Ana səhifə » Persona » Müsahibə » Səidə Şərifəliyeva: “Özümü səhnənin ağası hiss edirəm”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Səidə Şərifəliyeva: “Özümü səhnənin ağası hiss edirəm”

Hansı sənətdə olursan ol, xalqına, vətəninə xidmət etmək əsas amalın olmadıqca sevilməyəcəksən. Bugünkü müsahibim gənc olmasına baxmayaraq, müsabiqələr laureatı, neçə-neçə tamaşalarda oynayıb, seyrçi sevgisini qazanan, Azərbaycanın hüdudlarından kənarda, bir sıra xarici ölkələrdə vətəni layiqincə təmsil edən, adını hər zaman uca tutan, işinə, peşəsinə ləyaqətlə, sevgiylə, vicdanla, qərəzsiz yanaşan, tələbələrinin sevimli müəlliməsi, ailəsinin gözəl xanımı, seyrçilərinin sevimli aktrisası olamağı bacaran Musiqili Teatrın aktrisası Səidə Şərifəliyevadır. Uşaqlıqdan meylini kitablara, musiqiyə salan Səidə xanımın bu sevgisi bu günə qədər nə azalıb, nə də dəyişib. Musiqisiz özünü bir an belə təsəvvür etməyən gözəl aktrisa öz sadəliyi, səmimiliyi, gözəl xarakteri, ilk görüşdən insana isti münasibəti ilə adamda elə təəssürat yaradır, sanki onu çoxdan tanıyırsan.

-Doğulub, boya-başa çatdığınız mühitdən danışın.
-Özüm Bakıda anadan olsam da, bütün uşaqlığımı Neftçalada keçirmişəm. Məktəbi qırmızı diplomla bitirmişəm. Uşaq vaxtı fikrim vardı həkim olam, sonradan fikrimi dəyişdim. Bilsəydim, müğənni olacağam, bu qədər əziyyət çəkməzdim (gülürük). Uşaq vaxtı evimizdə balaca bir televizorumuz vardı. Günlərin bir günü bu televizor xarab oldu. Atam bizim (üç bacının da) hamımızın ali məktəbə qəbul olunduğumuzu gördükdən sonra onu düzəldəcəyini söylədi. Üçüncü bacım da qəbul olduqdan sonra atam televizoru nəinki düzəltdi, hətta yenisi ilə əvəzlədi. Ancaq bu illər ərzində mən bütün vaxtımı kitabxanada keçirirdim. Neftçalada böyük kitabxana vardı. Çoxlu kitablar oxuyurdum və oxumağı hədsiz sevirdim. Bundan başqa, musiqi məktəbinə, fotepiano sinfinə gedirdim. Buranı bitirib, Bakı Musiqi Akademiyasında Xalq artisti, professor Fidan Qasımovanın vokal sinfinə qəbul oldum. Tam ali təhsilimi burada başa vurdum. Aspiranturanı bitirdikdən sonra Moskvaya getdim və Vişnevskaya adına Opera Teatrında assistent-stajor kimi fəaliyyətə başldım. Moskvada olduğum müddətdə bir sıra operalarda çıxış etmişəm. Bundan əlavə, iki beynəlxalq müsabiqənin laureatı adını qazanmışam. 2007-ci ildə Çexiyanın Karlovı Varı şəhərində A.Dvorjak adına 42-ci Beynəlxalq vokal müsabiqəsində 1-ci yerin, elə həmin il Bakıda keçirilən Bülbül adına 4-cü Beynəlxalq vokal müsabiqəsində 2-ci yerin sahibi olmuşam. YUNESKO-nun konsertlərində çıxışlarım olub, İtaliyada, Fransada, Almaniyada, Avstriyada, Çexiyada, Koreyada, Rusiyada və digər ölkələrdə Azərbaycanı təmsil etmişəm.

-Teatra gəlişinizi necə xatırlayırsınız?
-Moskvada ailə həyatı qurmuşam, ikinci övladım da olandan sonra orada qala bilmədim. Ya qalıb uşaqlara baxmalıydım, ya da sənətlə məşğul olmalıydım. Mən də ailəmlə bura köçdüm. Opera teatrına getmədim, elə birbaş Musiqili teatra gəldim. Direktorumuz Əliqismət müəllimə dərin təşəkkürümü bildirirəm ki, məni qəbul etdi. 2014-cü ildən Musiqili Teatrda çalışıram.

-Niyə məhz Musiqili Teatr?
-Bilirsiniz, mən vokalı bitirmişəm. Bizdə belədir ki, klassik opera müğənnisi kimi tərpənmədən, bir yerdə dayanıb oxumalısan. Hərəkət etməyi, ümumiyyətlə, bacarmırıq. Moskvada yaşayanda çalışdım oradakı Musiqili Teatra işə qəbul olum, məni götürmədilər. Bildirdilər ki, “siz klassik opera müğənniləri kimi quru dayanırsınız, eləcə oxuyub, çıxıb gedirsiniz. Bizə isə lazımdır ki, siz rəqs edəsiniz, danışasınız”. Amma Musiqili Teatrda çox gözəl rəqs müəllimləri var. Eyni zamanda rejissorlarımız səbr və anlayışla qarşılayırlar hər şeyi. Teatra təzə gələndə mənə elə rollar verirdilər ki, oxumaq daha çox olsun, nəinki oynamaq, danışmaq. Məsələn, ilk rolum Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili operettasında Gülnaz obrazı idi. Burada da sözüm, demək olar, yox idi, ancaq oxumaq lazım gəlirdi. Sözüm odur ki, hər zaman anlayış göstəriblər mənə, lazım gəldikdə bir aktyorla on dəqiqəyə alınan rəqsi mənə iki saata da olsa, səbrlə öyrədiblər.

-Bu günə qədər sənətinizdə hansı çətinliklərlə rastlaşmısınız?
-Mən bütün işlərimə dəhşətli dərəcədə məsuliyyətlə yanaşıram. Bu hansı iş olur-olsun. Nə iş görsəm, onu çətin hesab etmirəm. Hamısını sevərək, zövqlə edirəm. Ona görə də mənə çətin gələn iş yoxdur.

-2007-ci ildə Çexiyada keçirilən 42-ci beynəlxalq vokal müsabiqəsində 1-ci yerə layiq görülmüsünüz.
-Bu çox çətin bir müsabiqə olmuşdu. Həmin müsabiqəyə hazırlaşanda sanki olimpiya oyunlarına hazırlaşırdım. Ora hazırlaşmaq üçün bir il ərzində bir gün belə ötürmədən məşqlər edirdim. Beynəlxalq vokal müsaqibəsinin qalibi olmaqla adi vokal müsabiqəsinin qalibi olmaq arasında yerlə-göy qədər fərq var. Onların kriteriyalarından heç bizim xəbərimiz də yoxdur. Mənim müəllimim əslən Bakılı olan, ancaq amma İtaliyada yaşayan Anatoli Qusman idi. Məhz onun keçdiyi dərslərin sayəsində bu müsabiqədə birinci yeri qazandım.

-Yer tutacağınızdan əmin idiniz?
-(gülür) Sizə düzünü deyim ki, mən hara gedirəmsə, qalib olacağımı bilirəm. Hər zaman özümə, səsimə güvənib müsabiqələtə qatılmışam.

-Adətən, aktrisalardan obrazları ilə özləri arasında oxşarlıq olub-olmadığını soruşduqda mütləq özlərindən bir parça, yaxud da elə özlərini oynadıqlarını eşidirik. Sizdə necədir, obrazlarınızda həyatdakı Səidə xanımdan nə isə var, yoxsa yox?
-Qəribəsi odur ki, əvvəllər mənə həyat tərzimə yaxın rollar verirdilər. Onları ifa etmək daha asan olurdu, yəni özüm necəyəm, elə də oynayırdım. Məsələn, “Baladadaşın toy hamamı” tamaşasında məni necə görürsünüzsə, həyatda da elə gülə-gülə gəzən insanam. Sonralar mənə “Qısqanc ürəklər”də Səbinə obrazını verdilər. Orda həyasız, qısqanc qadını oynamalı idim. Hirsdən gözüm necə qızırdısa, heç nəyi görə bilmirdim. Ondan sonra “Silva” tamaşasında müğənni obrazında oynasam da, kənardan baxanlar deyirlər ki, sən nə qədər mənfi, yaxud yüngül obraz oynasan da, içindəki alicənəblıq, kübarlıq özünü büruzə verir. Bəzən həqiqətən, çətin olur. Elə olur ki, rejissor mənə bu qədər emosional oynamamağı tövsiyə edir, ancaq mən obrazı canlandıranda hər şeyi unuduram, ancaq obrazımın həyatını yaşayıram.

-İstər məktəb dövründə, istərsə də sonrakı dövrlərdə hər zaman öndə olan, uğur qazanan insan olmusunuz. Bəs, sizin üçün bu illər içərisində ən yaddaqalan, səmərəli illər hansı olub?
-Mənə görə, həyatın hər bir mərhələsinin öz gözəlliyi var. Məktəb dövründə çox sevirdim kitab oxumağı, vaxtımı kitabxanada keçirməyi çox sevirdim. Konservatoriyanı da, qırmızı diplomla bitirmişəm, bu da oxumağı sevdiyimdən irəli gəlir. Düşünmürdüm ki, fənn lazımdır, yoxsa yox, hamısını əla oxuyurdum. Elə indi də Mədəniyyət və İncəsənət Universitetində tələbələrimdən oxumaqlarını tələb edirəm. Tələbələr oxumur, onların yerinə bütün mühazirələri özüm oxuyuram. Hətta metroya minəndən düşənə qədər oxuyuram ki, hazırlıqlı gəlim dərsə. Tələbələrə mövzunu hərtərəfli danışa bilim. Ona görə də ömrümün bütün dövrləri səmərəli olub.

-Çox zaman sizi müsbət rollarda görmüşük, özünüzü heç mənfi obrazda sınamaq istərdinizmi?
-“Mən dəyərəm min cavana” tamaşasında Xalq artisti İlham Namiq Kamalla mənfi obrazda oynayırıq. Amma mənfi obrazda necə oynayıramsa, sonda hamı deyir, biz sənin mənfi obrazını da müsbət görürük. Sanki hər şeydə sən haqlısan. Tipajını sevdirirsən.

-Əsas təhsiliniz musiqidir. Bəs, ilk dəfə aktrisa kimi səhnəyə çıxanda hansısa çətinliklərlə qarşılaşmısınız?
– Əlbəttə, çox böyük çətinliklərlə qarşılaşmışam. Çünki bayaq da qeyd etdim, opera ifaçısı ilə musiqili teatr aktrisası olmaq arasında çox böyük fərq var. Dirijorun qarşısında dayanıb oxumaq asandır. Ancaq musiqili teatrda rəqs edirsən, oxuyursan, oxuyandan sonra danışırsan, sonra qışqırırsan, bütün bunları ard-arda etmək böyük hünər tələb edir. İlk vaxtlar Gülnaz obrazıma kənardan baxanda mənə elə gəlirdi heç gəzə də bilmirəm. Həyatda normal gəzən insan səhnədə tamam başqa cür hərəkət edir.

-Mətni unutduğunuz anlar olubmu?
– Qəti olmayıb. Ən əsası, ona görə ki, çox məsuliyyətli insanam. Tamaşaya gələndə belə yolda sözlərimi təkrarlayıram. Bəzən olub ki, həftəsonu üç gün dalbadal “Baladadaşın toy hamamı” tamaşası oynanılıb, mən üç gün təkrarlamışam obrazımın sözlərini. Bir şeyi də deyim ki, səhnədə qəti həyəcan keçirən insan deyiləm. Əgər səhnəyə çıxdımsa, qurtardı, həmin obrazı yaşayıram, ətrafı unuduram. Səhnəyə ayağımı qoyanda, özümü səhnənin ağası hiss edirəm (gülür).

Teatr və musiqi ayrılmaz sənət növləridir. Sizin üçün hansı daha üstündür?
-Əlbəttə ki, musiqi. Necə deyərlər, musiqi ruhun qidasıdır. Səhnədə danışanda bəzən mənə elə gəlir musiqili danışıram, ən çox da mahnı oxuyacağım səhnədən əvvəlki dialoqlarda… Musiqi mənim həyatımdır, onsuz özümü təsəvvür edə bilmirəm.

-Bütün aktrisaların ömür boyu oynamağı arzuladığı obraz olur. Sizin arzuladığınız obraz hansıdır?
-İllərlə ürəyimdə qalan bir obraz var. Musiqili Teatrda yox, Opera Teatrında “Traviata”nı oynamaq arzusundayam. Bütün müsabiqələrdə Traviatanın ariyasını ifa edirdim. Hesab edirdim ki, Azərbacanda, hətta, Moskvada Traviatanın ən gözəl ifaçısıyam. Əfsuslar olsun ki, hələ də bu rolu ifa etməmişəm.

-Dəvət alsanız, oynayarsınız?
-O vaxt Çexiyada qalib olanda Koreyada qastrol və Çexiyanın Praqa şəhərində “Traviata” tamaşasını oynamaq da mükafata daxil idi. Təəssüflər olsun ki, həmin vaxt Çexiyada böhran başladı və tamaşa alınmadı. Koreyalı drijor sözünün üstündə durdu. Koreyada Dvorjekin oratoriyasını ifa etdim.

-Teatra gəlişiniz sizə nəyi qazandırıb və nələri alıb?
-Almağına, çox şükür, heç nəyi almayıb, hər şey gözəldir. Qazandırmağına isə çox şeylər qazandırıb. Teatrsevənlər bizi tanıyırlar. Qəribə bir əhvalat danışım, bir dəfə avtobusda ayaq üstə dayananda çantamı bir qadın saxlamışdı. Sonra xatırlatdı ki, düşərsiniz, yadınızdan çıxar. Mən də elə yorulmuşdum ki, unutsam da, eybi yox dedim. O isə cavabında “unutsaz, sizi teatrdan tapacaqdım” dedi. Hətta, oynadığım tamaşalardakı obrazlarımın da adlarından çəkdi. O zaman anladım ki, demək, teatr da insanları tanıdır.

-Hər insan gələcəyə bir arzu, hədəflə baxır. Sizin hədəfiniz, arzunuz nədir?
-Əsas, bircə arzum var, sağlamlıq. Adi boğazım ağrıyanda dünyada gözümə heç nə və heç kim görünmür. Boğazım, necə deyərlər, çörək ağacımdı. Sağlamlıq oldusa, nə lazımdı, hamısını əldə edəcəyəm.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir