Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın “Zirzəmi teatrı” üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr tarixində saat 19.30-da “Etüd” kafe-barında nümayiş olunacaq. İki personajın rol aldığı səhnə əsəri gənc rejissorlar, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Ümid Abbas və Mir Qabil Ələkbərovun quruluşunda təqdim olunacaq. Psixoloji dram janrında olan tamaşanın qəhrəmanı uzun illərdir adada tənha yaşayır. Hər gün eyni əhvalatlardan, eyni xatirələrdən bezir və qərara gəlir ki, dünyada sağ qalmış insanları evinə qonaq çağırsın. Beləliklə, qapı döyülür və xəyali qonaqlar təşrif buyurur. Hər qonağa boş bir stul. Qonaqlar gəlməyə başlayır, səbirsizliklə gözlənilən əlahəzrət imperator da gəldikdən sonra, növbə Natiqdədir. O bizim qəhramanın çoxdan düşündüyü və heç kəsə demədiyi sözləri çatdırmalıdır. Natiq isə LALdır.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Kamal Yaşar, “Yoxsa”…

TeatrO.az saytının “Yoxsa” 21 ekspress sual layihəsində rejissor Kamal Yaşar 1. Şərq, yoxsa Qərb? Günəşli bəşəriyyət. 2.Teatr, yoxsa kino? Kinoteatr. 3.Aktyor, yoxsa rejissor? Sənətkar. 4.Dublyaj, yoxsa senari? Senaridə dubllar. 5.Ayin, yoxsa oyun?...

Nofəl Vəliyev: “Özümü rejissor kimi sınamaq istəyirəm…”

Bu günlərdə Dövlət Gənc Tamaşaçılar Teatrı İran İslam Respublikasında keçirilən Fəcr festivalından dönüb. “Bir səbət tənhalıq” tamaşası ilə ərdəbilli seyrçilərin ürəyini fəth edən Əməkdar...

Aliyə Dadaşova – “Qiyamət: Trierin dövri və cari qorxuları…”

Tam bir həftə əvvəl məşhuri cahan Danimarka rejissoru Lars von Trierin "Cekin tikdiyi ev” adlanan yeni filminə baxdım. "Film necədi?” soruşanlara bir cavabım vardı:...

Recent

YUĞ Teatrı beynəlxalq festivalda iştirak edəcək

Azərbaycan Dövlət “YUĞ” Teatrının “Müəmmalı bir qətlin üç versiyası” tamaşası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçiriləcək “Nauruz” beynəlxalq teatr festivalına dəvət alıb. Azərtac-ın məlumatına...

“Kərgədan buynuzu”

11 dekabr tarixində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kərgədan buynuzu” tamaşası nümayiş olunub. Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu”...

Azərbaycanlı tələbə Ziya Ağa beynəlxalq festivalda qalib olub

Xəbər verdiyimiz kimi, 15-20 mart tarixlərində Rusiyada keçirilən "QİTİS-ustad dərsi" festivalında ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları təmsil edir. Festivalda Azərbaycanla yanaşı,...