Ana səhifə » Persona » Müsahibə » Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Tamaşaçılar nə üçün namərd davranışlarına baxmayaraq, Şekspirin mənfi qəhrəmanlarına heyrandır? Biz bunu Şekspir tədqiqatçısı  Aleksey Bartoşeviçdən soruşduq.

– Şeksprin ən məşhur mənfi qəhrəmanları kimlərdir?

– Mənə görə, Şekspirin ən mənfi obrazı Otellonu həyat yoldaşını öldürməyə təşviq edən kələkbaz məsləhətçi Yaqodur. İkinci yerdə isə hiyləgər anti-qəhrəman  III Riçard gəlir. Onları yaddaqalan edən şey xainlikləri ilə sadə xarakterlərə malik olmaqları yox, mürəkkəb, çoxqatlı xarakterə sahibi olmaqlarıdır. Bu adamlar önəmsiz, monoton obrazlar yox, İntibah dövrünə xas pis adamlardır. Məsələn, III Riçard. O, sadəcə gücə ac bir qatil deyil. Tamaşaçını aldada bilən usta, manipulyator və gücünü qaranlıq işlərə sərf edən dahidir. Oyundakı digər bütün pis, yaxud yaxşı obrazlar onun güclü şəxsiyyəti ilə müqayisə edilə bilməz. Bu fikirlərin eynisi Yaqo üçün də deyilə bilər. Rus şair Aleksandr Blokun  “Otello tragediyasının gizli mənası“ adlı məqaləsində “Laqodan şeytani qara parıltı yayıldığını” vurğulamasına təəccüblənməməliyik.

– Şekspirin mənfi obrazları bütün kompensasiya özəlliklərindən məhrumdurmu?

– Məncə, bu,  “Heç nədən hay-küy”  komediyasında olan xain Don Xuan obrazı ola bilərdi. Kirli oyunlar oynayır, bir insana  zərər vermək məqsədilə  nişanlısı Kadionu aldatmış kimi göstərərək günahsız bir qəhrəmanın az qala ölümünə səbəb olur. Oyunun sonunda bağışlansa da, yenə də tövbə etməyə çalışmır. “Kral Lir” komediyasından Reqan obrazı da yaxşı bir misaldır. Tamaşanın əvvəlində o, mənfur və yalançı bacısı Qonerilə yaltaqlanan bir insandan artıq deyil. Lakin getdikcə daha da sərt olmağa başlayır, bacısının atasını rədd etməyini görənə qədər onu sadəcə evindən qovmur, həm də qızğın tufanda yeriməyə məcbur edir. Lirin “qəlbin hansı daşdan yonulub?” sualı bu situasiya üçün məqbuldur. Şekpirin obrazlarını caniyə çevirmək prosesini göstərməsi onun böyük poetik nəaliyyətlərindən biridir.

– Şekspirin mənfi obrazları əvvəlki teatral canilərdən daha mürəkkəbdirlərmi?

– Şər anlayışı Şekspirdən çox əvvəl, hətta xristianların dəyərlər sisteminin qəbul edilməsindən daha əvvəl formalaşıb. Lakin Şeksprin mənfi obrazları ilə qədim “əxlaqi” tamaşalardakı pis niyyətli obrazlar arasında köklü fərq, hətta uçuram var deyə bilərik. Yazıçı pis niyyətlilərin ruhunun mürəkkəbliyi barədə bir anlayış inkişaf etdirib. Onun mənfur obrazları canlıdır, şəxsiyyətlərinin isə sonsuz bir dərinliyi var. Misal üçün “Venesiya Taciri” əsərindən Şaylok obrazını götürək. Məhkəmədə ona borclu olan adamdan bir librə üçün ətini öz əlləri ilə kəsmək haqqının verilməsini  tələb edən və bunun üçün də bıçağını çoxdan ayaqqabısının pəncəsində itiləməyə başlayan qəddar bir sələmçidən başqa daha kəskin nə ola bilər? Lakin Şaylokun tamaşadakı hekayəsi alçaldılmış və zülm görmüş yəhudi xalqının hekayəsidir. Onun düşmənlərindən almaq istədiyi qanlı intiqam dərin kədərdən, əziyyətdən yaranıb. Xarakterindəki dərinlik və mürəkkəblik  tarix boyunca zamana yayılaraq meydana çıxıb.Tədricən aktyorlar və rejissorlar Şaylokun duyğulu motivlərini aşkar etməyə başladılar, oyunun ifadəedilmə forması getdikcə onu üzrlü saymaqdan daha çox onu izah etməyə kökləndi. Bu anlayış soyqırım zamanı xüsusilə kəskinləşdi. Bu birbaşa “Venesiya Taciri”nin teatral tənqidinə Rusiya da daxil olmaqla təsir etdi. Bu gün Şaylokla bağlı fikirlər onu sadəcə komik və mənfi obraz kimi görən Şekspirin müasirlərindən fərqlidir.

– Şekspirin özünə mənfi obrazların cəlbedici gəldiyini düşünürsünüzmü, buna görə tamaşaçıların onlara simpatiyası ola bilərmi?

– Mənim Şekspirin öz canilərini sevdiyinə heç şübhəm yoxdur, hətta ola bilsin ki, o, mənfi obrazlarını əxlaqlılardan daha çox sevirdi. Hisslərimə əsasən, onlar yazıçıya bir sənətkar kimi maraqlı gəlirdi. Bu obrazlar bizlər üçün olduğu kimi ona da insan olmağın nə demək olduğu paradoksuna duyduğu marağı kəşfetmə yolu idi. Məsələn, Maqbet. Eyni zamanda həm qatil, həm də qurban. Yazıçının zorakılıq dolu əsəri olan  “Tit Andronik”də Məğribli Aaron xarakteri əxlaqsız bir canavardır, saf şeytanlığın vücud tapmış halıdır. Lakin gənc yazıçı ona belə insani keyfiyyət verir – o, qeyri-qanuni övladını sevir.

– Yazıçı heç kimin tamamilə pis olmadığını, ancaq situasiyanın qurbanı olduğu fikrini qəbul edirdi?

– Şekspir şərtlərə diqqət etsə də, bunu vurğulamamışdı. Misal olaraq göstərdiyimiz Şaylok kimi. Yazıçının fikrincə, insan öz iradəsinin yaradıcısı və öz qərarlarının məhsuludur. Buna görə də onun obrazlarında Dostoyevskinin  “Cinayət və cəza”  əsərində “situasiyanın qurbanı olmaq” kimi adlandırdığı fikrə münasibət bildirmək kimi bir hal yoxdur. Yazıçının gözündə hər insan öz şəxsiyyətini müəyyən edir və seçimlərinin məsuliyyəti özündədir. Şərtlərin insan həyatında rolu çox sonralara – XIX əsrdə insanın şəxsiyyətinin sosial mühitlə nə dərəcədə bağlı olduğunu tədqiq edən psixoloji roman janrının çiçəklənmə dövrünə qədər ciddi şəkildə müzakirə olunmayıb.

– Belə obrazlar bizə nə kimi dərs verir?

– Bu canilərdən öyrənəcəyimiz əsas, bəlkə də yeganə şey səhvləri bir daha təkrar etməməkdir. Yazıçının əsərlərindəki bu mənfi obrazlar, adətən, layiq olduqlarını alır, ancaq bəzən “Hamlet”də Ofeliya, “Kral Lir”də Kordeliya və yaxud “Otello” əsərində Dezdemona kimi bəzi obrazlar layiq olmadıqları halda acı çəkməyə və ölümə məhkum olurlar. Hamartiya anlayışı və ya faciəvi günahkarlıq hissi  zəncirvari mənfi hadisələrə səbəb olan səhv, yaxud qüsur – bunlar Şeksprin obrazları üçün keçərli deyil. Bu qarışıqlıq İntibah dövründə bir çox moralistləri çaşdırıb. Lakin əxlaq dərslərini öyrətmək incəsənətin əsəs məqsədi deyil. Modern kütlə üçün daha öyrədici olan şey xarakterlərin gizli, həm də aşkar motivləri və şüuraltının sirləri içində bir fikir, dərin düşüncə qazanmağa çalışmaqdır. Bu prosesdə bizim mənəvi keyfiyyətlərimizi zənginləşdirəcək olan insan təbiəti haqqında önəmli fikirlər əldə edə bilərik.

Tərcümə: Səbinə Üzeyir
Mənbə: britishcouncil.org
Etatist.com
Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir