmaq, improvizasiyalar vasitəsilə daha təbii oyun tərzini nümayiş tdirməyə kömək edir.

İstifadə olunmuş ədəbiyyat siyahısı

  1. Eirwen Hopkins, “Playing out”, published by Arts Council of Wales, 2005
  2. Clark Baim, Sally Brookes, Alun Mountford, “The Geese Theatre Handbook”, Waterside Press, 2002
  3. Nancy Allison, “The Illustrated Encyclopedia of Body-Mind Disciplines”, The Rosen Publishing Group, Inc., New York, 1999

İnternet resursları:

  1. https://en.wikipedia.org/wiki/Interactive_theatre
  2. https://en.wikipedia.org/wiki/Documentary_theatre
  3. http://www.artfordevelopment.org/english/?page=show_static&itemId=144&Id=5&tb=project&PId=2&table=infotable
Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir