Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Bu gün Moskvada B.Şukin adına Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələrin Bakı qastrolu başlayır.
Xatırladaq ki, bu qastrol ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq gerçəkləşir. Belə ki, teatr sahəsinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi, kadr hazırlığı və əlavə təhsil sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsilin, müştərək layihələrin həyata keçirilməsi üçün “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının tədbirlər planına əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Rusiyanın Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının nəzdində B.Şukin adına Teatr İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Müqaviləyə uyğun olaraq 2016-cı ildə B.Şukin adına Teatr İnstitutunda azərbaycanlı tələbələr üçün xüsusi aktyor-rejissor kursu yaradılmışdır. Tədris prosesi zamanı tələbələr bir neçə tamaşa səhnələşdirmişlər.
B.Şukin adına Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələrin hesabatı da adlandıra biləcəyimiz bu qastrol səfəri 24-27 iyun 2019-cu il tarixində baş tutacaq. Tələbələr Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Sinif konserti” və “Qafqaz təbaşir dairəsi”, “Ezop” tamaşalarını nümayiş etdirəcəklər. Tamaşalar saat 19.00-da başlanacaq.

 

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

ADMİU “Nəsimi ili” ilə bağlı tədbirlər planı hazırlayıb

Prezident İlham Əliyevin 11 yanvar tarixli Sərəncamına əsasən, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu il “Nəsimi ili” elan edilib. Bu...

Dağlar Yusif – Nəzəri-konseptual sayıqlamalar: Tamaşa və “açıq mətn”

“Açıq mətn” anlayışını biz Umberto Ekonun XX əsrin ən mübahisəli filoloji əsərlərindən biri olan “Açıq mətn” əsərindən götürmüşük. Bəs teatr üçün bu anlayış hansı...

CƏNNƏT SƏLİMOVA: “Kamera teatrı mənim evim idi…”

Saytımızın ilk müsahibi Azərbaycan rejissurasının sonuncu magikanlarından olan Xalq artisti, Prezident təqaüdçüsü Cənnət Səlimovadır. Hədsiz dərəcədə həssas, mehriban insan, tələbələrini övladı kimi sevən Cənnət...

Recent

Məryəm Əlizadə – “Azadlıq və tolerantlıq mühiti Azərbaycan reallığında çoxdan kök salıbdır”

Əməkdar incəsənət xadimi, professor, teatrşünas Məryəm Əlizadə ilə müsahibə. - Məryəm xanım, bu yaxınlarda Sankt-Peterburqdan səfərdən qayıtmısınız. - Noyabr ayında Rusiyada VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu...

Sizcə bu kədərlidir?

İnklüziv ƏSA Teatrı əlilliyi olan şəxslərlə bağlı növbəti sosial çarxını təqdim edib. “Sizcə bu kədərlidir?” adlanan sosial video vasitəsilə hər kəsi sosial mesajlarına qoşulmağa...

YUĞ Dövlət Teatrının yeni direktoru kollektivə təqdim edilib

Mədəniyyət Nazirinin müvafiq əmri ilə Sumqayıt Dövlət Dram Teatrının sabiq direktoru İslam Həsənov YUĞ Dövlət Teatrına direktor təyin olunub. Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri...