Ana səhifə » Xəbər » Dövlət teatra dəstək olacaq

Son yazılar

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Xəbər
Mart 20, 2019

Azərbaycanlı tələbə Ziya Ağa beynəlxalq festivalda qalib olub

Xəbər
Mart 19, 2019

“Sübh çağı”nın müəllifi sübh çağı vəfat etdi

Müsahibə
Mart 19, 2019

Xalq artisti: “O görüşdə olsaydım deyərdim ki…” – MÜSAHİBƏ

Persona
Mart 19, 2019

Rəcəb Məmmədov – MANSUR ŞİRVANİ – 100

Mövqe
Mart 19, 2019

Gülcahan Mirməmməd – Səhnədə dolğunluq olarsa…

Xəbər
Mart 19, 2019

Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub

Resenziya
Mart 19, 2019

Cövhər Xeyrullayeva – … Və “Kəloğlan”

Xəbər
Mart 19, 2019

Akademik Musiqili Teatrda “Paris Notr-Dam kilsəsi”

Xəbər
Mart 19, 2019

İlham Əliyev daha bir aktyora mənzil bağışladı

Xəbər
Mart 19, 2019

ƏSA Teatrı fəaliyyətini dayandıra bilər

Xəbər
Mart 19, 2019

“Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda konfrans keçiriləcək

Persona
Mart 16, 2019

Fəridə RƏHİMLİ – Öz dəsti-xətti olan sənətkar

Xəbər
Mart 16, 2019

Mədəniyyət Nazirliyi bədii film ssenariləri müsabiqəsi elan edib

Xəbər
Mart 15, 2019

“Laçında xalq oyunları və meydan tamaşaları” kitabının təqdimat mərasimi keçirilib

Xəbər
Mart 15, 2019

ADMİU SABAH qrupları QİTİS-in qonağı olacaq

Xəbər
Mart 15, 2019

ADMİU-da Cəfər Cəfərova həsr edilmiş tələbə konfransı keçirilib

Xəbər
Mart 14, 2019

Akademik Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyası

Afişa
Mart 14, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (14 mart – 20 mart)

Xəbər
Mart 14, 2019

“Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalı başa çatıb

Mövqe
Mart 14, 2019

Teatrlarımızda eksperimental tamaşalar azdır

Xəbər
Mart 14, 2019

“İki amerikano və çizkeyk”

Mövqe
Mart 14, 2019

Festival bayramdır?! Bayramınız mübarək?!

Xəbər
Mart 13, 2019

Prezident Teatr Xadimləri İttifaqına 250000 manat ayırdı

Xəbər
Mart 13, 2019

Bakı Uşaq Teatrı “Həyatla oyun”

Xəbər
Mart 11, 2019

Teatr və konsert müəssisələri işçilərinin maaşı 50 faiz artırıldı

Persona
Mart 10, 2019

Məryəm Əlizadə – Fikir adamı…

Xəbər
Mart 9, 2019

“Kəloğlan masalları” Kukla Teatrının səhnəsində…

Xəbər
Mart 7, 2019

AMEA Memarlıq və İncəsənət İnstitutunda Hüseyn Ərəblinskinin anım tədbiri keçirilib

Xəbər
Mart 7, 2019

ADMİU-da Mehdi Məmmədovun 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Afişa
Mart 7, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (7 mart – 14 mart)

Dövlət teatra dəstək olacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. Görüşdə teatr sənəti ilə bağlı bir sıra təkliflər səsləndirilib.

Prezident İlham Əliyev Azərbaycan teatrının inkişaf etdirilməsi, teatr xadimlərinin madii rifah halının yaxşılaşdırılması üçün bəzi göstərişlər verib. Teatro.Az sənət portalı Prezidentin çıxışından teatrla bağlı hissələri diqqətinizə təqdim edir:

“Burada teatrlarla bağlı bir neçə təklif səsləndi. Aparıcı teatrların adlarını mən çəkdim və giriş sözümdə dedim ki, ilk növbədə, teatrların təmiri ilə biz məşğul olduq – Akademik Dövlət Dram Teatrının, Rus Dram Teatrının, Musiqili Teatrın, Gənc Tamaşaçılar Teatrının, Kukla Teatrının. Ona görə, əlbəttə, mən hesab edirəm ki, burada fərq qoymaq olmaz. Teatr işçilərinin əməkhaqları ilə bağlı təkliflər hazırlansın və əməkhaqları əhəmiyyətli dərəcədə artırılsın. Biz bunu mütləq etməliyik. Əlbəttə ki, dəvətə görə, Hacı müəllim, təşəkkür edirəm. Mən məmnuniyyətlə gələrəm və sizinlə birlikdə gözəl tamaşalara baxmağa məmnun olaram.

Vergilərlə bağlı burada bir fikir səsləndi. Bu, gərək araşdırılsın və baxılsın ki, nə etmək olar. Bununla paralel olaraq, hesab edirəm ki, bizim aparıcı teatrlarımıza dövlət tərəfindən maddi dəstək də göstərilməlidir. Göstəriş veriləcək. Düşünürəm ki, özəl sektor da teatrlara sponsorluq etməlidir. Mən bu gün özəl sektora da çağırış edirəm ki, bu məsələ ilə bağlı onlar da öz dəstəyini göstərsinlər. Amma ilk olaraq dövlət bu məsələni öz üzərinə götürəcək. Görüşümüzün yekunu olaraq qəbul ediləcək qərarlarda bu, öz əksini tapmalıdır.

Bununla bərabər, hesab edirəm ki, dövlət tərəfindən görkəmli mədəniyyət xadimləri, gənc istedadlar üçün yeni yaşayış binası tikilməlidir. Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Dövlət Əmlak Komitəsinə müvafiq göstərişlər veriləcək. Onlar indi mənim göstərişlərimi eşidirlər. Qısa müddət ərzində torpaq sahəsi ayrılsın və biz görkəmli xadimlərə gözəl ev tikək, onları mənzillərlə təmin edək.

Siz bilirsiniz ki, son illər ərzində yüzlərlə görkəmli mədəniyyət xadimi dövlət tərəfindən mənzillərlə təmin olunub. Deyə bilərəm ki, bu məsələ ilə bağlı mənə daxil olan müraciətlərin mütləq əksəriyyəti öz həllini tapıb və bundan sonra da biz bunu edəcəyik. Çünki mən hesab edirəm ki, dövlət bu məsuliyyəti öz üzərinə götürməlidir. Mən bilmirəm başqa ölkələrdə bu məsələ necə həll olunur. Amma bildiyimə görə, Azərbaycan bu sahədə də liderlik nümunəsi göstərir. Xalq qarşısında, dövlət qarşısında xidmətlər göstərmiş, xalqın sevgisini qazanmış mədəniyyət xadimləri dövlət tərəfindən mütləq dəstəklənməlidir. Bu görüşün məqsədlərindən biri də məhz ondan ibarətdir ki, mən sizdən təkliflər eşidim və bu təkliflər nəticəsində biz düzgün qərar qəbul edək.

Festivallara gəldikdə deməliyəm ki, Şəki festivalının dövlət tərəfindən dəstəklənməsi ilə bağlı hesab edirəm heç bir problem ola bilməz. Yenə də bu, elə məsələdir ki, çox asanlıqla öz həllini tapa bilər. İndi mədəniyyət naziri bunu qeyd edir və biz bunu da həll edə bilərik.

Rus Dram Teatrının akademik teatra çevrilməsi məsələsində mən heç bir problem görmürəm. Bu gün tapşırıq verirəm ki, bu məsələ həll olunsun və digər teatrların da səviyyəsini qaldırmaq üçün mütləq addımlar atılmalıdır. Prinsipcə, həm maaşlar, həm də status artacaq. Mən dedim ki, teatr işçilərinin maaşlarının qaldırılması məsələsi tezliklə öz həllini tapmalıdır. Siz qeyd etdiniz ki, 11 il keçməsinə baxmayaraq, sanki bu, lap yaxınlarda olub. Yəqin ki, təmirə ehtiyac var. Əgər zərurət yaranarsa, deyərsiniz. Prinsipcə, bizim teatrlarımızda təmir işləri artıq on il bundan əvvəl görülmüşdü. Əgər təmirə ehtiyac varsa, mənə məlumat verin, biz bu məsələni həll edə bilək.

Əziz dostlar, bir daha demək istəyirəm ki, belə səmimi və açıq söhbət bir çox məsələlərin həlli üçün gözəl imkanlar yaradır. Mən təklif edirəm, belə görüşlər bu və ya digər formatda müntəzəm olaraq keçirilsin ki, bizim bu sahədə görəcəyimiz işlər daha düzgün aparılsın, daha sistemli xarakter alsın, bu gün bizim yaradıcı ictimaiyyətimizi narahat edən problemlərin hamısı həll olunsun. Sizə təşəkkür edirəm, yeni uğurlar arzulayıram və Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Sağ olun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir