Prezidentin ev bağışladığı xalq artisti: “Bu xəbəri eşidəndə…”

Prezident İlham Əliyevin göstərişi ilə xalq artisti, tanınmış aktyor Qurban İsmayılova mənzil hədiyyə edilib. Aktyor sevincini Yenicag.az-la bölüşüb: “Ailəlikcə 21 kvadratmetrlik mənzildə yaşayırdıq. O da kreditdə idi. Cənab prezident mənim mənzillə təmin olunmağım barədə göstəriş verdi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. 14-cü binada, 14-cü mərtəbədə evimiz oldu. Buna görə mən cənab prezidentə minnətdarlığımı bildirirəm. Bu xəbəri eşidəndə övladlarım, həyat yoldaşım çox sevindi. Böyük övladlarımın evi vardı. Amma hələ beş yaşı tamam olmayan övladımın qarşısında məsuliyyətim vardı. Fikirləşirdim ki, Allahım, görəsən, onu yerbəyer edə biləcəm, ya yox? Həyatdır, adam bilmir sabah başına nə iş gələcək, o günü görəcəm, ya yox? Amma indi ürəyim tam rahatdır. Bu rahatlığı mənə prezidentim verdi. Minnətdarlıq hissim sonsuzdur”.

Cəvahir
www.yenicag.az

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Firudin Mehdiyevin xatirə gecəsi keçiriləcək

Mayın 7-də görkəmli opera ifaçısı, aktyor Firudin Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Akademik Opera və Balet Teatrının səhnəsində yaddaqalan partiyalar...

“Mən və O”

Teatro.az saytının “Mən və O” layihəsinin ilk qonağı Respublikanın Əməkdar artisti Şövqi Hüseynov və həyat yoldaşı Gənc Tamaşaçılar Teatrının aktrisası Şəbnəm Hüseynovadır. 1.  Sevdiyiniz teatr? Şövqi...

Akademik Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyası

Akademik Musiqili Teatrda “Beş manatlıq gəlin” Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti musiqisi böyük bəstəkar, Xalq artisti Səid Rüstəmova, librettosu görkəmli yazıçı Məmməd...

Recent

Aydın Talıbzadə – “Tanrının nuru, yoxsa iblisin alovu?

Düşüncə fraqmentləri Ştatlarda yaşayan emiqrant kinorejissor Miloş Formanın bir filmi var “Amadeus”; 1985-ci ildə 8 “Oskar” almışdı müxtəlif nominasiyalarda: sonra isə dünyanın “A” kateqoriyalı ən...

Paytaxt teatrlarının həftəlik repertuarı (9-16 noyabr)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 9 noyabr K.Abdulla “Bir, iki bizimki” saat 19:00 10 noyabr M.Qavran “Qəribə, çox qəribə əhvalat” saat 19:00 13 noyabr C.Məmmədquluzadə “Ölülər” saat 19:00 15 noyabr Həsənağa...

Serenay Sarıkaya: Önəmli qərarlar verərkən birinin sizə dəstək olduğunu görmək çox önəmlidir

Türkiyədə teatrda yaşanan proseslər haradasa bizim teatr sistemi ilə eynidir. Müasir texnologiyaların verdiyi imkanlar Türkiyədə də tamaşaçıları teatrdan uzaq salıb. Belə olan halda, teatr...