Ana səhifə » Persona » Müsahibə » Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Xəbər
İyun 15, 2019

Akademik Milli Dram Teatrında Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub

Afişa
İyun 13, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (13 iyun – 20 iyun)

Müsahibə
İyun 13, 2019

Dağlar Yusif – “dOM” Teatrından reportaj: ”Bu şəxsən mənimçün təzə deyil”

Xəbər
İyun 13, 2019

Bəsti Cəfərova – 60 yaş

Xəbər
İyun 13, 2019

“Leyli və Məcnun” operasının növbəti tamaşası keçiriləcək

Xəbər
İyun 12, 2019

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Xəbər
İyun 12, 2019

Azərbaycanlı rejissor dünyaya səs salan layihəyə imza atdı

Xəbər
İyun 11, 2019

Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq

Xəbər
İyun 10, 2019

“Kubinka” tamaşasının premyerası baş tutacaq

Xəbər
İyun 9, 2019

Rus Dram Teatrı “Tənhalığın komediyası”nı təqdim edib

Xəbər
İyun 8, 2019

“dOM” Teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb

Persona
İyun 7, 2019

Aydın Talıbzadə – “SFİNKS VƏ KONTRABAS”

Xəbər
İyun 7, 2019

Nəsimiyə həsr olunmuş tamaşa Dərbənd qalasında

Xəbər
İyun 7, 2019

Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

Xəbər
İyun 7, 2019

“Qızıl balıq” tamaşasının premyerası oldu

Xəbər
İyun 7, 2019

“Sonuncu”nun kinoversiyası çəkilir

Xəbər
İyun 7, 2019

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Mövqe
İyun 6, 2019

Bayram kimi festival

Xəbər
İyun 5, 2019

YUĞ Dövlət Teatrı bu gün “Novruz” Festivalında çıxış edəcək

Xəbər
İyun 5, 2019

Uşaqların üzünü güldürən festival

Xəbər
İyun 5, 2019

Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları birgə çıxış edəcəklər

Xəbər
İyun 2, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Xəbər
İyun 2, 2019

Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

Mövqe
May 30, 2019

Aynurə Mustafayeva – Niyə biz yaxşı dram yarada bilmirik?!

Xəbər
May 30, 2019

LƏNKƏRANDA I BEYNƏLXALQ TEATR FESTİVALI KEÇİRİLƏCƏK

Müsahibə
May 30, 2019

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Xəbər
May 29, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı keçiriləcək

Persona
May 29, 2019

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Xəbər
May 28, 2019

Akademik Musiqili Teatrı işə qəbul elan edir (R)

Xəbər
May 27, 2019

“Boy çiçəyi” tamaşası İlyas Əfəndiyevin 105 illik yubileyinə həsr olunub 

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

İncəsənət adamları, xüsusən də xanımlar bir az kövrək olurlar.  Alqışdan, gül dəstəsindən, hətta ünvanlarına səslənən xoş sözdən belə xoşbəxt ola bilirlər, sanki onlara dünyanı bəxş edirsən. Müsahibim xalq artisti Naibə Allahverdiyeva da istisna deyil. Onu uzun müddətdir ki, tanıyıram. Həyat dolu, mehriban, çılğın və kövrək qəlblidir. Dünən doğum gününü qeyd edən aktrisamızın 56 yaşı tamam oldu. Biz də Xalq artistimizi bu xoş günündə yada saldıq. Günün sonunda aktrisanı təbrik edib, ürək sözlərini eşitdik.  Deyir ki, yaşı 50-ni keçsə də özünü 18 yaşında hiss edir: “İnsan özünü hansı yaş dövründə hiss edirsə, elə o yaşdadır”. Ondan 56 yaşında aktrisanın istəklərini xəbər aldıq. Bildirdi ki, həsrətində olduğu hələ 2 obraz var. Ən böyük arzusu isə səhnədə ölməkdir.

– Naibə xanım, 56 yaşınızı necə qarşıladınız?

– 29 may mənim üçün özəl gündür. Ötən ilin bu günü prezidentimiz cənab İlham Əliyev məhz bu gündə məni “Xalq artisti” adına layiq gördü. Həmin gün ömrümə qızıl hərflərlə yazıldı. Bu gün mənim doğum günümdür, özümü qəribə hiss edirəm. Ad günü keçirməyi o qədər də xoşlamıram. Yoldaşımla dəniz kənarında sadə bir gün keçirdim.

– Çox insan doğum günündə duyğusallaşır. Sizdə də elə hallar baş verirmi?  

– Qocalırıq, yaşımızın üstünə yaş gəlir. Bəlkə də ona görə məyus oluruq. İnsanlar yaşlanmaq istəmirlər. Çinlilər deyir ki, həyat 50-dən sonra başlayır. Həqiqətən də elədir. Mənə görə əsas insanın ruhudur. Heç zaman doğum günlərimdə məyus olmuram. Təki canım sağ olsun, təbii ki, canı da qorumaq lazımdır. Günüm gözəl keçəndən sonra mən nə üçün məyus olmalıyam? Səhnədə olmaq, obrazlar oynamaq, yeni obrazlar oynamaq istəyirəm. Ümumiyyətlə xalq artisti adı almaqla kifayətlənmək istəmirəm.

– Bəs, sizin həyatınızda 50-dən sonra nələr başlayıb?

– 50-dən sonra insan bir az daha kamilləşir. Mənim həyatım da iki hissəyə bölünür. 50 yaşa qədər və 50 yaşdan sonra. 50 yaşımdan sonra ikinci dəfə ailə qurdum, ən yüksək fəxri ada layiq görüldüm. Xoş günlərim də, pis günlərim də oldu. Nə qədər təcrübəm artsa da hiss edirəm ki, yenə də kövrəkliyimi, həssaslığımı itirməmişəm. Əksinə, daha kövrək olmuşam. Əvvəllər hadisələr mənə bu qədər tez təsir etmirdi. Əvvəlki kimi hər şeyə emosional reaksiya vermirəm. Çox şeyə susuram və çalışıram ki, onu büruzə verməyim. Bu da səhhətimə pis təsir göstərir. Çevrəmdə içimi aça biləcəyim insanların sayı günü-gündən azalır. Əvvəl dostlarımın sayı çox idi, onlarla rahat dərdləşə, fikirlərimi bölüşə bilirdim. Ancaq indi onlardan çoxu dünyasını dəyişib, başqa ölkələrə gediblər. Bəziləri də yanımda yoxdur. İnsan heç kimlə bölüşə bilmədikdə daxilən yorulur. Mənə təsir edənsə çevrəmdəki insanların mənə qarşı olan münasibətidir. İnsanlar görəndə ki, biri yüksəkdədir, xoşbəxtdir, günü-gündən daha çox sevilir, onun ayağından dartmağa başlayırlar. Bunu özümdə çox hiss etmişəm. Fəxri ad aldıqdan sonra bunu daha çox hiss etməyə başlayıram. Nədənsə çalışırlar ki, insanlar məni unutsunlar. Bəzən mənə deyirlər ki, ən yüksək ada “Xalq artisti”-nə layiq görülmüsən, daha sənə nə lazımdır? Məgər mən bu sənətə fəxri ada görəmi gəlmişəm? Mən aktrisa olaraq doğulmuşam, niyə rol oynamayım ki? Bəzən deyirlər ki, ad almısan, get, dincəl. Bu fikirlər mənə təsir edir. Mənim həyatım teatrla bağlıdır. Aktyorların ən böyük arzusu səhnədə ölməkdir.

– Siz də özünüzə bunu arzulayırsınız?

– Əlbəttə, bir aktrisanın ən böyük arzusu ancaq bu ola bilər. Teatr bizim ikinci evimizdir. Biz ordan ayrıla bilmərik. Aktyorun səhnədən ayrılması onun ölümü deməkdir. Müşahidə etsəniz görərsiniz ki, teatr aktyorları ən çox səhnədən ayrılandan sonra xəstəlik tapırlar və tez bir zamanda dünyalarını dəyişirlər.– 56 yaş bir aktrisa üçün nə deməkdir?

– Mən hələ səhnədə sözümü deməmişəm. Sağ olsun dövlətimiz ki, məni dəyərləndirib, ancaq sənət adamları, rejissorlar qiymətləndirib, potensialımdan bir aktrisa kimi tam istifadə edə bilmədilər. Bu mənə bir sənət adamı olaraq pis təsir edir. Düzdür, mənə hansı obrazı həvalə ediblər hamısının öhdəsindən gəlmişəm. Ancaq 56 yaş nə yaşdır ki? Mən hələ çox gəncəm. Allah mənə cansağlığı versin. Depressiyaya tez-tez düşürəm. Özümə söz vermişəm ki, daha heç vaxt depressiyaya düşməyim. Bu həyatda özüm üçün yaşayacağam. Özümə necə xoşdursa, elə.

– Sənət adamları öz yaşlarını gizlətdiyi halda siz olduğu kimi söyləyirsiniz?

– Yaşımı nə üçün gizlətməliyəm, burada nə var ki? Hər yaşın öz gözəlliyi var. Əgər yaşım çoxdursa, dünyanı daha çox dərk edirəm. Demək Allah mənə bu imkanı verir ki, dünyadan, insanlardan zövq alım. İnsan ancaq ruhən qocala bilər. Elə cavan insanlar görürəm ki, yaşamaq istəmirlər, ruhən yorulublar. İnsanın ruhu cavan olanda gənc görünür. Çevrəmdəki insanlar mənə öz yaşımı vermirlər, hər zaman gənc göründüyümü deyirlər. Əlbəttə ki, bu mənə stimul verir. Qadının yaşı onun göründüyü qədərdir. Kim nə istəyir desin, mən özümü cavan hiss edirəm.

Bir zamanlar səhhətinizdə problemlər yaranmışdı. İndi necəsiniz?

– Çalışıram ki, özümə yaxşı baxım. Tez-tez özümü müayinə etdirirəm. Həkimin səhv müalicəsindən xəstəlik tapmışdım. Mənə yanlış bir iynə vurmuşdu və komaya düşmüşdüm. Sadəcə olaraq, ruh halım dəyişib. Artıq özümə söz vermişəm ki, mənə neqativ enerji bəxş edən insanları özümdən kənar tutum. İnsanların dediyi hər sözü özümə qəbul etməyəcəyəm.

Yeni yaşınızda özünüzə nələr arzulayırsınız?

– İlk növbədə qadın xoşbəxtliyi arzulayıram. Ən əsası, şansımın olmasını istəyirəm. Çünki şanslı insanlar həm sağlam, həm üzdə, həm də xoşbəxt olurlar. Sənətçi kimi gözəl obrazlar, eyni zamanda, filmdə rol almaq istəyirəm. Teatrda isə arzuladığım iki obraz var. Çox istərdim, səhnədə həmin obrazları canlandırım. Yeni obrazlarımla gənc nəslin də yaddaşında xoş xatirələrlə qalmaq istəyirəm. Gənc nəsil üçün nələrsə etmək lazımdır. İndi ancaq orta nəslin nümayəndələri tərəfindən tanınıram. Hətta, gənc ikən qarşımı kəsib mənə sevgi etiraf edirdilər. Elə insanlar var ki, deyirlər ki, mən nevroz xəstəsi idim. Sizin bütün disklərinizə baxmışam, gülməli monoloqlarınıza baxıb ruhlanmışam. Siz məni xilas etmisiniz. O zaman mən heç nevrozun nə olduğunu bilmirdim. Sənətçi üçün ən ağır şey unudulmaqdır.

– Özünüzü neçə yaşında hiss edirsiniz?

– Mən dəyişkən xarakterli insanam. Xoşbəxt bir anım olanda özümü çox gənc hiss edirəm. 3 il bundan öncə özümü ruhən də, fiziki olaraq da gənc hiss edirdim. Bu 3-4 il ərzində o qədər ruhdan düşdüm ki… Sənətimdə, həyatımda çox işlər qaydasında getmədi. Tamaşaçıların sevgisini hiss edəndə bütün dərdlərimi unuduram. Bu mənə stimul verir və elə bilirəm həyata yenidən gəlmişəm.  Baxmayaraq ki, efirlərə az-az çıxıram. İnsanlar yolda məni görəndə yaxınlaşıb, nə üçün televiziyada, filmlərdə görmədiklərini soruşurlar.

– Onlara nə cavab verirsiniz?

– Tamaşaçının gözü tərəzidir, onları aldatmaq olmaz. Onlara “yaxşı olacaq” – deyirəm. Amma il ötdükcə tükənirəm. Həyatda çox şey ola bilər. Həyat təsadüflərlə doludur. Bəlkə sabah maraqlı bir layihədə iştirak edəcəm və öz potensialımı orada göstərə bilərəm? Bilmək olmaz.  

– Sizə kimlər mane olur?

– Hər kəs özünə bir çevrə,  mafiya yaradıb. Eyni simalarla işləyirlər. İndi çəkilən seriallara, filmlərə nəzər salanda  “aktyor” sözünün ucuzlaşdığını görürəm. İndiki dövrdə aktyor olmaq asan imiş. Əslində, bu mənə çox təsir edir. Hər yerindən duran filmə çəkilir. Əgər onlar seriallara qədər gedib çıxırsa, mən və mənim kimi digərləri canımızı niyə bu sənətə qoyduq? Niyə çalışdıq, vuruşduq, təhsil aldıq, teletamaşalarda oynadıq?  Əgər bu sənət bu qədər asandırsa, biz nə üçün əziyyət çəkdik? İnsanlar yeni çəkilən seriallara baxırlar və düşünürlər ki, Azərbaycan incəsənəti budur. Bu tip seriallar efirlərdən yığışdırılmalıdır ki, biz aktyorların adına bir xələl gəlməsin. Seriallarımıza baxanda mən də bu sənətin bir nümayəndəsi olduğum üçün utanıram. Onlara baxan tamaşaçı sabah mənə hörmət qoymayacaq. Axı, bu gün böyüyən gənc nəsil köhnə teletamaşalara, filmlərə baxmırlar, onlar yeni seriallara baxaraq qiymətləndirirlər.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir