Ana səhifə » Xəbər » Səhnə “Bizim Don Kixot”undur

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Afişa
İyun 13, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (13 iyun – 20 iyun)

Müsahibə
İyun 13, 2019

Dağlar Yusif – “dOM” Teatrından reportaj: ”Bu şəxsən mənimçün təzə deyil”

Xəbər
İyun 13, 2019

Bəsti Cəfərova – 60 yaş

Xəbər
İyun 13, 2019

“Leyli və Məcnun” operasının növbəti tamaşası keçiriləcək

Xəbər
İyun 12, 2019

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Xəbər
İyun 12, 2019

Azərbaycanlı rejissor dünyaya səs salan layihəyə imza atdı

Xəbər
İyun 11, 2019

Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq

Xəbər
İyun 10, 2019

“Kubinka” tamaşasının premyerası baş tutacaq

Xəbər
İyun 9, 2019

Rus Dram Teatrı “Tənhalığın komediyası”nı təqdim edib

Xəbər
İyun 8, 2019

“dOM” Teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb

Persona
İyun 7, 2019

Aydın Talıbzadə – “SFİNKS VƏ KONTRABAS”

Xəbər
İyun 7, 2019

Nəsimiyə həsr olunmuş tamaşa Dərbənd qalasında

Xəbər
İyun 7, 2019

Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

Xəbər
İyun 7, 2019

“Qızıl balıq” tamaşasının premyerası oldu

Xəbər
İyun 7, 2019

“Sonuncu”nun kinoversiyası çəkilir

Xəbər
İyun 7, 2019

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Mövqe
İyun 6, 2019

Bayram kimi festival

Xəbər
İyun 5, 2019

YUĞ Dövlət Teatrı bu gün “Novruz” Festivalında çıxış edəcək

Xəbər
İyun 5, 2019

Uşaqların üzünü güldürən festival

Xəbər
İyun 5, 2019

Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları birgə çıxış edəcəklər

Xəbər
İyun 2, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Xəbər
İyun 2, 2019

Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

Mövqe
May 30, 2019

Aynurə Mustafayeva – Niyə biz yaxşı dram yarada bilmirik?!

Xəbər
May 30, 2019

LƏNKƏRANDA I BEYNƏLXALQ TEATR FESTİVALI KEÇİRİLƏCƏK

Müsahibə
May 30, 2019

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Xəbər
May 29, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı keçiriləcək

Persona
May 29, 2019

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Xəbər
May 28, 2019

Akademik Musiqili Teatrı işə qəbul elan edir (R)

Xəbər
May 27, 2019

“Boy çiçəyi” tamaşası İlyas Əfəndiyevin 105 illik yubileyinə həsr olunub 

Xəbər
May 26, 2019

Səhnə “Bizim Don Kixot”undur

Səhnə “Bizim Don Kixot”undur

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı teatrsevərlərin səbirsizliklə gözlədiyi yeni səhnə əsərini tamaçıların ixtiyarına verəcək. Belə ki, iyunun ortalarında mərhum dramaturq Rəhman Əlizadənin “Don Kixot Abşeronski” pyesi əsasında hazırlanan “Bizim Don Kixot” tamaşasının premyerası keçiriləcək. Müzkl kimi hazırlanan tragikomik tamaşanın səhnələşdirəni Rəhman Əlizadə, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir. 10-dan artıq mahnı yazılan “Bizim Don Kixot”da (Sözlər Rəhman Əlizadə ) meyxana janrına da müraciət olunub. Tamaşada baş rolu (Əhmədağa, Don Kixot) Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal oynayır. Sənətkarın 70 illik yubileyi münasibətilə ərsəyə gələn səhnə işində digər obrazları Kukla Teatrının aparıcı aktyorları Cavid Telman, Aygül Ağayeva, Araz Həsənli, Adil Dəmirov ifa edirlər. SSRİ-nin dağıldığı dönəmdə yazılan bu əsərdə müəllif imperiya insanının problemlərini önə çəkir, hədəf kimi kommunizm ideologiyasını göstərir. Əsərdəki mövcud problemlərə bəşəri kontekstdən yanaşmağa çalışan rejissor müasir dövrün bir sıra narahatlıqlarının da səhnə yozumunu verməyə çalışıb. Əsas faktor kimi insan, onun mənəvi dünyası, ətrafına münasibəti və təbii ki, firavan yaşamaq, sağlam cəmiyyət arzularını önə çəkib. Quruluş müəllifi əsərdən fərqli olaraq tamaşanı gözlənilməz sonluq ilə bitirir. Belə ki, rejissor satira, fantasmaqoliya, halusinasiya, nağılvarilik, uydurma kimi hal-vəziyyətləri musiqinin ifadəsində tamaşaçıya çatdırmaqla Əhmədağanın acı sonunu “Don Kixotlar həmişə var və olacaq” kimi nikbin, mübariz bir sonluqla ifadə edir. Birhissəli müzklın rejissoru Qurban Məsimov əsəri müasir gün ilə səsləşən tamaşa kimi hazırlamağa çalışdığını: “Özünütəsdiq problemi yaşayan, gerçəkliyin burulğanında faciəsini dərk etməyə qorxan Əhmədağanın Don Kixotlaşması özlüyündə maraqlıdır. Səhnə materialı alt qatdakı ideyaya inpuls üçün əvəzsizdir. Bununla Əhmədağa həqiqəti demək, cəmiyyətdəki əyriliklərə öz münasibətini bildirmək istəyir. Amma ətrafındakı xoşagəlməzliklərə etirazını özü kimi yox, Don Kixot olaraq bildirir. Düşünür ki, Əhmədağa olduğu halda onu kimsə qəbul etməz, dinləməz. Ona görə də maska taxmaq, obraza girmək istəyir və Don Kixota çevrilir. Axı o da yalana, ədalətsizliyə, haqsızlığa qarşı vuruşurdu. Bu mənada tamaşa Əhmədağanın mübarizəsidir. Təbii ki, Donkixot maskası ilə”. Onu da qeyd edək ki, böyük yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərində kukla oyunu ilə canlı planda aktyor ifasının maraqlı sintezinə nail olunub.

Teatrın mətbuat xidməti

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir