Ana səhifə » Persona » Müsahibə » Qoça Kviçia: “Ömrümdə teatrda bu qədər çiçək görməmişdim…”

Son yazılar

Afişa
Avqust 23, 2019

3-cü M.A.P Beynəlxalq Teatr Festivalı başlayır

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Qoça Kviçia: “Ömrümdə teatrda bu qədər çiçək görməmişdim…”

Saytımızın növbəti qonağı bu yaxınlarda Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını Qazaxıstan səhnəsində tamaşaya qoyan və “İlin ən yaxşı tamaşası” mükafatına layiq görülən, Bakını ikinci vətəni hesab edən gürcü rejissoru Qoça Kviçiadır.

-Özünüzü oxucularımıza təqdim edin.      

-Mən – Qoça Kviçia, Gürcüstanlı rejissor. Batumidə anadan olmuşam. Bakalavr təhsilimi aktyorluq üzrə almışam. Magistraturanı rejissura üzrə bitirmişəm. O vaxtdan rejissor kimi fəaliyyət göstərirəm. Hazırda Marneuli Teatrında çalışıram. Bilirəm ki, bura qədim Azərbaycan torpağıdır. Özüm haqqında elə də çox danışa bilmirəm (gülür). Gəlin növbəti suala keçək,.

-Bu gün Gürcüstan Teatrı hansı vəziyyətdədir?

– Gürcüstan teatral ölkədir və burada çoxlu teatrlar var. Bizim teatrlarla Avropa teatrları arasında gözəl əməkdaşlıq əlaqələri qurulub, bu, özünü repertuarda da göstərir, bu mənada festivallar da köməyimiz olur. Hesab edirəm ki, Avropada ən yaxşılar sırasındayıq. Ümumiyyətlə, bizim teatrda senzura yoxdur, sovet dönəmi çoxdan bitib, hər şey təzələnib. Yeni nəsil istedadlı aktyorlar, rejissorlar yetişir və onlar da daim yenilik axtarışındadır.

-Mart ayında “Arşın mal alan” komediyasını Qazaxıstanda tamaşaya qoydunuz. Belə bir ideya haradan yarandı?

– İş belə gətirdi ki, biz təxminən bir il öncə Öskemen gənclər teatrı ilə razılaşmaya gəldik və onlar məni tamaşa qurmaq üçün Qazaxıstana dəvət etdilər. Əslində, planda başqa tamaşa hazırlamaq idi. Lakin sonda razılaşma əsasında fikrimizi dəyişdik və qərara gəldik ki, “Arşın mal alan” olsun. Bir tərəfdə Qazaxıstan, bir tərəfdə gürcü rejissoru və dedik ki, niyə əsər azəri əsəri olmasın. Həm də bu, dünyaca məşhur əsərdir. Yüz ildən artıqdır ki, səhnədən düşmür. Tamaşanı bir ay ərzində hazırladım. Azərbaycan müəllifinin əsərini tamaşaya qoymaq mənim üçün çox xoş oldu. Çünki həmişə deyirəm ki, “Bakı mənim ikinci vətənimdir” (bu cümləni məhz Azərbaycanca deyir).

-Deyilənə görə, bu tamaşada əsəri ixtisar edərək onu daha yığcam şəklə salmısız, əsas diqqəti mətnə deyil, mahnı və rəqslərə, hərəkət və plastikaya vermisiniz?

-Elədir, mən mətni qısaltmışam, ancaq ona görə yox ki, burada mətn lazımsız idi. Məsələ burasındadır ki, bu gün teatra elə də çox insan getmir və teatra gələnlərə nəsə göstərmək, yenilik lazımdır, onlar dincəlməlidir. Amma musiqini tam şəkildə verdim, çünki, musiqidə heç bir yerdə ixtisardan söhbət gedə bilməzdi. Mətndə hardasa bunu etmək olardı, lakin musiqi elədir ki, bütün tamaşa onun üzərində qurulub. Tamaşa iki hissəlidir, bizim hamımızın tanıdığı klassik “Arşın mal alan”ın əsas hadisələr xətti saxlanılıb. Bu komediyanın müxtəlif tamaşalarını, filmlərini görmüşük, hətta, amerikan verisyasında da film çəkilib. Lakin bu, tamam başqa bir tamaşa oldu. Həm də Qazaxıstanda bu gün də teatr sovet dönəmində olduğu kimi saxlanıldığından mənim istəyim o çərçivədən çıxıb yenilik etmək idi, etdim də. Tamaşada əsas yeri kütləvi səhnələrə vermişdim. Onlar hər səhnədə çıxış edirdilər. Yeri gələndə vəziyyəti oynayırdılar. Tanıdığınız Süleyman, Əsgər obrazlarıını tamam dəyişmişdim. “Pulun var? Var, var” mahnısını bir neçə dəfə vermişdim. Və bunu verməkdə məqsədim, bu gün təəssüflər olsun bəzən pulun sevgidən də, dostluqdan da üstün tutulduğunu göstərmək idi.

-Qazaxıstan teatrında, yaxud da bu tamaşnın hazırlığı prosesində hansı çətinliklərlə üzləşdiniz?

-Hər teatrın, hər tamaşanı öz çətinliyi olur. Adi bir misal deyim, onlarda iş saat 10-dan 6-a qədərdir, bizdə isə elə deyil. Lakin bu tamaşada mənim qrafikimə uyğun işləyirdik, gündə iki dəfə – dörd saat. Aktyorlar möhtəşəm oynayırdılar. Əslində, mən mətn üzərində çox işləməyi sevmirəm, tez zamanda səhnədə məşqlərə başlayıram. Düzdür, aktyorlara bir az zaman lazım oldu ki, məşq etsinlər, sonradan hər şey öz qaydasına düşdü. Elə bir çətinlik olmadı ki, onun öhdəsindən gələ bilməyək. Bircə çətinliyimiz o oldu ki, mətn qazax dilinə tərcümə edildi, sonra məşqlər başlandı.

-Qazaxıstan teatrı haqqında nə düşünürsünüz?

-Bu barədə çox danışmayacam, ən əsası, qazax teatrı haqqında onu deyə bilərəm ki, burada istedadlı gənclər çoxdur və onların gözəl gələcəyi var. O xüsusən  sevindiricidir ki, onlar təkcə paytaxtda deyil, həm də əyalətdədir. Əyalət olmasına baxmayaraq, burada necə çalışqan, istedadlı gənclər var. Mən işlədiyim teatrda üç truppa vardı – rus, qazax və gənclər truppası. Üç truppa bir binada və direktor da onlarla bərabər, çox çalışırlar teatrın gələcəyi üçün. Mənə xoş təsir bağışlayan o idi ki, aktyorlar sanki uçurdular, mənim dediyim hər şeyi eynilə yerinə yetirirdilər. Zənnimcə, aktyor məhz belə olmalıdır.

-Siz özünüz də sanki artıq populyar personajların şöhrətindən istifadə edirsiz. Yeni personajlar yaratmaq, peşəkar şəkildə işləyib onları populyarlaşdırmaq sizin üçün nə qədər çətin və vacibdir?

-Yeni personaj deyəndə, onları dramaturq yaradır. Misal üçün “Arşın mal alan”ı götürək. Tamaşada elə obrazlar vardı ki, əslində, onlar komediyada yoxdur. Məsələ burasındadır ki, aktyorla işləyərkən o özü həmişə sənə yeni ideyalar verir. Və material üzərində işləyəndə hansısa obrazı yaratmaq barədə düşünürsən. Amma ən əsası, aktyor öz oyununu ilə bu ideyanı sənə verir. Bax, elə “Arşın mal alan”da kütləvi səhnələrdə iştirak edən aktyorlar elə oynayırdılar ki, məndə yeni ideyalar yaranırdı.

-İşiniz mükafatlandırıldı, “Arşın mal alan” muzikli “ilin ən yaxşı tamaşası”, Əsgər və Cahan rollarının ifaçıları isə “Ən yaxşı aktyor” və “Ən yaxşı aktrisa” nominasiyası üzrə mükafatına layiq görüldülər.

-Bu, 27 mart Teatr günü münasibətilə hər il keçirilən mükafatlandırma mərasimində elan edildi. Tamaşa beş nominasiya üzrə qalib gəldi, Əsgər və Cahan obrazlarından başqa Soltan bəy rolunun ifaçısı da mükafat qazandı. Mənim mükafatlandırmadan heç xəbərim yox idi. Səhəri gün mənə zəng edib xəbər veriləndə, bu mənim üçün əsl sürpriz oldu. Elə o andaca gürcü və azəri dostlarıma yazıb paylaşdım ki, baxın, məhz bu əsərlə  “İlin ən yaxşı tamaşası” seçilmişik.

-“Arşın mal alan”ı Azərbaycan səhnəsində tamaşaya qoymaq istərdinizmi?

-Çox. Bu mənim arzularımdan biridir. Düzdür, hələ ki, Azərbaycan teatrı məni dəvət etməyib, ancaq böyük məmnuniyyətlə gələrəm. Bura mənimçün çox doğmadır. Təkcə Azərbaycanda deyil, həmçinin Gürcüstanda da “Arşın mal alan”ı tamaşaya qoymaq istəyərəm. Amma hazırda qazax teatrının Azərbaycana qastrola gəlməsini arzulayıram. İstərdim ki, siz də mənim qurduğum “Arşın mal alan”ı görəsiniz.

-Teatrı gəlirsiz sahə hesab edirlər. Gürcüstanda da belədirmi? Bu fikri dəyişmək üçün nə dəyişməlidir?

-Bu gün Azərbaycan teatrı da, Rusiya, Gürcüstan, Qazaxıstan teatrları da sovet dövründən gələn teatrlardır. O vaxt bütün teatrları dövlət maliyyələşdirirdi. Buna alışmışıq. İndi isə reallıq dəyişib. Ona görə də bu gün bazarı, marketinqi bilmək vacibdir. Seyrçiyə elə bir tamaşa göstərmək lazımdır ki, onun üçün maraqlı olsun, dövrlə səsləşsin, diqqəti cəlb etsin. Əslində, elə tamaşalar olur ki, bilet tapılmır, anşlaqla keçir. Bu nədir, demək ki, tamaşaçını maraqlandıra bilmisən. Dövlətin köməyi olmadan çox çətindir, lakin mümkünsüz də deyil.

– Azərbaycan teatrı haqqında nə bilirsiniz və onu necə qiymətləndirirsiniz?

– Azərbaycan teatrı ilə tanışam, burada mənim çoxlu aktyor, rejissor, teatrşünas dostlarım var, teatr konfranslarına gəlirəm. Maraqlı teatrınız var. Sizdə də istedadlı gənclər çoxdur. Sizdə YUĞ Teatrını xüsusilə vurğulamaq istəyirəm. Onların ifasında “Medeya”ya baxdım, bu tamam fərqli bir işdir. İstiqamətiniz çox düzgündür.

– “Arşın mal alan”dan başqa hansısa əsəri Azərbaycanda tamaşaya qoymaq istərdiniz?

– “Arşın mal alan”dan başqa, əlbəttə, istərəm. Elə ölkələr var ki, orada heç bir tamaşa hazırlamağa razılıq vermərəm, amma Azərbaycanda böyük məmnuniyyətlə. Məsələn, Bakıda hansısa müasir gürcü əsərini tamaşaya qoymaq istərəm.

-Multi-Pulti teatrında baş rejissor işlədiyiniz vaxtlarda səhnələşdirdiyiniz “Maşa və ayı” tamaşası çox məşhurlaşmışdı.

– Əslində, bu barədə çox danışmaq istərdim. Çünki məhz bu tamaşa ilə yeni dostlar qazandım. Yeni aktyorlarla, rejissorlarla tanış oldum. Düzdür, deməzdim böyük teatr idi, sadəcə, bir kommersiya layihəsi olsa da, çox gözəl idi. Bu proyekt vasitəsilə azəri seyrçiləri tanıdım və onlara valeh oldum. Hətta, kiçik bir hadisəni danışım. Televiziyalardan birinin Səhər proqramının qonağı idik, birdən aparıcı dedi ki, “məlum məsələdir, ayı bal sevir, bəs, Maşa nəyi sevir?”, mən isə heç nə düşünmədən ani cavab verdim ki, mürəbbəni… Və tamaşa göstəriləndən sonra səhnədə o qədər çiçək var idi ki, mən deyərdim ömrümdə teatrda bu qədər çiçək görməmişdim. Amma ən gülməli məqam o idi ki, balacalar səhnəyə əllərində gah bal, gah da mürəbbə gətirirdilər.

-Azərbaycanlı müəllif İsmayıl İmanovun “Lift” əsərinə də quruluş vermisiniz. Bu əsərdə sizi cəlb edən nə idi?

-“Lift” sanki teatr üçün pyes deyil, kino ssenarisidir. Bu mənim müasir Azərbaycan dramaturgiyası ilə ilk tanışılığım idi. “Lift” çox maraqlı pyesdir. Standartlardan uzaq, yeni bir əsərdir. İsmayıl İmanov öz üslubu, fərqli dramaturji metodu olan çox istedadlı bir müəllifdir, Bu əsər müasir Azərbaycan müəlliflərindən gürcü dilinə tərcümə olunan yeganə əsər idi, oxudum və qərara aldım ki, tamaşaya qoymaq lazımdır. Etiraf edirəm ki, müasir dramaturgiyanızı o qədər də yaxşı tanımıram və belə yazarların olduğundan da xəbərsiz idim.

-“Medeya” və “Romeo və Cülyetta” kimi çoxqatlı klassik əsərlərə müraciət etmisiniz. Klassik əsərlərə münasibətdə öz marağınız tamaşaçı marağı ilə üst-üstə düşürmü? Sizcə, klassik mövzu tamaşaçıya da maraqlıdırmı?

-Mən hazırda “Medeya”nı hazırlayıram. Burada Medeya Evripidə qarşıdır. Bilirsiz ki, Medeya gürcüdü. Lap qədim əfsanədə Medeya əslən gürcü olub və o, öz uşaqlarını öldürməyib. Yalnız Evripidin əsərində bu belə göstərilir ki, o, uşaqlarını öldürür. Və biz sübut edirik ki, Medeya bunu etməyib. O, əcnəbidir və məsələ də budur ki, həmişə əcnəbinin özünü xarici ölkədə təmizə çıxarması çətin olur. Bəli, mən klassikanı çox sevirəm. Çünki orada həmişə əbədi problemlər qoyulur. Bu əsərlərin qaldırdığı problemlər həmişə olub və olacaq. Seyrçilərin də klassikanı sevdiklərini bilirəm.

– Gürcüstan və Azərbaycan teatrları arasındakı əlaqələr necədir? Nələr var və sizcə nələr etmək olar?

– Əvvəla, onu deyim ki, əlaqələrimiz təkcə teatr əməkdaşlığından ibarət deyil. Azərbaycanlı teatr xadimləri ilə dostluq münasibətlərimiz var. Və mən belə hesab edirəm ki, Azərbaycan bizim yeganə yaxşı, həqiqi, xeyirxah qonşumuz, dostumuzdur. Teatrlarımız arasında möhkəm dostluq əlaqələri var. Bizim rejissorlar sizdə, azərbaycanlı rejissorlar isə bizdə tamaşalar hazırlayırlar, qastrollarda olurlar. Tiflisdə Azərbaycan teatrı, eyni zamanda sizin Qaxda gürcü teatrı var. Hətta, fikrimiz var ki, Marnueli teatrında Azərbaycan truppası da yaradaq və azəri dilində tamaşalar hazırlayaq.

-Bu sizin Azərbaycana ilk səfəriniz deyil və dediniz ki, şəhərimizi sevirsiniz. Bakıda sizi cəlb edən nədir? Paytaxtımızdan başqa hansı şəhərlərimizdə olmusunuz?

-Bakıdan əlavə Nabranda və Gəncədə olmuşam. Məni nəyin cəlb etdiyini deyə bilmərəm. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Onu deyim ki, tək mən deyiləm, bura gələn dostlarım da Gürcüstana qayıtdıqdan sonra məhz həmin hissləri keçirdiklərini deyirlər. Bilirsiniz, mən burada pis heç nə haqqında düşünə bilmirəm, elə bilirəm, hər şey əladır, insanlar gözəldir. Bura yeganə məkandır ki, özümü evimdəki kimi hiss edirəm. Sizə deyim, hansısa konfrans, tamaşa, festival olmadan da tez-tez Bakıya gəlirəm ki, sadəcə məkanlarında oturum, yeməklərini dadım, küçələrində gəzim, bütün bunlar mənimçün əvəzolunmazdır. İlk dəfə Bakıya gələndə məni o qədər isti qarşlayıb, xoş münasibət göstəriblər ki, Gürcüstandan başqa özümü ancaq burda doğma kimi hiss edirəm.

-Eşitdiyimə görə, milli himnimizi Azərbaycan dilində əzbər bilirsiniz. Bizim üçün oxuyarsınız?

-Əslində, əzbərdən tam bilmirəm. Təxmini bilirəm. Ancaq söz verirəm ki, Bakıya növbəti gəlişimdə əzbərdən oxuyaram və siz də canlı çəkərsiniz.

-Maraqlı və xoş söhbət üçün təşəkkür edirik.

-Mən təşəkkür edirəm

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir