Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Sumqayıt Dövlət Dram Teatrı premyeralarla, yeniliklərlə, layihələrlə, yubileylərlə zəngin bir mövsümü tamamlamaq üzrədir. Cari mövsümdə 50 illik yubileyini qeyd edən teatr kollektivi uğurlu layihələrlə tamaşaçılarda teatr sevgisini artırmağa nail oldu. Ümumilikdə mövsüm ərzində baş verən canlanmanı, kollektivin böyük şövqlə çalışmasını nəzərə alan teatrın direktoru Əməkdar artist Mübariz Həmidov yaradıcı heyəti sevindirəcək təklif irəli sürdü. Sumqayıt Dövlət Dram Teatrı yaradıcı və texniki heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun artırılması, bədii dəyəri ilə fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, həmçinin mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların və texniki işçilərin mükafatlandırılması məqsədilə “Busmedia” reklam şirkəti ilə birgə “Rampa” milli teatr mükafatı təsis etmişdir. Rəhbərlik müxtəlif nominasiyalar üzrə tərtib olunan “Rampa” Milli Teatr mükafatının kollektivin yaradıcılıq potensialının artmasına, bütün heyət daxilində sağlam və işgüzar ab-havanın yaranmasına təkan verəcəyini düşünür. Naminasiyalar münsiflər heyətinin gizli səsverməsi əsasında müəyyən ediləcəkdir. “Ən yaxşı tamaşa”, “Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, “Mövsümün ən məhsuldar aktyoru”, “Mövsümün ən məhsuldar aktrisası”, “Mövsümün ən yaxşı texniki işçisi”, “Mövsümün ən perspektivli aktyoru”, “Teatrın dostu”, “Mövsümün ən işgüzar və intizamlı əməkdaşı” nominasiyaları üzrə mükafatlandırma iyul ayının ortalarında keçiriləcəkdir. Mükafat ötən mövsümdə fərqlənən teatr əməkdaşlarına verilməklə hər mövsümün sonunda təqdim ediləcəkdir.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Lənkəran Teatrında “Senemar” faciəsinin premyerası olub

N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında iranlı dramaturq Bəhram Beyzayinin “Senemar” faciəsi əsasında hazırlanmış tamaşanın premyerası olub. Lənkəran Teatrından Open.az-a daxil olan xəbərə görə tamaşaçıların...

Səkinə Həsənova – Azərbaycan teatrının tarixi Cəfər Cəfərovun təfsirində

Cəfər Cəfərov Azərbaycan teatrşünaslıq elmində silinməz iz qoyan şəxsiyyətlərdəndir. Bu günə kimi bu iz üzərində addımlamağı bacaran şəxslər – alimlər, professorlar, tələbələr yetişmişdir və...

Aliyə – “Postdramatik teatr haqda 10 tezis”

Teatro.az rus alimi, filoloq Yuri Şatinin “Postdramatik teatr haqda 10 tezis” adlı məqaləsini (mühazirədən çıxarışlar) təqdim edir. Reklamçıların zarafatla yazdıqları belə bir qayda var: “Əgər...

Recent

ADMİU-dan reportaj: “Biz “Stanislavski sistemi”ni bilmirik!”

Ən önəmlisi təhsildir! Təhsil, yəni ki, təlim. İstər heyvan olsun, istər insan-necə təlim görürsə, elə də yaşayır, bu təlimin istiqamət və səviyyəsindən asılı olaraq...

Imagine all the people

Bakıda II “IMAGINE” Avropa Tolerantlıq Festivalı keçiriləcək. İnsan hüquqları Bəyannaməsinin 70 illiyi münasibəti ilə keçirilən tədbir Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, İsveçrə, Norveç, Braziliya, İsrail, Peru,...

Azərbaycan kino xadimləri təltif edildi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11...