Ana səhifə » Persona » Müsahibə » Nicat Əli: “Müəllimimə dedim ki, bu serialda sizi bir az söydürəcəm”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Nicat Əli: “Müəllimimə dedim ki, bu serialda sizi bir az söydürəcəm”

Aktyor Nicat Əli ilə 6 il bundan öncə Mirzə Fətəli Axundzadənin uşaqlığını canlandırdığı “Sübhün səfiri” filmindəki obrazından sonra görüşmüşdük. O zaman Nicat əməkdar artist Pərviz Məmmədrzayevin “Simsar” teatr studiyasında fəaliyyət göstərirdi. İkimiz də yeni idik, mən mətbuatda, o da sənətdə. Maraqlı söhbətimiz alınmışdı.
O gündən bu günə Nicat çox dəyişib, elə mən də. Bu gün Nicat ölkənin hüdudlarını aşıb, xarici seriallara çəkilir, müxtəlif obrazlar yaradır və hazırda Azərbaycan Dövlət Musiqili Teatrının aktyorudur. Hər zaman reytinqlərdə ön sıralarda yer alan serialların əsas qəhrəmanlarını canlandırıb və canlandırmaqda davam edir. Səhnədə isə plastikası ilə neçə-neçə “köhnə” artistə nümunə ola biləcək bir aktyordur. Sonuncu dəfə onu Musiqili Teatrda tamaşaya qoyulan, Əli Əmirlinin qələmə aldığı və Mehriban Ələkbərzadənin rejissorluq etdiyi “Nuri-didə Ceyhun” tamaşasında gördüm. Ceyhunun oğlunu canlandıran Nicat obrazı qısa olsa da səhnədə duruşu, jestləri, mimikaları, səhnə plastikası ilə diqqət çəkməyi bacardı…
O an dedim ki, 6 ildən sonra Nicatla yenidən görüşməyin zamanıdır. Və budur, Nicat Əli qonağımızdır.
– Görüşməyəli həyatınızda nələr dəyişib?
– Sonuncu dəfə sizinlə görüşəndə Pərviz Məmmədrzayevin rəhbərliyində olan “Simsar” Teatr studiyasında fəaliyyət göstərirdim. Teatr studiyamız bağlandıqdan sonra mən Türkiyənin dövlət kanalı olan TRT-də yayımlanan “Zəngin kız, fakir oğlan” serialına çəkildim. Orada azərbaycanlı həkim Ramin obrazını canlandırdım. Ramin obrazı ilə bir mövsüm o serialda rol aldım. Onların layihəsinin bir qolu da Azərbaycanı təmsil edəcək bir personajın olması idi. Bu obraz da mənə qismət oldu.
– Sizi o seriala necə dəvət etdilər?
– Serialı çəkən prodakşın kastinq keçirirdi. Bu kastinqə bir neçə aktyor öz sənədlərini göndərmişdi. Həmçinin də mən. O aktyorların içində mənim şəkillərimi bəyəndilər. Danışıqlardan sonra bir müddət durğunluq yarandı və düşündüm ki, artıq təklif qüvvədən düşüb. Amma sonda dedilər ki, bir həftə içində biletinizi alıb, Türkiyəyə gəlməlisiniz. Mən də Bakıdakı işlərimi həll edib Türkiyəyə yollandım.
– Hazırda Türkiyədə film sektoru sürətlə inkişaf edir. Bəs o biznesə qatıldıqdan sonra yeni təkliflər almadınızmı? O aləmə qoşulmaq üçün ən ideal fürsəti əldə etmişdiniz.
– Əslində film təklifi almışdım. Bacımın toyu olacaqdı və bu səbəbdən vətənimə gəldim. Həmən layihə də səhv etmirəmsə, gerçəkləşmədi. Əgər orada konkret işin yoxdursa, qalıb boş-boşuna vaxt keçirməyə dəyməz. “Zengin kız, fakir oğlan” serialı ilə də elə burada müqavilə bağladım və iştirak etdim.
Geri döndükdən sonra Musiqili Teatrda işləməyə başladım. Qısametrajlı və tam metrajlı filmlərə çəkildim. Belə ki, Babək Şirinsifətin çəkdiyi “Üçüncü günün adamı” filmində erməni leytenantını canlandırdım. Hesab edirəm ki, o obrazın öhdəsindən layiqincə gəldim. Həmin filmdə erməni ləhcəsini götürmək üçün erməni mətnləri oxuyurdum və erməni filmlərini, proqramlarını izləyirdim. O dilin ləhcəsini əzbərləməyə çalışırdım ki, obrazımı tam ifadə edə bilim. Çox təəssüf ki, həmin film dublyajla efirə getdi. Mənim orada səsləndirdiyim danışıq sanki itdi. Sinxron dublyaj olundu. Düzdür dublyaj öz səsimlə oldu, amma əziyyətim hədər getdi. Düşmənin dilini bilmək lazımdır. Biz də müəyyən qədər öyrəndik ki, düşmən də olsa onu düzgün canlandıraq.
– Döndükdən sonra Musiqili Teatrda çalışdınız. Maraqlıdır nə üçün məhz Musiqili teatr?
– Əslində İncəsənət Universitetində musiqili teatr fakültəsini bitirmişəm. Bunun üçün Musiqili teatra üstündük verdim. Digər teatrlara getməməyimin çox səbəbi var. İstəməzdim ki, indi o səbəblərdən danışım. Musiqili teatr mənim üçün yeni bir səhifə idi. Musiqili teatr da prestijli teatrlardandır. Ola bilər, bu teatrı seçmək üçün öz səbəblərim də var. Burada özümü çox yaxşı hiss edirəm, necə deyərlər, öz qabımdayam. Teatrımızın direktoru Əliqismət Lalayev gənclərə çox dəstək olur. Məni işə götürdükdən sonra müxtəlif rollar həvalə olundu. Son olaraq Mehriban Ələkbərzadə məni “Nuri-didə Ceyhun” tamaşasına dəvət etdi.
– Bu tamaşada obrazınız kiçik olsa da, ifanız diqqət çəkirdi. Bu imkanları “Simsar” Teatr Studiyasındamı qazanmısınız?
– Pərviz müəllimlə müəllim-tələbə, ata –oğul münasibətindəyik. Hər zaman diqqəti üzərimdə olub. Müəllimimin başını uca etməyi özümə borc bilirəm. Mən onun təmsilçisiyəm. O, özünü mənə köçürüb və mən onu təmsil edirəm, onun adıyam.
“Nuri-didə Ceyhun” tamaşasında obrazım kiçik olsa da, yadda qalan oldu. Müəllimlə bir-birimizin energetikamızı çox gözəl bilirik, plastikamıza, oyun tərzimizə yaxşı bələdik. Sanki eyni məktəbin tələbəsiyik. O mənə toxunduqda, baxanda belə onun nə edəcəyini bilirəm. Səhnədə bir-birini başa düşmək heç də asan deyil. Bu tamaşanın qəribə bir energetikası var. Belə tamaşalarda deyilir ki, rolun böyüyü-kiçiyi yoxdur. Elə tamaşa var ki, nə etsən də rolun kiçikliyi özünü göstərir. Ancaq bu tamaşada elə deyil.
– Deyirsiniz ki, universitetin sizə öyrədə bilmədiklərini “Simsar” studiyası öyrətdi?
– Universitet mənim təməlim oldu. Bir növ əlifba rolunu oynadı. Ədifbadan sonra biz kitab oxumağı öyrəndik. Mən ikinci kursdan Pərviz müəllimin studiyasına getdim və praktikamı orada qazandım. O, bizi yetişdirirdi, cəmiyyətə atırdı ki, cəmiyyətdə bərkiyin. Elə tərəf-müqabillərim olurdu ki, onlar illərdi ki, səhnədə işləyirdilər. Ancaq yeri gələndə mən onlardan üstün olurdum. “Simsar” mənim plastikamı inkişaf etdirdi. Pərviz müəllimdən çox şey öyrənmişəm. Təkcə teatr deyil, kinonu da ondan öyrənmişəm. Bünövrəni düz qoyanda insan düzgün yolla addımlayır. Bünövrə düzgün qoyulmayanda isə istər-istəməz büdrəyirsən. Binanın təməlini əyri qoyanda o kənardan əyri görsənir.
– Deyirlər aktyor rezin kimidir. Bu fikirlə razısınızmı?
– Bəli. Aktyor rezin kimi olmaq məcburiyyətindədir. Elələri var ki, hazırda odun kimidir. Hara qoyursansa tərpənə bilmir. Aktyor istənilən obraza girmək üçün bunu etməlidir. Həm fiziki, həm də psixi olaraq. Beyin olaraq da buna hazır olmalıyıq. Elə aktyor var deyir ki, mən bu rolu oynamaram. Çünki beyni ona hazır deyil, çünki orada özünü narahat hiss edir. Mənim bu baxımdın heç bir problemim yoxdur. Həm plastikama, həm də beynimə arxayınam. Müəllimimiz bizi hər cür sınaqdan çıxarıb.– Nicat Əli hansı obrazları canlandırmaz?
– Rejissor məni inandıra bilməsə ki, ona mən lazımam, o obrazı canlandırmaram. Əgər mən erməni rolunu canlandırmışamsa, bundan o tərəfi yoxdur, hər bir obrazı canlandıraram. Yeri gələndə mən erməni obrazını qəbul etməzdim. Deyərdim ki, erməni mənim düşmənimdir. Ancaq o da bir roldur, onu da kimsə canlandırmalıdır. Mən bu obrazın məsuliyyətini üzərimə götürdüm və o obrazı oynadım.
– İlk dəfədən “Sübhün səfiri” kimi böyük filmdə oynadınız. İlk yaxşı oldu deyə, davamı da uğurlu gəldi.
– Elədir. “Sübhün səfiri” filminə çəkiləndə ikinci kursda oxuyurdum. 20 yaşım var idi. Hiss etdim ki, M.F.Axundzadənin uşaqlığını canladırmağın özü böyük məsuliyyətdir. Filmin rejissoru Ramiz Həsənoğlu ilə Akif Rüstəmov məni seçdi. Sınaq bitdikdən sonra Ramiz Həsənoğlu yaxınlaşıb, kimin tələbəsi olduğumu soruşdu. Heç gözləmədiyim halda əlini uzatdı və dedi ki, mənim təşəkkürümü müəlliminə çatdırarsan. O an özümü çox xoşbəxt hiss etdim. Belə insanların qarşısında bu sözü eşitmək mənim üçün böyük bir fəxrdi. Bu filmdən sonra “Sirr”, “Döngələr”, “Son hədd”, “Zengin kız, fakir oğlan”a çəkildim, hazırda isə “İmtahan” seriallına çəkilirəm.
– Bu gün “İmtahan” serialında Pərviz obrazını canlandırmaq yəqin ki, təsadüfdür.
– (gülürük) Müəllimə dedim ki, üzrlü sayın, sizin adınızla bağlı obraz canlandırıram, ancaq sizi bir az söydürəcəm.
– Ancaq bu dəfə sizi mənfi obrazda gördük.
– Açığı bu vaxtacan mənfi obraz canlandırmamışam. Seriala filmin rejissoru Ramin Nəbiyev dəvət etdi. Orada canlandırdığım Pərviz Universitetin dekanının oğludur, özündən razıdır, ata hesabına böyüyən bir uşaqdır. Ramin bildirdi ki, ssenari yazılır. Mənə maraqlı gəldi. Bu tip serial Azərbaycanda yox idi, çox tutarlı oldu. yüksək reytinqlər yığdı. Uşaqların hamısı sanki öz roluna düşüblər. Ötkəm müəllim universitetdə də dekanım olub, filmdə də. Bu komanda bir-birini çox istəyir. Serial da buna görə tutarlıdır. Bir-birimizdən gələn energetika tamaşaçıda müsbət emosiya yaradır. İnsanlar həyatda bir-birinə bələd olanda bu efirdə də özünü göstərir.
– Film və teatr səhnəsi tamamilə fərqli sahələrdir. Sizin üçün bunları bir-birindən fərqləndirən nələrdir?
– Səhnə çox böyükdür. Səhnədən səhnəyə də çox böyük fərq var. Misal üçün, Pantomima Teatrının səhnəsi başqadır, YUĞ teatrının səhnəsi başqa. Hər bir teatrın özünün hərəkət həcminin böyüklüyü var. Akademik Milli Dram Teatrında etdiyin hərəkəti sən Heydər Əliyev sarayında edə bilməzsən. Kamera isə tam əksidir. Çox kiçik oynamalısan. Teatrda əlini uzadıb bayrmağınla nəyisə göstərirsənsə, kamerada onun üçün bir baxışın bəs edir. O baxış əli əvəz edir. Bu balansı saxlaya bilsən həm teatrda, həm də filmdə uğur qazana biləcəksən. Nə vaxtsa bunun dozasını çox etsən, deyəcəklər ki, bu pafosdur. Kamera minimalizmi sevir. Xırda baxışlar, tonun aşağı olmağı. Teatrda biz yüksək səslə danışmağa məcburuq ki, axır cərgə eşitsin. Teatrın səsi ilə gəlib kamera önündə mikrafona danışsam, deyəcəklər bu qışqırır. Balansı saxlaya bilən insan hər iki sahədə uğur qazanır.
-At çapmağı, vokal ifaçılığı, tar çalmağı, səhnə döyüşünü bacarırsınız…
– Bəli… Aktyor nə qədər çox şey bacarsa, səhnədə, filmdə, bir o qədər zəngin görünər. İçi dolu olar. Bir filmdə at çapmaq lazımdırsa, aktyor onu bacarmalıdır. Hələ döyüş səhnələrində tryukları belə özü edirsə, bu onun üstünlüyüdür. Beləcə də musiqi duyumu varsa, bir filmdə rəqs etməlidir, necə edəcək? Dublyor onun yerinə rəqs edə bilməz axı. Aktyorun ritmi olmalıdır.
– Bəzən deyirlər ki, istedad sonradan qazanılan bir şey deyil. Gərəkdir ki, istedadlı doğulasan.
– Razıyam. İstedadlı doğulanların şansı daha çox olur. Amma elə insanlar var ki, istedad onlara minimum verilib. Ancaq öz istəklərinin hesabına bu gün adlı-sanlı sənətkarlardır. Onlar qarşılarına məqsəd qoydular və özlərini inkişaf etdirdilər. İstedad elə bir şeydir ki, onu təhsilinlə gücləndirmədin, o bir yerə qədərdir və müəyyən müddətdən sonra itəcək. Mən rolu bir dəfə özüm kimi oynaya bilərəm. Növbəti dəfə başqa rollar gələcək. Özümü başqa insana çevirmək üçün bilməliyəm ki, bunu necə etmək lazımdır.
– Bir aydır ki, ata olmusunuz. Ata olduqdan sonra həyatınızda nələr dəyişdi?
– Məsuliyyətim artdı. Əslində, ömür boyu məsuliyyətim olub. Mən elə övladlardan olmamışam, rahat olum ki, məni anam saxlayacaq. 10 yaşımda atamı itirmişəm, bacımı da, məni də anam təkbaşına böyüdüb. Anamın yuxusuz gecələri, çəkdiyi əziyyəti sayəsində bacımla bu günə gəlib çıxmışıq. Anamın üzərimizdə olan əziyyətini yerə vura bilməzdim. 10 yaşından bəri hər il pilə-pilllə məsuliyyətim artıb və mən hər zaman məsuliyyətimi hiss etmişəm. Övladım dünyaya gələndə məsuliyyət mənim üçün yeni bir hiss olmadı. Onsuz da mənim məsuliyyətim üzərimdə var idi. Ancaq çox qəribə hisslər keçirdim. Bunun necə bir hiss olduğunu sözlə ifadə etmək mümkün deyil. Sanki bir möcüzəyə toxunursan, inanmağın gəlmir ki, bu uşaq sənindir.
– Övladınızı gələcəkdə səhnədə görmək istəyərsinizmi?
– Məndən yaxşı aktyor olacaqsa, niyə də yox. Məni üstələyəcəksə, ölkə sərhədlərini keçəcəksə, əgər bacaracaqsa, əlbəttə.
– Nicat Əli necə bir ata olacaq?
– Anam məni necə tərbiyə edibsə, mən də öz övladımı o tərzdə böyüdəcəm. Bir dost, yeri gələndə sərt, yoldaş və ata.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir