Ana səhifə » Xəbər » Qabil Quliyev: “Özümü həmişə olduğu kimi hiss edirəm”

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Xəbər
May 25, 2019

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Afişa
May 23, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (23 may – 29 may)

Xəbər
May 23, 2019

Ən məhsuldar teatrşünas

Persona
May 23, 2019

İsrafil İsrafilov – Məmməd Cəfərin teatr düşüncələri

Xəbər
May 23, 2019

YUĞ Teatrında Orxan Pamukun romanı səhnələşdirilib

Xəbər
May 23, 2019

ADMİU-da Nazim Hikmətin əsəri tamaşaya qoyulub

Xəbər
May 23, 2019

“dOM” Teatrı Beynəlxalq Festivalda iştirak edəcək

Mozaika
May 23, 2019

Fuad Poladovun 14 il əvvəl çəkildiyi filmindən nadir fotolar…

Xəbər
May 22, 2019

Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir

Xəbər
May 20, 2019

Akademik Milli Dram Teatrında Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək

Mövqe
May 20, 2019

Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə açıq məktub!

Xəbər
May 20, 2019

“Aləmin Nəfəsi: Nəsimi” tamaşası 3 böyük müfakata layiq görüldü

Mövqe
May 20, 2019

Xəyalə Rəis – 25 il gözləməyə dəyərdi…

Xəbər
May 18, 2019

Afaq Bəşirqızıdan məmurlara sərt çağırış – “Cənab məmurlar, siz də ayılın”

Afişa
May 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (16 may – 22 may)

Persona
May 18, 2019

Teatr direktorları “Kaspi” qəzetinin “Teatr” əlavəsini təbrik etdi

Müsahibə
May 17, 2019

Nigar Pirimova – Teatrlarımızın son beş ili

Müsahibə
May 17, 2019

ADMİU-dan reportaj: “Biz “Stanislavski sistemi”ni bilmirik!”

Xəbər
May 16, 2019

“Yarımçıq qalmış” Caspian Awards mükafatına layiq görüldü

Xəbər
May 15, 2019

ADMİU-da Əlisəfdər Hüseynovun “Kinonun fəlsəfəsi” kitabının təqdimatı keçiriləcək

Xəbər
May 15, 2019

Lənkəran Teatrında “Senemar” faciəsinin premyerası olub

Xəbər
May 15, 2019

Teatr Xadimləri İttifaqında “Ezop-Əzab”

Xəbər
May 14, 2019

ADMİU Beynəlxalq Elmi Konfransa dəvət edir

Xəbər
May 10, 2019

Prezident mükafatçıları məlum oldu

Xəbər
May 10, 2019

Prezident fərdi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb

Xəbər
May 10, 2019

“Ey Azərbaycanım”

Xəbər
May 10, 2019

“Danabaşlar” tamaşası nümayiş olunub

Afişa
May 10, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (9 may – 15 may)

Xəbər
May 10, 2019

Rəhman Rəhmanovun səhhəti pisləşib

Qabil Quliyev: “Özümü həmişə olduğu kimi hiss edirəm”

Aprelin 19-u Azərbaycanın xalq artisti, N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aparıcı aktyoru Qabil Quliyevin 70 yaşı tamam olur.

Open.az xəbər verir ki, 70 yaşlı görkəmli sənətkar yubileyini səhnədə qeyd edəcək.

“Bu dəqiqələrdə Lerikə gedirik. Bu gün Lerikdə Üzeyir bəy Hacıbəylinin “Olanlardan, keçənlərdən” əsərini oynayacayıq. Uzun illərdir teatrımızın repertuarında olan tamaşanı bu dəfə mənim yubileyimin şərəfinə nümayiş etdirİrik. Qeyd edim ki, bu yaxınlarda“Olanlardan, keçənlərdən” tamaşasının 3000-ci dəfə nümayişi olacaq. Lənkəran Teatrının tarixində ən uzun ömürlü əsərdir. Teatrımızın kollektivi mənim yubileyimi səhnədə qeyd edəcək. 70 yaşım tamam olur. Özümü hər zaman olduğu kimi hiss edirəm. Yeni tamaşalar, maraqlı obrazlar yaratmaq eşqi ilə…” deyən xalq artisti Qabil Quliyev yubileyi münasibətilə yeni əsərin premyerasına hazırlaşdıqlarını da bildirib: “Mar Bayciyevin “Toy şənbə axşamı” əsərini təhvil vermişik. Aprelin 24-də tamaşanın premyerası olacaq. Tamaşa, mənim 70 illik yubileyim münasibətilə hazırlanıb. Həmçinin teatrda bir neçə yeni əsər üzərində yaradıcılıq işi aparırıq. Serb yazıçısı Miodraq Bulatoviçin “Qodo gəldi” əsərinin məşqləri gedir. Tamaşa bu yaxınlarda təhvil veriləcək. Bundan əlavə planda bir neçə əsərlər var. Qismət olsa, ilin sonunadək yeni tamaşalarımızın premyerasını təqdim edəcəyik.”

Qeyd edək ki, Qabil Quliyev 1949-cu il aprelin 19-da Cəlilabad rayonunun Tahirli kəndində anadan olub.

1968–ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsində xalq artistləri Əliheydər Ələkbərov və professor Rza Təhmasibin sinfində təhsil alıb.

Tələbəlik illərində Akademik Dövlət Dram Teatrında əvvəlcə səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyətində aktyor kimi çalışıb. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla onu Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərsələr də, bu təyinatla razılaşmayıb hərbi xidmətə yollanıb və Moskvada “Mosfilm” kinostudiyasının hərbiləşdirilmiş kino-bazasında xidmət edib. Qabil Quliyev kütləvi səhnələrin çəkilişlərində iştirak edib, kaskadyorluq sənətinin sirlərinə yiyələnib.

Bu yaxınlarda “Sənətkar” medalına layiq görülən xalq artisti Qabil Quliyev 1973 -cü ildən taleyini Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına bağlayıb.

Xatırladaq ki, Qabil Quliyev xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlının böyük qardaşıdır.

Ülviyyə Həsənqızı

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir