Ana səhifə » Resenziya » Nigar Pirimova – “Çalınmamış serenada”

Son yazılar

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Xəbər
Aprel 21, 2019

“Narkomaniyanın faciələri” adlı tədbir keçiriləcək

Xəbər
Aprel 20, 2019

Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi qeyd olunub

Persona
Aprel 20, 2019

Əlisəfdər Hüseynov – Eldəniz Zeynalov paradoksu

Xəbər
Aprel 19, 2019

“Tuğanlıq – 2019” Festivalına həsr olunmuş mətbuat-konfransı keçirilib

Müsahibə
Aprel 19, 2019

Rövşən Almuradlının Ədil İsgəndərova olan əhd borcu – “Sənət əbədidir, ömür amanat…”

Xəbər
Aprel 19, 2019

Bakı Uşaq Teatrı qastrol səfərindədir

Xəbər
Aprel 19, 2019

Qabil Quliyev: “Özümü həmişə olduğu kimi hiss edirəm”

Xəbər
Aprel 19, 2019

Teatrda yeni təyinat

Xəbər
Aprel 19, 2019

Gənc Tamaşaçılar Teatrında “Möcüzəli pillələr” hazırlanır

Xəbər
Aprel 19, 2019

Qax Dövlət Kukla Teatrının direktoru: Prezidentimizin son Sərəncamı teatrların inkişafına güclü təkan verəcək.

Xəbər
Aprel 18, 2019

“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirələr davam etdirilir

Xəbər
Aprel 18, 2019

Adanada Gəncə Teatrının tamaşasını çox bəyəniblər

Mozaika
Aprel 18, 2019

Cövhər Xeyrullayeva – Sanduq əl-əcaibin Qax nağılları

Müsahibə
Aprel 18, 2019

Bəxtiyar Xanızadə – Peşəni öyrədərəm, amma heç kimə insanlığı öyrədə bilmərəm”

Mövqe
Aprel 18, 2019

Azərbaycan məktəbliləri Beynəlxalq Məktəblərarası Teatr festivalında iştirak edir

Afişa
Aprel 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (18 aprel – 24 aprel)

Resenziya
Aprel 18, 2019

Fəridə Cəlilova – TEATR ƏHLİNİN XUDPƏSƏND CAZİBƏSİ

Xəbər
Aprel 18, 2019

Tovuzda üçüncü respublika xalq teatrları festivalının növbəti seçim mərhələsi keçirilib

Xəbər
Aprel 18, 2019

İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

Xəbər
Aprel 17, 2019

YUĞ Teatrının kollektivi Prezidentin Sərəncamını sevinclə qarşılayıb

Sərəncam
Aprel 17, 2019

Prezident teatrlara bir milyon iki yüz min manat pul ayırdı

Xəbər
Aprel 17, 2019

Dağıstanda Beynəlxalq Milli Teatrlar Festivalı keçiriləcək

Müsahibə
Aprel 17, 2019

Gələcəyi əmin əllərdə olan ADMİU-nun SABAH-ı

Müsahibə
Aprel 17, 2019

Meral Konrat: “Azərbaycanda məni çox sevirlər”

Müsahibə
Aprel 16, 2019

Ziya Ağa: “Kino saçımı tumarlayır, teatr ruhuma sığal çəkir”

Xəbər
Aprel 16, 2019

Sənətçilərimiz Vyanada “Bulmuşam həqqi” deyiblər

Təhsil
Aprel 16, 2019

Məryəm Əlizadə – “Teatr dünyasına açılan pəncərə…”

Xəbər
Aprel 15, 2019

Akademik Milli Dram Teatrında “Dəli yığıncağı” qurulur

Mövqe
Aprel 15, 2019

Jan-Lui Barro – “Teatr haqqında düşüncələr”

Xəbər
Aprel 14, 2019

Sumqayıt teatrının aktyorunun vəziyyəti pisləşib

Nigar Pirimova – “Çalınmamış serenada”

Bir gün mənsiz qalanda, ürəyini dağlama
Ötən günləri anıb, mən öləndə ağlama

Tam üç il öncə dahi Füzulinin “Leyli və Məcnun” əsərinin Gənc Tamaşaçılar Teatrında premyerası oldu. Dramatik obraz Leylini oynayan gənc aktrisa Səbinə Məmmədovanı yeni ampluada – Leyla obrazında görməyi səbirsizliklə gözləyirdim desəm yalan olmaz. Maraqlıdır, özünü Məcnunun yolunda şam kimi əridən, pərvanətək məhv olan məşuqəni canlandıran Səbinə bu dəfə Leylanı necə yaradacaqdı? Vaxtaşırı uşaq tamaşalarında sevimli personajlarla, bəzən fəqli tamaşalarla, bəzənsə yerli seriallarımızda müxtəlif fakturalı obrazlarla tanıdıq onu. Ancaq bu dəfəki özəllik onda idi ki, 55 dəqiqə davam edən monotamaşanın tək və baş ifaçısı məhz Səbinə Məmmədovadır. Səbinə Leylanın həyatını, acısını, kədərini, sevincini hər halı ilə bizə göstərdi.

Müəllifi gənc yazar Pərvin olan “Mən öləndə ağlama” tamaşasını elə gənclər ərsəyə gətirdi. Quruluşu Ayla Osmanovaya, tərtibatı Reyhan Aslanovaya, musiqi tərtibatı İradə Muradovaya, plastik həlli isə Ceyhun Dadaşova məxsus tamaşanın yaradıcı heyəti əl-ələ verib tamaşanın öhdəsindən asanlıqla gəldilər.

Leyla gecə deməkdir, Məcnun Leyliyə, yəni Leylaya aşiq olmuş, əslində, Məcnun gecəyə aşiqmiş. Gecə nədir? Gecə sakitlikdir, gecə xəyalların şövqləndiyi vaxtdır, gecə xəstəliklərin alovlandığı zamandır, əlqərəz, dərdi olana gecə yaman uzundur…

Bəs, Pərvinin Leylası kimdir? Həyatı üzünə heç zaman gülməyən, uşaqlıqdan əzab-əziyyət içində böyüyən, anasını erkən itirib, atasının himayəsində qalan, evə çörək pulu və atasının içki xərcini qazanmaq üçün zirzəmisində siçovullar qaçışan mətbəədə işləməkdən utanmayan bir qızcığaz. Öz gücünə hüquq fakültəsinə qəbul olanda atası heç sevinmədi də. İndi Leyla vəkildir, bir çoxlarının müraciət etdiyi vəkil. Günlərin birində ona qadınlığını xatırladacaq adamla – Mikası ilə (Mikayılla) tanış olur. Mikayılın simasında Leyla ilk dəfə əsl sevgisinə rast gəlir. Bundan sonra Leylanın həyatına bir işıq, bir günəş doğur. Gecələri daha şən, daha əyləncəli, daha tez keçməyə başlayır. Amma və lakin…

İnsan övladı bəzən həyatda yaşadıqlarından, rastlaşdıqlarından usanır, özünü bir qəfəsdə hiss edir, sonra ruhu xəstə düşür. Məhz ruhun xəstələnərsə, heç nə səni həyata qaytara bilməz. Bəzən bu ağrılardan, acılardan, xatirələrdən, dünənindən, bugünündən, sənə yük olacaq hər şeydən və hər kəsdən qaçmaq istəyərsən. Tunelin sonunda görünən o işığa doğru qaçmaqdan savayı bir çarən qalmaz. Həmin işığa çatdıqda isə, geridə qaranlıq keçmiş, irəlidə bilinməyən gələcək olar… Bəs, sonra?!.

Leyla üçün, bəlkə də, Mika sağ qalsaydı, hər şey tamam başqa cür olacaqdı. Günün birində ürək tutmasından həyatla, Leylası ilə vidalaşan əlli yaşlı aşiq otuz yaşlı məşuqəsinə tək bir söz vəsiyyət edir: “Mən öləndə ağlama”. Leyla vədinə əməl etdi, fəqət gülsə də, onu dəli edib başdan-ayağa bəyaza bürüyüb qalan ömrünü cəhənnəmə çevirdilər, dəlixanaya qapatdılar. İndi gah adını unudan, gah keçmişini hər gün xatırlayan, gah tibb bacısının bozbaş iyi gələn cavan nəzarətçi ilə ilişgisindən çiyrənən, gah da həblərinin qəbul saatlarını öz-özünə xatırladaraq, tunelin sonundakı işıq selini, əslində, balaca pəncərəsindən içəri düşən işığı izləməklə keçir qalan günləri. Leylanın ən böyük problemi acı keçmişi, uşaqlığı olur. Deyirlər, uşaqlığı sevgidən məhrum keçən bir insan sevgini başqa yerlərdə axtarır. Leyla da sevgisini Mikada tapmışdı. Həyat bu sevgini də ona çox gördü. O da minlərdə, milyonlarla cavan yaşlarından həyatı puça dönən leylalardan biri oldu…

Quruluşçu rejissor Ayla Osmanova tamaşaya maraqlı yozum verib. Qaranlıq kiçik səhnədə seyrçilərin qarşısında ağ rəngə boyanmış, üstü də ağ mələfələrlə örtülmüş dəmir çarpayı dəlixana odasını simvollaşdırır. Siyah divarları olan bu odada Leylanı oynayan Səbinə Məmmədova olayları danışarkən təkcə oynamır, eyni zamanda hadisələri bütün ruhu ilə yaşayır. Elastik bədəni ilə anidən ilan kimi qıvrılıb bir küncdə qalır, bir anda qorxudulan pişik kimi çarpayısının altında qısılıb gizlənir, sevgisini danışarkən isə ehtiraslı qadın şəkli aralaq bədəninə toxunur və Mikası ilə sevgi yaşayan Leylanın öz dünyasına səyahət edir.

Tamaşada hər detal önəmli olduğu kimi, musiqi də vacib faktorlardan biridir. Dramatik obraz Leylanın həyatını canlandırmaq üçün seçilmiş musiqi nömrələri həyatın müxtəlif anlarını özündə qapsayan fotoalbomu vərəqlədikcə dəyişən insan hisslərini məhz beləcə dəyişib haldan-hala salır. Mikası ilə keçən xoş günlərindən danışanda Murad Nasırovun “Ya eto ti” mahnısının sədaları altında rəqs edirsə, Mikayılına çox sevdiyi Şubertin “Serenada”sını dinlədə bilməyən Leyla, ən ağır günlərini yaşadığı bu dörd divar arasında insanın iliyinə qədər işləyən Albioninin “Adajio”sunun sədaları ilə faciəsinə yenilir, taleyi ilə barışır.

Doğma birini itirən insan o an həyatın donduğunu, davam etməyəcəyini zənn edir, ürək dolanda gözlərdən yaş axar. Başına bu və ya bu kimi hadisələr gələn insanların həyatını qələmə almaq, ən əsası ,isə canlandırıb 55 dəqiqəyə sığdırmaq elə də asan iş deyil. Leylanın yaşadıqlarını dinlədikcə, ağrılarını duyduqca insanın gözü dolmaya, ürəyi sızlamaya bilməz. Zənnimcə, gənc və istedadlı aktrisa Səbinə Məmmədovanın uğurlu obrazları sırasına yeni rol – Leyla da əlavə olundu.

Bir gün mənsiz qalanda, ürəyini dağlama
Ötən günləri anıb, mən öləndə ağlama…

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir