Qax Dövlət Kukla Teatrı Balakən rayonunda qastrol səfərindədir

Aprelin 23-də Qax Dövlət Kukla Teatrının Balakən rayonuna qastrol səfəri başlayıb. Üç gün davam edəcək qastrol müddətində yaradıcı kollektiv balakənli uşaqlara Kəmalə Ağazadənin “Göyçək Fatma” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanı təqdim edəcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın direktoru Nazim Mahmudov məlumat verib.

Rayon Mədəniyyət Mərkəzində təqdim olunan ilk tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Əməkdar artist Yusif Abdurahmanov, rəssamı Mayis Abdullayevdir. Tamaşada rolları Afət Yaqubova, Araz Mehrablı, Nuru Mustafayev, Azər Kərimov, Aynurə Abbasova və başqaları ifa ediblər.

Qax teatrının gələn həftə bu tamaşa ilə Oğuz rayonuna da qastrol səfəri planlaşdırılır.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Teatr sənəti fakültəsində imtahan tamaşaları hazırlanıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində payız imtahan sessiyası davam edir. İmtahan sessiyası çərçivəsində Teatr sənəti fakültəsində imtahan tamaşaları və tamaşalardan parçalar nümayiş olunub....

Azərbaycan nümayəndə heyəti Ülyahəzrətlə görüşüb

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə xalqımızın dünya atçılığına bəxş etdiyi xüsusi at...

“İuda” beynəlxalq festivalda

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Akademik Milli Dram Teatrı ölkəmizi Qazaxıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edəcək. 12-16 sentyabr tarixlərində Aktau...

Recent

Azərbaycan Dövlət Kukla Teatrı 86-cı mövsümünü başa vurdu

86-cı teatr mövsümünü başa vuran Dövlət Kukla Teatrında mövsümün bağlanışından öncə teatrın rejissoru Qurban Məsimovun quruluş verdiyi “Cırtdan” və “Üç cəsur” tamaşası oynanılıb. Balacalar əvvəlcə...

“Aləmin Nəfəsi: Nəsimi” tamaşası 3 böyük müfakata layiq görüldü

Şagirdlərimiz Kayseri 14-cü Beynəlxalq Məktəblərarası Teatr Festivalından 3 mükafata layiq görülüblər 15 aprel-4 may tarixlərində Türkiyədə böyük nüfuza sahib olan Kayseri 14-cü Beynəlxalq Məktəblərarası Teatr...

“Danabaşlar” tamaşası nümayiş olunub

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə Cəlil Məmmədquluzadənin  əsəri əsasında "Danabaşlar" tamaşası nümayiş olunub. Cəlil Məmmədquluzadənin 150 illiyinə...