Ana səhifə » Persona » Müsahibə » Nigar Pirimova – Teatrlarımızın son beş ili

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

Müsahibə
İyun 20, 2019

Xəyalə Rəis – Səhnədə 400 qərənfili öldürən ingilis tamaşası 

Nigar Pirimova – Teatrlarımızın son beş ili

Tamaşanın ərsəyə gəlməsində əsas fiqurlardan biri rejissordursa, digəri ədəbi materialdır. Rejissor, adətən, yaşadığı dövrlə səsləşən əsərlərdən ədəbi əsas kimi istifadə etməyə çalışır ki, seyrçilərin diqqətini cəlb edə bilsin. Eyni zamanda məktəblilər üçün nəzərdə tutulmuş tamaşalar üçün çox vaxt onların dünyagörüşünə təsir edəcək, tərbiyəvi, nəsihətamiz səhnə əsərlərinə üstünlük verilir.

Teatrlarda son 5 ildə hazırlanan tamaşaları araşdırmaq üçün belə bir sorğu ilə tearlarımıza müaciət etdik: “Son beş ildə rejissorlarımız hansı tamaşaları hazırlayıblar?”

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı: “Son beş ildə Akademik Milli Dram Teatrında 40-a yaxın tamaşa hazırlanıb. Buraya həm dünya dramaturgiyası, həm də Azərbaycan dramaturgiyasına aid səhnə əsərləri daxildir. Hazırlanan tamaşalar təkcə böyüklər üçün deyil, eyni zamanda, azyaşlı tamaşaçılarımız üçün nəzərdə tutulub ki, Novruz və Yeni il bayramlarında, o cümlədən məktəblilərin yay tətillərində nümayiş olunub. Bu illər ərzində Akademik Milli Dram Teatrının kollektivi dünyanın müxtəlif ölkələrində, o cümlədən regionlarımızda qastrol səfərlərində olub, repertuarda olan səhnə əsərləri müxtəlif mükafatlara layiq görülüb. 

2014-cü ildən bu günə qədər bizim teatrda ondan artıq rejissor tamaşa hazırlayıb. Onlardan Azər Paşa Nemətovun, Mərahim Fərzəlibəyovun, Bəhram Osmanovun, Ramiz Həsənoğlunun, Mehriban Ələkbərzadənin, Firudin Məhərrəmovun, Mikayıl Mikayılovun, Nicat Kazımovun, Gümrah Ömərin, Ər Toğrulun, Ərşad Ələkbərovun, Anar Babalının, Əlif Cahangirlinin adlarını çəkə bilərəm.

Azər Paşa Nemətov “Ölülər”, “Almaz”, “Cəhənnəm sakinləri”, “Şah Qacar”, “Sinif yoldaşları”, “Ah, bu uzun sevda yolu” tamaşalarının müəllifi, bədii rəhbəri və quruluşçu rejissorudur.

Mərahim Fərzəlibəyov “Nazirin xanımı”, “Qətibə İnanc”, Bəhram Osmanov “21:15 qatarı”, Ramiz Həsənoğlu “Generalın son əmri”, Mehriban Ələkbərzadə “Herostratı unudun”, Firudin Məhərrəmov “Vəsiyyət”, Mikayıl Mikayılov “İlahi oyun”, “Müfəttiş”, Nicat Kazımov “Kölgə”, Gümrah Ömər “Nadir Şah”, Ər Toğrul “Keçmişdən zəng”, Ərşad Ələkbərov “Müsyo İbrahim və Quran çiçəyi”, Anar Babalı “İuda”, “Manqurt”, “Buzlar ölkəsi”, “Keçəlin şahlığı”, “Kosanın qızı”, “Rəqs edən pinqivnlər”, “Nindza tısbağalar və kapitan Cekin macəraları”, Əlif Cahangirli “Bir, iki, bizimki”, “Buratino”, “Çipollino” tamaşalarına quruluş verib.

Bu gün Akademik Milli Dram Teatrı Xalq artisti, görkəmli rejissorumuz Azər Paşa Nemətovun rəhbərliyi ilə bir çox böyük uğurlara imza atır. Bura həm uğurlu tamaşalar, həm müvəffəqiyyətli qastrol səfərlər, həm də teatrın maddi-texniki bazasının zənginləşməsi daxildir. Hazırda teatrımızın repertuarında olan “Ölülər”, “Almaz”, “Boy çiçəyi”, “Cəhənnəm sakinləri”, “Şah Qacar”, “Sinif yoldaşları”, “Ah, bu uzun sevda yolu”, “Qətibə İnanc”, “Bir, iki, bizimki…”, “Manqurt”, “Müfəttiş” “Xanuma”, “Vəsiyyət”, “Mənim günahım”, uşaqlar üçün olan “Buratinonun macəraları”, “Çipollino” və başqa səhnə əsərlərinə böyük tamaşaçı marağı var.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova: “2014-cü ildən repertuarımızda olan tamaşaları sizin diqqətinizə çatdırmaq istəyirəm. 2014-cü ildə dövlət sifarişi üsulu ilə rus xalq nağılı əsasında Rusiyadan dəvət almış rejissor Eduard Qaydanın quruluşunda “Qoğal” tamaşası hazırlanıb. Abdulla Şaiqin məşhur “Tıq-tıq xanım” nağılı əsasında “Tıq-Tıq və Taq-Taqın nağılı” tamaşası da həmin ilin sentyabrında təqdim olunub, səhnələşdirən və quruluşçu rejissoru Qurban Məsimovdur. Xalq nağıllarımızın motivləri əsasında hazırlanan “Sehirli üzük” tamaşasının rejissoru Anar Məmmədovdur. Azərbaycan xalq nağılları əsasında hazırlanan digər bir tamaşamız “Ağ babanın nağılları” tamaşası (rejissor Qurban Məsimov) 2015-ci ilin martında tamaşaçılara təqdim olunub. Şarl Perronun məşhur “Çəkməli Pişik” nağılına da müraciət etmişik və bu tamaşanı Anar Məmmədov səhnələşdirib. Azərbaycan dilində kukla tamaşalarından biri də  teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda təqdim olunan “Tilsimli meşə” tamaşası olub. Teatrımız uşaqlarla yanaşı, böyük yaş qrupu üçün də tamaşalar təqdim edir. Bunlardan biri də pantomim üslubunda hazırlanan “Melodiya” tamaşasıdır. Tamaşanın rejissoru Qurban Məsimovdur. Vladimir İlyuxovun məşhur “Oyaq gözəl” nağılının tamaşasına isə quruluşu Anar Məmmədov verib. Böyüklər üçün nəzərdə tutulmuş səhnə əsərlərindən biri də Qurban Məsimovun quruluşunda hazırlanan “Zəng” adlı bir hissəli tamaşadır. Leprens de Bomonun məşhur nağılı “Gözəl və Bədheybət”ə Anar Məmmədov quruluş verib. Məşhur “Qırmızı papaq” nağılı isə Qurban Məsimovun yozumunda təqdim olunub. Stefan Sveyqin “Unudulmuş kukla” adlı məşhur əsəri əsasında hazırlanan monotamaşamız da böyüklər üçün nəzərdə tutulub və rejissoru Anar Məmmədovdur. Hər il ənənəvi olaraq yeni il tamaşaları hazırlayırıq. 2017-ci ildə Samural Marşaqın “Pişiyin evi” əsərinə də müraciət etmişik və tamaşaya Anar Məmmədov quruluş verib. Məşhur rus nağılı “Turpun nağılı”na isə quruluşu Qurban Məsimov verib. Kukla Teatrının rus bölməsi üçün nəzərdə tutulmuş tamaşalardan biri də rus xalq nağılı olan “Durna balığı”dır. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədovdur. Bir neçə müəllif var ki, onların əsərləri daima bizim repertuarımızda yer alır. Onlardan biri də, Mir Mehdi Seyidzadədir. Onun “Cırtdan” nağılı Azərbaycan Dövlət Kukla Teatrında bir neçə quruluşda səhnələşdirilib, son quruluşu da Qurban Məsimov verib.   Rejissor eyni nağıl əsasında rus bölməsi üçün Mir Mehdi Seyidzadənin “Cırtdan” nağılı əsasında rus bölməsi üçün “Üç cəsur” tamaşasını da hazırlayıb. “Qış nağılı” adlı yeni il tamaşamıza isə Anar Məmmədov quruluş verib. “Min bir gecə” nağıllarından olan “Əlibaba və qırx quldur” da teatrımızda sevilən tamaşalar sırasındadır. 2018-ci ildən repertuarda olan bu tamaşaya da Anar Məmmədov quruluş verib. Mikayıl Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılına da müraciət etmişik. “Şəngülüm, Şüngülüm”, adı ilə təqdim olunan tamaşanın rejissoru Anar Məmmədovdur”.

Opera və Balet Teatrının mətbuat katibi İradə Qaraçayeva: “Son beş ildə teatrımızda bir-birindən rəngli operalar və baletlər səhnələşdirilir. Belə ki, 2014-cü ildə rejissor Hafiz Quliyevin quruluşunda Şəfiqə Axundovanın “Gəlin qayası”, Firəngiz Əlizadənin “İntizar” operası, İnarə Babayevanın quruluşunda Covanni Perqolezinin “Qulluqçu xanım” və baletmeyster Tamilla Şirəliyevanın quruluşunda Niyazinin “Rast” baleti, eyni zamanda dəvət olunmuş rejissorlar Lüdviq Bauman (Almaniya) Cakomo Puççininin “ll Tabarro” operasını, baletmeyster Liliya Sabitova (Rusiya) Astor Pyatsollanın “Məhəbbət tanqosu” baletini səhnələşdiriblər. 2015-ci ildə rejissor Lüdviq Bauman (Almaniya), Pyetro Maskanyinin “Kənd namusu” operasını, baletmeyster Nadejda Malıgina (Rusiya) Polad Bülbüloğlunun “Eşq və Ölüm” baletini, baletmeyster Pellumb Aqalliyay Oqtay Zülfüqarovun “Sehirli alma” baletini, baletmeyster Pellumb Aqalliyay Elnarə Dadaşovanın “Səyalı” baletini, 2016-ci ildə rejissor Hafiz Quliyev Ramiz Mustafayevin “Vaqif” operasını, rejissor Mikola Tretyak (Ukrayna) Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operasını, baletmeyster Samir Səmədov Əşrəf Abbasovun “Qaraca qız” baletini, baletmeyster Pellumb Aqalliyay Pyotr Çaykovskinin “Françeska da Rimini” baletini, 2017-ci ildə rejissor Hafiz Quliyev Cahangir Cahangirovun “Xanəndənin taleyi” operasını, baletmeyster Sergey Moxnaçev (Rusiya) Aleksandr Borodinin “Qıpçaq rəqsləri” baletini, 2018-ci ildə rejissor Mikola Tretyak (Ukrayna) Cakomo Puççininin “Manon Lesko” operasını, baletmeyster Vasili Medvedyev (Rusiya) Qara Qarayev-Fərəc Qarayevin “Qoyya” baletini, baletmeyster Kamilla Hüseynova Sərdar Fərəcovun “Cavad xan” baletini, 2019-cu ildə isə baletmeyster Kamilla Hüseynova Frans Şubertin “Dahi hekayəçi” baletini, rejissor Hafiz Quliyev Nazim Əliverdibəyovun “Cırtdan” operasını hazırlayıb. May ayının 25-də isə baletmeyster Kamilla Hüseynova quruluşunda Fikrət Əmirovun “Nəsimi” baletinin premyerası olacaq”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Rüstəmova: Ə.Səmədlinin “Toya bir gün qalmış” (qur. rej. Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, 16.04 2015), Elçin və F.Allahverdinin “Baladadaşın toy hamamı” (qur. rej. Xalq artisti Cənnət Səlimova, 10.03.2016), F.Əmirovun musiqiləri və “1001 gecə” nağıllarının motivləri əsasında “999-cu gecə” (qur. rej. İradə Gözəlova, 25.05.2016), İ.Əfəndiyev və Q.Qarayevin “Mənim günahım” (qur. rej. İradə Gözəlova, 05.02.2017), İ.Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” (qur. rej. Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, tər. D.Mustafayev, 14.07.2017), M.F.Axundzadənin “Hacı Qara” (qur. rej. Əməkdar artist Loğman Kərimov, 09.11. 2017), Ə.Əmirlinin “Nuri-didə Ceyhun” (qur. rej. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, 10.03 2018), F.Qarayev və S.Bekketin “Qodonun intizarında” (qur. rej. Yunus Vəlipur, 31.05.2018), Antuan de Sent-Ekzüperi və Ruslan Ağababayevin “Balaca Şahzadə” (qur. rej. Xalq artisti Cənnət Səlimova 28.02. 2019) əsərlərinə quruluş verilib. Bu müddət ərzində Akademik Musiqili Teatrda həmçinin rus bölməsində də tamaşalar hazırlanıb. Bu tamaşalara R.Hacıyevin “Qafqazlı qardaşqızı” (qur. rej Alik Usubov, 24.09.2015), İ.Kalmanın “Silva” (qur. rej. Boris Lukinski, 11.01.2017), E.Sabitoğlu və V.Kolmanovskinin “Bir dəfə Bağdadda” (qur. rej Əsgər Əsgərov 12.10. 2018) tamaşalarını misal göstərmək olar. Bununla yanaşı, teatrımızda balacalar üçün repertuarımız da zəngindir. Azərbaycan və rus bölmələrində hazırlanan O.Zülfüqarov və R.Heydərin “Dəcəl çəpişlər” (qur. rej. Əhəd Hacıyev 16.05.2015), V.Ulanovski və V.Orlovun “Qızıl cücə” (qur.rej. Svetlana Bulax, 27.02.2016), Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” (qur. rej. Əhəd Hacıyev 01.10.2016), C.Barri, Qrimm qardaşlarının nağıllarının motivləri əsasında “Bremen musiqiçiləri və Pen” (səhnələşdirən A.Sadıqov, qur. rej. Zaur Əliyev 02.06.2017), Ə.Hacıyevin “Qoğal” (qur. rej. Əhəd Hacıyev 23.02.2018), Azərbaycan xalq nağılı “Cırtdanın sərgüzəştləri” (qur. rej. Ayla Osmanova, 28.12.2018), Aleksey Rıbnikov və Aleksey Tolstoyun “Buratino” (qur. rej. Elməddin Dadaşov, tərc. Nicat Kazımov, 09.03.2019), E.Sabitoğlu və Y.Şvartsın “Qırmızı papaq” (qur. rej. Boris Qrafkin, 15.05.2019) uşaq tamaşalarının adlarını çəkə bilərik.

Bakı Uşaq Teatrının mətbuat katibi Leyla Həşimova: “Bu beş il ərzində teatrımızda olan tamaşalardan rejissor – İntiqam Soltanın quruluşunda  “Günahsız günahkarlar” (müəllif Arzu Soltan) “Göyçək Fatma” (Azərbaycan xalq nağılı), “Dovşanın evi” (müəllif Arzu Soltan), “Kələkbazlar” (müəllif İntiqam Soltan), “Sevgi şimşəyi” (müəllif Rövşən Ağayev), “Sıravi Dursun” (müəllif S.M.Qənizadə), “Sehirli tütək” (xalq nağılı əsasında Maarif Məmmədov ssenari işləyib), “Ballı” (müəllif Arzu Soltan), Rejissor İlhamə Əhmədovanın quruluşunda “Maşa və Ayı” (rus xalq nağılı),  “Bir yoxsul olsaydım” (Tüncer Cücenoğlu), “Danışan Gəlincik” (müəllif Abdulla Şaiq), “Pəltək Cücə” (türk nağılı), “Əyriqulaq dovşan” (müəllif Arzu Soltan), rejissor-aktrisa Könül Şahbazova-Qasımovanın quruluşunda “Humayın yuxusu” (müəllif Elçin), “Kibritsatan qız” (müəllif Anderson), “İblis” (müəllif Mopassan), “Mən səni gözləyirəm, əzizim” (D.Fo, F.Rame), “Çay dəstgahı” Cəlil Məmmədquluzadə, rejissor Elşən Zeynalı dəvət olunmuş rejissor kimi “Kimdir müqəssir?!” (Əbdürrəhim bəy Haqverdiyev) əsərini tamaşaya qoyub”.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir