Sahib Ağayevin işdən azad edilməsinin məsuliyyəti tamamilə teatrın özünə aiddir

YUĞ Dövlət Teatrının rejissoru Sahib Ağayevin (Mir Sahib Ağazadənin) işdən azad edilməsi haqqında xəbər vermişdik. Məsələ ilə bağlı Yuğ Dövlət Teatrının direktoru İslam Həsənovla əlaqə yaratmağa çalışsaq da, telefonlarımıza cavab verilmədi. Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov isə bildirdi ki, “YUĞ Teatrının rejissoru Sahib Ağayev Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin ç bəndinə əsasən işdən azad edilib”.

Teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə ilə əlaqə saxladıq. O, “bu barədə mən heç bir şey deyə bilmərəm. Ancaq xəbəri təsdiqləyirəm. Qərarı teatr verməyib, Mədəniyyət Nazirliyi rəsmi məktubla göndərib. Ona görə də təfərrüatları Nazirliyin kadrlar şöbəsinə zəng vurub öyrənin” – deyə cavab verdi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kadrlar şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirildi ki, “Teatrların yalnız direktorlarının və baş rejissorlarının vəzifəyə təyin olunması və işdən azad edilməsi məsələsi Nazirliyin səlahiyyətinə daxildir. Digər vəzifələrə işə götürülmə və azad edilmə isə Nazirliklə razılaşdırılmır. YUĞ Dövlət Teatrının rejissoru Sahib Ağayevin işdən azad edilməsinin məsuliyyəti tamamilə teatrın özünə aiddir”.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

İntiqam Soltanın metodik vəsaiti təqdim olunub

Dünən Bakı Uşaq Teatrının direktoru, Əməkdar artist İntiqam Soltanın “Çətin tərbiyə olunan uşaqların tərbiyəsində teatr metodlarından istifadə” adlı metodik vəsaitinin təqdimatı keçirilib.    Metodik vəsait...

Vidadi Qafarov – “21.15 qatarı hara aparır”

Salam... oxudun? – bəs, niyə cavab vermirsən? ... əleykümsalam... çox sağ ol salamımı aldığına görə. Deməli, artıq əlaqə var – mən varam, sən varsan. Mən...

Natiq Məmmədli – “Müqəvva”

(monopyes) Ala-qaranlıq səhnə kol-kos basmış bostanı xatırladır. Kolların dibində müxtəlif istiqamətlərdə təxminən yarıya qədər yanmış dörd şam qoyulub. Mərkəzdə çürümüş çəlləyin üstündə nimdaş, cırıq paltarda...

Recent

Rəşad Əhmədzadə: Onlar artıq bizim gücümüzü görüblər…

-Əvvəla, festivallarda qazandığınız uğurlara görə təbrik edirik. İlk olaraq, sentyabrda baş tutmuş “Xəzərin sahili” festivalı ilə bağlı təəssüratlarınızı bölüşərdiniz. -Kukla teatrı elə teatrlardandır ki, festivalla...

Paytaxt teatrlarının həftəlik repertuarı (10-15 aprel)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı  12 aprel K.Abdulla "Bir, iki bizimki.. " saat 19:00 (“A.M.Şərifzadə səhnəsi”ndə) 13 aprel Ə.Əmirli "Şah Qacar" saat 19:00 14 aprel İ.Əfəndiyev "Mənim günahım" saat...

Bölgə teatrlarının Yeni il “sərgüzəştləri”

Yeni il gəldikdə ətraf bəzənir, hamının üzündə sevinc hiss olunur. Ancaq hamıdan çox körpələr, məktəblilər bayram edir. Uşaqların ən sevimli bayramı olan yeni ili...