Ana səhifə » Mövqe » Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində baş tutan festivala iyunun 1-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının binasında start verildi. Festivalın pərdələri ölkəmizin 10 sənət ocağının üzünə açıldı. Bəri başdan deyək ki, festivalın demək olar ki, bütün tamaşalarının kiçikyaşlı teatrallar üçün nəzərdə tutulduğunu aşkar edincə təəccüblənməyin – məsələ burasındadır ki, yeni festivalımız daha öncə Uşaq Tamaşaları Festivalı olaraq nəzərdə tutulubmuş, lakin ərəfədə məram dəyişdirilsə də proqramı dəyişmək təbii ki, mümkünsüz olub.

İyunun 1-də günün ikinci yarısı Lənkəran Dövlət Dram Teatrının binasında I Lənkəran Beynəlxalq Teatr Festivalının açılış mərasimi keçirildi. Azərbaycan Teatr Xadimləri İttifaqı idarə heyətinin sədri Azər Paşa Nemətov festivalı açıq elan edərək daha bir beynəlxalq teatr festivalına start verilməsi münasibətilə mədəni ictimaiyyəti təbrik etdi və bütün iştirakçı kollektivlərə yaradıcılıq uğurları arzuladı.

Şıltaqlıq, dostluq və sehr…

Festival öz işinə “Tilsimlənmiş qız” tamaşası ilə başladı. Lənkəran Dövlət Dram Teatrının tamaşasının mətn müəllifi və quruluşçu rejissoru gənc rejissor Tərlan Abdullayevdir. Tamaşanın süjeti ərköyün, şıltaq bəy qızı Gülyazın atasından danışan gəlincik tələb etməsi, belə bir gəlincik hələ Yer üzündə olmadığı üçün çıxış yolunun qulluqçunun qızını ona danışan gəlincik kimi təqdim etməkdən ibarət olması, danışan gəlinciyin əslində canlı qız olduğunu biləndən sonra bəy qızının ondan ayrılmaq istəməməsi, atasının belə bir dostluğun onların ad-sanına yaraşmadığını, yolverilməzliyini sübut etmək üçün cadugərin köməyi ilə qulluqçu qızını cansızlaşdırıb həqiqətən də gəlinciyə çevirməsi, bu qızın həmişə qahmar çıxdığı Zəvzək Siçanla Avara Pişiyin qulluqçu qızını tilsimdən xilas etməsindən ibarətdir. Şifahi və yazılı ədəbiyyata aid bir neçə nağılın (məsələn, “Qaraca qız”, “Şıltaq şahzadə xanım” və s.) süjetinin şəbəkəsini andıran “Tilsimlənmiş qız” tamaşası çox gənc rejissorun işi olmağına baxmayaraq, sxolastikliyə qapılıb qaldı – tamaşanın ümumi mənzərəsi nağılvarilik, əsrarəngizlik kimi qeyri-adi əhvalı doğura bilmədi. Bəli, aktyorların hamısı faktura və bacarıq etibarilə çox dəqiq seçiliblər, vəzifələrinin də öhdəsindən maksimum dərəcədə gəldilər, xüsusilə Dayə rolunun ifaçısı Təranə Fərəcovanın ifa tərzi müstəsna təbiiliyi, üzviliyi ilə seçilib yadda qaldı. Amma tamaşa ümumilikdə süjetin diktə etdiyi və dekorasiya qurularkən səhnədə quraşdırılmış tağ-qapının, hər şəklin tamamında ondan keçən personajların vəziyyətinin yaratmalı olduğu gerçək aləmdən sehr, nağıl aləminə düşmək ovqatını canlandırmaq gücünü özündə tapmadı…

Dialoq, monoloq və rəqs…

Festivalın ilk gününün ikinci tamaşasını ingiltərəli teatr xadimləri təqdim etdilər. “British Council”ın direktor müavini Nigar Baimova 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərdiklərini və Cənubi Qafqazda ilk dəfə məhz ölkəmizdə “Near Gone” səhnə əsəri ilə çıxış etdiklərini bildirdi. Böyük Britaniyanın “Two Destination Language” Teatrı məşhur xoreoqraf Şarlot Vinsentlə dramaturq kimi əməkdaşlıq quraraq bu tamaşanı ərsəyə gətirib. “Near Gone” adlanan tamaşa aktyorlar Katerina Radeva və Alister Louninin ifasında təqdim olunur. “Near Gone” deklamasiya və rəqs üzərində qurulmuş, bütün plastikası danışıq və rəqsə (və bir də döşəməyə düzülmüş onlarla təzə-tər gülü tamaşa boyunca bir neçə dəfə aktyor tərəfindən dəstə-dəstə toplanıb aktrisaya təqdim etməsinə) hesablanmış yaşam və ölüm arasındakı yolun cığırları, yaxud pozitiv və neqativ emosiyaların hər zolağının qurtaracağında çiçəklər, musiqi və rəqs fəvvarəsidir sanki. “Near Gone” nə monoloqdu, nə də dialoq – iki aktyorun ifasında bu iki tərzin bir-birinə keçidi, birinin digərində əriməsidir.

Teatr bayramının ikinci günü Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsi “Zınqırovlu pişiy”in, “Cəsur şahzadə Məlikməmməd”in və “Göyçək Fatma”nın ixtiyarına verildi.

Siçan-pişik oyunu

Gəncə Dövlət Dram Teatrının rejissoru Şamil Məmmədlinin “Əhməd Orucoğlunun əsəri əsasında hazırladığı “Zınqırovlu pişik” tamaşası Yeni il şənliklərinin tərkibində nümayişlənən növbətçi tamaşalar təəssüratı yaratdı. Baxmayaraq ki, rejissor Uzunquyruq, Uzunburun və Uzunqulaq Siçanların əlindən və Pişiyin yarıtmazlığından zara gəlib onu daha fərasətli və peşəkar Sarı Pişiklə əvəz edən, siçanların isə öz hüquqlarını qorumaqdan ötrü beynəlxalq təşkilatlara müraciəti, sadalanan personajları arada kuklalarla əvəzləmək kimi “priyom”lardan istifadə edib. Yalnız Anbardar rolunun ifaçısı Əməkdar artist Xudayət Əsgərovun ifası bu tamaşanı və ya sadəcə siçan-pişik oyununu səhnə əsəri kimi nəzərdən keçirmək şansı verdi.

Nəhayət ki, nağıla düşdük…

Bu xoşbəxtliyi bizə “OL” Teatrı bəxş etdi. Hamımızın sevimlisi olan Məlikməmməd Namiq Ağayevin quruluş verdiyi “Cəsur şahzadə Məlikməmmədin nağılı” səhnə əsərində ikiqat füsunkarlıq qazandı. Rejissor quruluşçu rəssam Xuraman Azəri və musiqi tərtibatçısı Əfsanə Bağırova ilə birlikdə marionet teatrı estetikası ilə (nəfis şəkildə hazırlanmış əlcək-kuklaların iştirakı) aktyor ifası ənənələrini həm dekorasiyada, həm də nağılın ifa, təqdimat tərzində elə ustalıqla birləşdirib ki, tamaşaçı həm nağıllar aləminin açarının sahibi kimi özünü hiss edir, həm də Məlikməmmədi öz müasiri kimi qavrayır. Bu, çox vacib məqamdır. Başqa sözlə, tamaşanın müəllifləri, yəni quruluşçu rejissor başda olmaqla istisnasız şəkildə yaradıcı heyətin bütün üzvləri yaşından asılı olmayaraq, bütün tamaşaçıları nağıllara inanmaq saflığına dəvət etməyi, bu saflığı onlarda aşkar və ya onlara aşılamağı, adlarına layiq “OL”mağı bacardılar.

“Göyçək Fatma”nı vərəqləyərkən… 

Bakı Uşaq Teatrı festivala “Göyçək Fatma”nı gətirmişdi – xüsusən qızların daha bir uşaqlıq dostunu… Quruluşçu rejissor Əməkdar artist İntiqam Soltan interaktivliyi, aşıq, dastançı tərzi-hallarını bolluca istifadə etdiyi tamaşasında nağılın qapılarını üzümüzə açmağı unutdu – bu dəfə biz, sadəcə, “Göyçək Fatma” nağılını vərəqlədik, oxuyub mətləbinə-məğzinə varmadıq.

İranlı soydaşlarımızın hədiyyəsi

İzlədiyimiz sonuncu tamaşa – İran İslam Respublikasının “Muğan-Hünər” və “Mika” Teatrlarının Əli Bəhnunun qələm məhsulu və rejissor işi olaraq festivalımıza gətirdikləri “Qırmızı və vız-vızı” alleqorik səhnə əsəri doğrudan da çox gözəl hədiyyə oldu. Belə olmasaydı, tamaşanın ortasında enerji verilişində yaranan qısamüddətli problem zamanı texniki nasazlığın tezliklə aradan qaldırılmasını və hadisələrin sonrakı inkişafının şahidi olmağa səbrsizlənməzdik. “Muğan-Hünər” teatr qrupu 2001-ci ildə İranın Parsabad şəhərində fəaliyyətə başlamışdır. Qrup 25-dən çox tamaşa ilə İranda və digər ölkələrdə keçirilən festivallarda uğurla iştirak etmişdir.

Rəhbəri Əli Bəhnun olan Təbrizin “Mika” (mineral daş adı olan “mika” teatrın adı olaraq “dünyanı daha yaxşı görmək” mənasının carçısı missiyasını yerinə yetirir) teatr qrupu 2005-ci ildən teatr meydanındadır. Repertuarındakı kukla tamaşaları xalq ədəbiyyatından qaynaqlanaraq ərsəyə gəlir və azəri türkcəsində oynanılır.  Bizimlə söhbətində ağayi Bəhnun bildirdi ki, Təbriz teatralları ilk dəfə kukla teatr sənəti ilə məhz bu teatrın sayəsində davamlı və keyfiyyətli ünsiyyət qurmaq imkanı qazanıblar. Serbiya, Pribaltika, Rusiya, Türkiyə teatr festivallarında dəfələrlə uğurla iştirak edən truppa ilk dəfə mədəni torpaqları olan Azərbaycanda keçirilən festivala dəvətdən hədsiz məmnun olublar. İki teatr qrupunun “Qırmızı və vız-vızı” səhnə əsəri 2017-ci ildə Ukraynada keçirilən festivalın “Ən yaxşı tamaşa” nominasiyasının qalibi olub. Tamaşa iki balaca arı – dişi Qirmızı ilə erkək Vız-Vızının sarsılmaz dostluğundan bəhs edir. Dekorasiya və kuklaların görünüşü romantikliyin, dramatikliyin və komikliyin vəhdətini yaradan canlı tablo kimi özünü təsdiq etdi.

Həmin gün Akademik Milli Dram Teatrı “Nindza tısbağalar və kapitan Cekin macəraları”, Dövlət Gənc Tamaşaçılar Teatrı “Qoğalın sərgüzəştləri”, ayın 4-də Qax Dövlət Kukla Teatrı “Xeyir və Şər”, Azərbaycan Dövlət Kukla Teatrı “Cırtdan”, Gürcüstanın “Azadlıq” Teatrı “Bu nağıl ağlı başdan alır” və festivalın sonuncu günü Ərdəbilin “Ünvan” Teatrı “Qızıl başmaq”, Şuşa Dövlət Musiqili Dram Teatrı “Əlibaba və qırx quldur”, Salyan Dövlət Kukla Teatrı “Bostançı və şah Abbas” tamaşalarını təqdim ediblər. Festivalın bütün truppaları Mədəniyyət Nazirliyinin diplomları ilə təltif olunublar.

Festival qızmar günlərə təsadüf etmişdi. Və bu istilik teatr bayramının bütün tərəflərinə təsir göstərmişdi. Hətta səmasında nadir hallarda günəş görünən İngiltərədən gəlmiş qonaqlarımıza da. Tamaşalararası teatrın axar-baxarlı həyətində, çay süfrəsi arxasındakı müzakirələr teatr sənətinin və sadəcə insan ünsiyyətinin gözəl ovqatını əbədiləşdirən anlar kimi yadımızda qaldı. Davamlı olması arzusuyla!..     

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir