Sumqayıt Dövlət Dram Teatrında Novruz bayramı

Sumqayıt Dövlət Dram Teatrı  əlamətdar günlərlə zəngin  mart ayında repertuarına da müxtəlif yaş kontingentini əhatə edən tamaşalar əlavə etdi. V.Səmədoğlu “Mamoy kişinin yuxuları”, K.Nəzirli “Narkoman”, Əli Əmirli “20 ildən sonra”, N.Muradoğlu “Zülmətdə nur”, Milli Teatr Gününə özəl M.F.Axundzadə “Müsyö Jordan və dərviş Məstəli şah”,  H.Mirələmov “Vicdanın hökmü” kimi  səhnə  əsərlərinin yer aldığı cari repertuarda Novruz bayramı da xüsusi qeyd olunacaq.
Belə ki,  azyaşlı tamaşaçıların Novruz bayramı ərəfəsində tətil günlərini maraqlı, şən keçirə bilməsi məqsədilə  teatrımız bir daha  Azərbaycan uşaq ədəbiyyatının banisi Abdulla Şaiqin  yaradıcılığına  müraciət edərək “Tıq-tıq xanım pyesini  Novruz elementləri ilə  fərqli çalarda hazırlayıb. Və bugün  xalq artisti Firudin Məhərrəmovun quruluşunda  tamaşaya daxili baxış oldu. Səhnə əsərində obrazları istedadlı aktyorlar  Şəhla Məmmədova,  Etibar Əmirov, Şəmistan Süleymanlı,  Mətləb Səfərli və Rövşən Əsgərov canlandırır.  Daxili baxışda  Alternativ bədii şura üzvləri də iştirak etdi. Tamaşa göstərildikdən sonra şagirdlərin fikri dinlənildi. Daha sonra teatrın drektoru əməkdar artist Mübariz Həmidov bəzi nüansları vurğulayaraq ümumilikdə tamaşanı bəyəndiyini söylədi. Kollektivdən əməkdar artist  İzaməddin Bağırov və başqaları çıxış edərək tamaşa haqda düşüncələrini bölüşdü. Sonda səhnə əsərinin uğurlu alındığı qənaətinə gəlindi.
Qeyd edək ki, “Tıq-tıq xanım”  tamaşası mart ayının 20-dən 26-na qədər hər gün 3 seans olmaqla saat 11:00, 13:00, 15:00-da oynanılacaq.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

“Bermud üçbucağı”nda – Məmməd Səfa Qasımov

TeatrO.az sənət portalının layihəsi: Könül Əliyeva-Cəfərova və Dağlar Yusifin təqdimatında “Bermud üçbucağı”nın qonağı Xalq artist Məmməd Səfa Qasımovdur.  Könül Əliyeva-Cəfərova: Yuğ teatrından Xalq artisti adını...

Xəyalə Rəis – Füzulinin dramatik “Leyli və Məcnun”u

Sentyabrın 22-də Gənc Tamaşaçılar Teatrı 91-ci mövsümü açıq elan etdi. Günorta – saat 14:00-da balaca tamaşaçılar üçün “Şirinlər”, saat 19:00-da isə dahi Azərbaycan şairi...

Azərbaycan Dövlət Kukla Teatrı 86-cı mövsümünü başa vurdu

86-cı teatr mövsümünü başa vuran Dövlət Kukla Teatrında mövsümün bağlanışından öncə teatrın rejissoru Qurban Məsimovun quruluş verdiyi “Cırtdan” və “Üç cəsur” tamaşası oynanılıb. Balacalar əvvəlcə...

Recent

Tolstoyun halına acımaq

Ötən illərin sükutu ilə müqayisədə 2017-ci ildə dramaturgiyada müəyyən canlanma hiss olundu. "Azərbaycan" jurnalı  iki nömrəsində beş pyesə yer ayırdı, ayb.az saytı Şirməmməd Nəzərlinin...

Aynurə Mustafayeva – Niyə biz yaxşı dram yarada bilmirik?!

Ötən – 2018-ci il “Azərbaycan”, “Ulduz” jurnalları və “Ədəbiyyat qəzeti” Əli Əmirlinin “Gözəllik imperiyası”, Aydın Talıbzadənin “Alma”, İlqar Fəhminin “Şokolad market”, Firuz Mustafanın “Üç...

Gənc Tamaşaçılar Teatrı növbəti premyeraya hazırlaşır

Oktyabrın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Migel de Servantesin “Don Kixot” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib...