Persona Həmişə SİZ gələsiz!

Həmişə SİZ gələsiz!

-

Rejissor üçün “doğum günü” buketi və ya həmişə SİZ gələsiz!

Adı yadımda deyil, kimsə deyirdi ki, yalnız axmaq adamlar daha bir yaş qocaldıqlarına sevinərlər. Amma icazənizlə mən bu naməlum dahiylə razılaşmayım… yaradıcı adamlar qocalmırlar axı, yaşa dolurlar, yaşadıqca dolurlar, dolduqca müdrikləşirlər, müdrikləşdikcə ətrafa səpələdikləri işığın parıltısı da artır. Belədi, ya “qeyri-belə”di?! Bilməm…dəqiq bildiyim bu ki, belə olmalıdır!.. Əl-qərəz yazımızın “daha bir yaş qocalan”, pardon, daha bir yaş “dolan” qəhrəmanı gənc və perespektivli rejissor-aktyor-rəssam, musiqidən başı çıxan, həm də əməlli-başlı qələmi olan Asiman Ağa Rövşəndir. “Bu uşağın böyüyüb kim olacağnı düşünəndə adamın tükləri biz-biz olur”!

Asimanın teatr düşüncəsində “köhnə” ilə “yeni” yanbayan dayanıb – “köhnə” odur ki, Asiman Stanislavski “sistem”inin doğru dürüst öyrənilməsinin, onun bir metod kimi (Diqqət: Medod kimi, sənət fəlsəfəsi kimi yox. Bu iki anlayışı qatıb-qarışdırmayaq, lütfən) müasir teatrımızda bərqərar edilməsinin tərəfdarıdır. “Yeni” olan isə odur ki, Asiman bu “sistem”in nəhayət ki, Azərbaycan teatrOsu üçün DOĞRU-DÜRÜST öyrənilməsini, oxunmasını, ANLAŞILMASINI, türkün sözü, tərcih edir. Yəni, teatrımızın nəzəri arealında hökm sürən “psevdo-stanislavskiçilik”in yaratdığı yanlışlığı, məktəbsizliyi, “sistem”çi pafosu kökündən qoparıb atmaq gənc rejissorumuzun “ali məqsədi”dir. Asiman tamaşalarını pazl vərəqləri kimi yığır. Hadisə, əməl və münasibətlərin məntiqi hörgüsü, pyesin “əməl təhlil” metodu ilə analizi, personajlar üzərində gərgin psixoanalitik kəşfiyyat, tamaşa üçün “gerçək hərəkət-bəlli məkan-konkret zaman” konseptual sxeminin yaradılması, aktyor oyununda “bütövlük və ikiplanlılıq” prinsipinin qorunması və.s elementlərin vəhdəti Asimanın “ilkin rejissura”sının bünövrəsini, nüvəsini təşkil edir. Bu “ilkin rejissura”nı şərti olaraq “elmi rejissura”, yaxud “nəzəri rejissura” adlandırmaq olar. Nədən ki, Asimanın əqidəsinə görə nəzəriyyəsiz və elmsiz sənət cəfəngiyyatdan başqa bir şey deyil.

Bununla yanaşı və hər şeyə rəğmən Asimanın teatr düşüncəsi, bu düşüncədən doğan tamaşaları səməni üçün islağa qoyulmuş buğda dənəsidir. Nəsə, içimdə iynənin ucu boyda bir ümid var bu buğda dənəsinə… tez böyü, buğda dənəsi, tez cücər də yaz gəlsin!..

TeatrO.az və teatrşünaslığımız adından gənc rejissoru təbrik edir və yaşa dolduqca düşüncəsi, əqidəsiylə ən yeni dövr Azərbaycan teatrının fəzasında ışım-ışım ışıldayacağına (yeni termin:“ışıldarejissor”) ümid edirik!
…və ya necə deyərlər, görüm həmişə SİZ gələsiz!..

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik