Ana səhifə » Persona » Portret » Rəhman Orxan – Rövşən Almuradlının unudulmaz xatirəsinə elegiya

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyun 18, 2019

Sabah “TƏK” Yaradıcılıq Platformasının ilk tamaşası nümayiş olunacaq

Xəbər
İyun 15, 2019

Akademik Milli Dram Teatrında Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub

Afişa
İyun 13, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (13 iyun – 20 iyun)

Müsahibə
İyun 13, 2019

Dağlar Yusif – “dOM” Teatrından reportaj: ”Bu şəxsən mənimçün təzə deyil”

Xəbər
İyun 13, 2019

Bəsti Cəfərova – 60 yaş

Xəbər
İyun 13, 2019

“Leyli və Məcnun” operasının növbəti tamaşası keçiriləcək

Xəbər
İyun 12, 2019

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Xəbər
İyun 12, 2019

Azərbaycanlı rejissor dünyaya səs salan layihəyə imza atdı

Xəbər
İyun 11, 2019

Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq

Xəbər
İyun 10, 2019

“Kubinka” tamaşasının premyerası baş tutacaq

Xəbər
İyun 9, 2019

Rus Dram Teatrı “Tənhalığın komediyası”nı təqdim edib

Xəbər
İyun 8, 2019

“dOM” Teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb

Persona
İyun 7, 2019

Aydın Talıbzadə – “SFİNKS VƏ KONTRABAS”

Xəbər
İyun 7, 2019

Nəsimiyə həsr olunmuş tamaşa Dərbənd qalasında

Xəbər
İyun 7, 2019

Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

Xəbər
İyun 7, 2019

“Qızıl balıq” tamaşasının premyerası oldu

Xəbər
İyun 7, 2019

“Sonuncu”nun kinoversiyası çəkilir

Xəbər
İyun 7, 2019

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Mövqe
İyun 6, 2019

Bayram kimi festival

Xəbər
İyun 5, 2019

YUĞ Dövlət Teatrı bu gün “Novruz” Festivalında çıxış edəcək

Xəbər
İyun 5, 2019

Uşaqların üzünü güldürən festival

Xəbər
İyun 5, 2019

Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları birgə çıxış edəcəklər

Xəbər
İyun 2, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Xəbər
İyun 2, 2019

Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

Mövqe
May 30, 2019

Aynurə Mustafayeva – Niyə biz yaxşı dram yarada bilmirik?!

Xəbər
May 30, 2019

LƏNKƏRANDA I BEYNƏLXALQ TEATR FESTİVALI KEÇİRİLƏCƏK

Müsahibə
May 30, 2019

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Xəbər
May 29, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı keçiriləcək

Persona
May 29, 2019

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Rəhman Orxan – Rövşən Almuradlının unudulmaz xatirəsinə elegiya

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman rejissorla görüşərkən “salam!”dan əvvəl sənətkar kimi böyüklüyünə işarə edərək, hökmən dahi M.Ə.Sabirin “Bənzərəm bir qocaman dağa ki, dəryada durar!” misrasını ucadan söyləyərdim. Məmnunluqla dinləyib, gülümsəyər və yalnız bundan sonra əl tutub, qucaqlaşıb-görüşərdik.

…Rövşən Almuradlı kimi görkəmli bir rejissoru, istedadlı bir sənət adamını itirmək respublikamızn bütün teatr-kino aləmi, ictimaiyyətimiz üçün çox ağırdır. O, istedadlı aktyor, teatr və kino xadimi olmaqla yanaşı həm də olduqca səmimi, mehriban, gözəl bir insan, sədaqətli dost, müdrik məsləhətçi kimi çoxlarının hörmət-ehtiramını qazanmışdı. Onu tanıyanlar və onun tanıdıqları olduqca çox idi. Onların içərisində sənət adamları ilə yanaşı vaxtaşırı müraciət etdiyi həkimlər, müəllimlər, dostluğu ilə qürur duyan jurnalistlər, elm adamları, tarixçilər, mühəndislər, xoş salamına, gülər üzünə doğmalar qədər sevinən qonum-qonşu, adi adamlar da çox idi. Tanışları içərisində çox az gözə dəyən yalnız məmurlar, vəzifə sahibləri idi. Onun sözü-söhbəti onlarla heç tutmurdu, üz-üzə gəlmək belə istəmirdi. Xarakteri belə idi. Yəqin elə ona görədir ki, 40 ildən çox teatr və kino sənətinə, xalqa ləyaqətlə, vicdanla xidmət etsə də, bu gün-sabah 65 yaşı olacaqdısa da (heyf, bu ayın – aprelin 19-da olacaq yubileyini birgə qeyd etmək ona və dost-tanışlarımıza qismət deyilmiş), onu çoxillik və məhsuldar aktyor və rejissor fəaliyyətinə görə təltif etmək, mükafatlandırmaq, fəxri ad vermək heç kəsin fikrinə də gəlmədi, heç kəsi düşündürmədi. Əslində o, mükafat və təltiflər üçün çalışmırdı, bu barədə bəlkə heç düşünmürdü də. Ancaq heç olmasa min bir əziyyətlə, gecə-gündüz, yorulmadan çalışaraq sənət dostları ilə birgə canı-qanı bahasına ərsəyə gətirdiyi “Koroğlu” və “Cavad xan” filmlərinə görə ona çoxdan layiq olduğu “Xalq artisti” adının verilməsi yaxşı olmazdımı, çoxillik əməyinin bəhrəsi kimi onu sevindirməzdimi? Bəlkə də daha çox yaşamasına səbəb olardı…O, hələ nə təqaüdə çıxa bilmişdi (“yaşı çatmadı”), nə də əlavə bir gəlir yeri vardı. Buna baxmayaraq, maddi çətinlikləri olsa da belə, həmişə özünü tox tutar, heç vaxt qürurunu sındırmazdı. Dik və vüqarla, nikbin görkəmlə  yeriyərdi…

Təbii ki, heç kəs dünyanı tutub durmur. Bugünkü bəzi naqislər, təkəbbürlü, “yığımcıl” məmurlar da nə vaxtsa dünyadan köçəcəklər. Köçəcək və unudulacaqlar (yox, hərdən bütün əsilbə-nəsillərinə, gorlarına söyməklə “xatırlayanlar” da az olmayacaq), ancaq xalqın Rövşən Almuradlı kimi ziyalı oğulları, böyük sənət fədailəri heç zaman unudulmayacaqlar. Onlar ən azı özlərindən sonra xalqa yadigar qoyduqları sənətləri ilə yaşayacaqlar. Rövşən müəllim özünün maraqlı səhnə obrazları ilə yanaşı yaratdığı 30-a qədər sənədli və bədii filmlərdə də daim yaşayacaq. Onun son filmi olan “Əsgərlər unudulanda ölürlər” filminin qəhrəmanları – igid, mərd Azərbaycan oğulları kimi!

O, özünün nüfuzlu soyadını qürurla daşıyan layiqli oğlu Kamal Almuradlının davam etdirdiyi yaradıcılıq işlərində, sənətini sevənlərin xoş arzu-diləklərində yaşayacaq!

…Allah Sənə min rəhmət eləsin, ey böyük sənətkar, əziz, sədaqətli, unudulmaz dost!  Heyf, çox heyf Sənin kimi böyük ustaddan!Bakıda – Akademik Milli Dram Teatrında Rövşən müəllimin quruluşunda baxdığım son tamaşa İsveçrə yazıçısı Fridrix Dürrenmattın “Yaşlı xanımın gəlişi”, Sumqayıt Teatrında fransız yazıçısı Marsel Berkye-Marinyenin “Oğru”su, son sənədli filmi isə tanınmış, istedadlı tədqiqatçı-jurnalist Arif Əliyevin ssenarisi əsasında çəkdiyi “Əsgərlər unudulanda ölürlər” adlı tarixi-sənədli filmi olmuşdu.

Onun Sumqayıt Teatrında son dəfə quruluş verdiyi tamaşa haqqında yazdığım rəy də, təəssüf ki, sonuncu oldu. Yeni tamaşalarını gözləyirdik, ancaq ömür vəfa etmədi. Rövşən müəllimin böyük uğurla nümayiş etdirilmiş həmin tamaşası haqqında yazını bu gün bir daha oxuculara təqdim etməklə unudulmaz dostumuzun ruhunu sevindirmək istərdim.

İllər ötdükdən sonra rejissor Rövşən Almuradlı Sumqayıta yeni tamaşa ilə qayıtdı

Görkəmli Azərbaycan rejissoru Rövşən Almuradlı teatr və kino ilə uzun “ayrılıq”dan sonra vaxtilə ilk sənət addımlarını atdığı Sumqayıt Dövlət Dram Teatrının səhnəsində fransız yazıçısı Marsel Berkye-Marinyenin “Oğru” əsərini teatrsevərlərə təqdim etməklə pərəstişkarlarını və sənət dostlarını yenidən sevindirmişdir.Ailə-məişət mövzusuna toxunulan, 50 ildən artıqdır ki dünya teatrlarında uğurla nümayiş etdirilən bu səhnə əsəri komediya janrında olsa da, rejissorun quruluşunda hadisələr dramatikliyi ilə diqqəti cəlb edir, ər və arvadın fransız xarakterindən və məişət tərzindən irəli gələn mənəvi düşkünlüyü özünü bütün çılpaqlığı ilə büruzə verir. Ailə  münasibətlərində xəyanəti, mənəviyyatsızlığı pisləyən, qeyrət və namusun, düzlüyün, sədaqətin, paklığın mühüm insan meyarları olduğunu tamaşaçılara daha qabarıq şəkildə çatdırmağa çalışan R.Almuradlı özünün novator priyomu ilə tamaşanın “çərçivə”sindən çıxaraq, bəzən aktyorların vasitəsilə birbaşa tamaşa zalı ilə təmasa girməklə tamaşaçı-aktyor ünsiyyəti yaradaraq, insan xarakteri və mənəviyyatı üçün nələrin daha dəyərli olduğunu diqqətə yetirməklə kasıb bir fransız ailəsində baş verən hadisələrə öz insani və rejissor münasibətini bildirməyi də vacib hesab etmişdir ki, bununla da tamaşanın sadəcə bir əyləncə-maskarad olmadığını, tərbiyəvi rolunu və əhəmiyyətini ön plana çəkə bilmişdir.

Rejissorun Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar, tamaşanın janrına və ruhuna uyğun musiqi bəstələmiş Sərdar Fərəcovla, maraqlı səhnə tərtibatı vermiş rəssam Osman Salmanovla uğurlu yaradıcılıq işi də əsərin ideyasının açılmasında mühüm rol oynamış, tamaşanın palitrasını gücləndirərək, onun təsir effektini daha da artırmışdır. Dekorasiyalardan bacarıqla istifadə, başı macəralı ailənin yaşadığı mənzilin “divarlarının” tez-tez “çat” verməsi, bütünlükdə evin tamaşa boyu dəfələrlə daxildən “dağılıb- parçalanması”,  qadının ərinə xəyanəti, başqa birisilə yataq macəraları fonunda ər və arvadın divardan asılmış şəkillərinin də bölünərək, bir-birindən aralanması tamaşanın ideya xəttinin açılmasına yönəldilmişdir.Tamaşada respublikanın Əməkdar artisti İzaməddin Bağırovla yanaşı istedadlı gənc aktyorlar Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Vəfa Qurbanova, Füzuli Qərənizadə  və İlahə Səfərova öz “qəhrəmanlarının” maraqlı obrazlarını yarada bilmişlər. Onların temperamentli, həm də təbiilyi, peşəkarlığı ilə diqqət çəkən oyunları premyeranın uğurlu alınmasına, tamaşaçı alqışlarına səbəb olmuşdur.

Onu da qeyd etmək lazımdır ki, Rövşən Almuradlının bu yeni tamaşasında rejissor işini fərqləndirən mühüm cəhətlərdən biri də onun teatrlarda adətən əsərin əhatə etdiyi dövrə və ölkəyə uyğun olaraq təqdim edilmə “ənənə”sindən imtina edərək, personajları səhnəyə “yad” fransız milli geimlərində yox, Azərbaycan tamaşaçısının bu gün gördüyü, vərdiş etdiyi, diqqətini yayındırmadığı adi geyimlərdə çıxarmasıdır. Bu, əlbəttə, teatr aləmi və düşüncəsi üçün “sadə” bir yenilik olsa da, çox yaxşı təəssürat doğurur. Personajların birbaşa tamaşa zalına – tamaşaçılara üz tutaraq, insanlıq, mərdlik, düzlük, saf sevgi və sədaqətlə bağlı fikirlər səsləndirmələri də rejissorun tamaşaya şəxsi əlavəsi kimi xüsusilə diqqətəlayiqdir.

Sumqayıt tamaşaçıları ilə yanaşı paytaxtımızdan gəlmiş qonaqların – tanınmış aktyor və rejissorların, yazıçı və dramaturqların, mətbuat nümayəndələrinin də iştirak etdiyi və yüksək dəyərləndirdikləri tamaşanın uğurlu alınması, əlbəttə ki, təsadüfi deyil. Belə ki, Rövşən Almuradlı Azərbaycanın teatr “korpusunun” sıravi “əsgər”liyindən başlayaraq, “general rejissor”luğunadək böyük sənət yolu keçmişdir. O, özünün həm istedadlı aktyor oyunu, həm də müxtəlif əsərlərə verdiyi orijinal səhnə quruluşları, yaratdığı onlarla tarixi, bədii və sənədli filmlərlə artıq çoxdan tamaşaçıların böyük rəğbətini qazanmış teatr-kino sənətkarlarındandır.

Vaxtilə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “dram və kino aktyorluğu” fakültəsini, sonralar isə Moskvada SSRİ Mədəniyyət Nazirliyinin Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirmiş Rövşən Almuradlı bir müddət Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçmiş, daha sonralar Şəkinin, Mingəçevirin və Sumqayıtın Dövlət Dram Teatrlarında çaılışmış, bir-birindən maraqlı obrazlar qalereyası yaratmışdır. Cəfər Cabbarlının “Aydın”ında Dövlət bəy, Anarın “Adamın adamı”nda İbiş İbşli, Şekspirin “Kral Lir”ində Kral Lir  və digər tamaşalarda oynadığlı xarakterik rollarlla yüksək aktyor məharəti, əsl peşəkarlkıq nümayiş etdirmiş, yaratdığı obrazların psixologiyasını və mənəviyyatını tamaşaçılara dolğunluğu ilə çatdıra bilmişdir. Lakin hansısa bir tamaşada ancaq müəyyən bir rolla tamaşaçıya demək istədiklərini tam çatdırmağın mümkünsüz olduğunu görən Rövşən Almuradlı çox keçmədən teatr və kino rejissorluğuna üz tutur.26 yaşında – 1980-ci ildən rejissorluq fəaliyyətinə başlayaraq, qısa bir müddətdə N.Hikmətin “Bayramın birinci günü”, M.Salimoviçin “Dərviş və ölüm”, M.Süleymanlının “Dəyirman” əsərlərinə və digər pyeslərə səhnə quruluşu verir.

1988-1992-ci illərdə o, Y.Səmədoğlunun “Qətl günü”, V.Sergeyevin “Bağlı qapı arxasında iki nəfər”, M.Suleymanlının “Zirzəmi”, M.Dostoyevskinin “Şıltaq qız”, M.Qoqolun “Dəlinin qeydləri”, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərlərini səhnələşdirir.

1989-cu ildə “Azərbaycanfilm” kinostudiyasının “Debüt” studiyasında qısametrajlı “Hücum” bədii filmi ilə “hücuma keçməklə” öz rejissorluq debütünü başlayan Rövşən Almuradlı bir il sonra Azərbaycanın inqilabi-azadlıq hərəkatının təsiri ilə “Azadlığa gedən yollar” filminin rejissor işində də fəal iştirak edir. Və artıq 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan müstəqil “İstiqlal” Teatrının bədii rəhbərliyi ona etibar edilir.

1993-1995-illərdə onun rejissorluğu ilə çəkilən “Yük” və “Ümud” bədii filmləri onu bir rejissor kimi tamaşaçılara daha yaxından tanıdır. Azərbaycan Dövlət Televiziyasının “Sabah” Yaradıcılıq Birliyində dahi yazıçı Cəlil Məmmədquluzadənin “Anamın kitabı”,  Nahid Hacızadənin “Qayalarda qalan səs”, Orxan Fikrətoğlunun “Şəkilçi”, Vilyam Şekspirin “Kleopatra” film-tamaşalarına quruluş verən Rövşən Almuradlı sonralar “Telefilm” Yaradıcılıq Birliyində çalışarkən “Yaz yuxusunun işığı”, “Bəsdir, aglama” bədii televiziya filmlərinin quruluşçu rejissoru olur. Daha sonra o, tamaşaçıların böyük maraq və diqqətini özünə çəkmiş 7 seriyalı “Abbas və Gülgəz” filmini yaradır.Rövşən Almuradlının çəkdiyi 10-a qədər sənədli film – “Etnoqrafik etüdlər”, “Qobustan”, “Qax abidələri”, “Padarçöl”, “Qudyalçay”, “Şıx ocağının işığı”, “Molla Cümə”, “Göyçə gözəlləməsi”, “Yurd” və s. filmlər ölkəmizin tarixi keçmişinin, xalqımızın milli adət və ənənələrinin, görkəmli adamlarının hər bir tamaşaçı tərəfindən daha yaxşı tanınması və təbliği işində mühüm vasitə kimi hər zaman böyük əhəmiyyətə və dəyərə malikdir.

Rövşən Almuradlıya bir rejissor kimi daha çox şöhrət qazandıran isə onun 2003-cü ildə çəkdiyi monumental “Koroğlu” filmi və 2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə üzərində çox gərgin çalışaraq, yüksək istedadı sayəsində və böyük, gərgin zəhməti bahasına çəkib, başa çatdırdığı “Cavad xan” filmi olmuşdur. Bir müddət Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışmış rerjissorun “Ölüləri qəbiristanlıqda basdırın” (İsmayıl Şıxlı) əsəri əsasında hazırladığı tamaşa, Bakı Bələdiyyə Teatrında səhnələşdirdiyi “Bəylik dərsi” (Mövlud Süleymanlı), “Qaravəlli” (Anar), “Müraviyyə vəkilləri əhvalatı” (Mirzə Fətəli Axundzadə) əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Özünə və sənətinə daim yüksək tələbkarlıq və məsuliyyətlə, yaradıcılıqla, həm də pərəstişkarlarına hörmətlə yanaşmağa üstünlük verən, 30-a qədər sənədli, tarixi və bədii filmin quruluşçu rejissoru olan  görkəmli sənətkar Rövşən Almuradlının 2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirdiyi “Yaşlı xanımın gəlişi” tamaşası bu gün də ölkəmizin baş teatrının repertuarındadır və hər zaman maraqla baxılır.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir