Ana səhifə » Mövqe » Dağlar Yusif – “Nəzəri-konseptual “sayıqlama”lar” (I pərdə)

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Xəbər
May 25, 2019

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Afişa
May 23, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (23 may – 29 may)

Xəbər
May 23, 2019

Ən məhsuldar teatrşünas

Persona
May 23, 2019

İsrafil İsrafilov – Məmməd Cəfərin teatr düşüncələri

Xəbər
May 23, 2019

YUĞ Teatrında Orxan Pamukun romanı səhnələşdirilib

Xəbər
May 23, 2019

ADMİU-da Nazim Hikmətin əsəri tamaşaya qoyulub

Xəbər
May 23, 2019

“dOM” Teatrı Beynəlxalq Festivalda iştirak edəcək

Mozaika
May 23, 2019

Fuad Poladovun 14 il əvvəl çəkildiyi filmindən nadir fotolar…

Xəbər
May 22, 2019

Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir

Xəbər
May 20, 2019

Akademik Milli Dram Teatrında Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək

Mövqe
May 20, 2019

Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə açıq məktub!

Xəbər
May 20, 2019

“Aləmin Nəfəsi: Nəsimi” tamaşası 3 böyük müfakata layiq görüldü

Mövqe
May 20, 2019

Xəyalə Rəis – 25 il gözləməyə dəyərdi…

Xəbər
May 18, 2019

Afaq Bəşirqızıdan məmurlara sərt çağırış – “Cənab məmurlar, siz də ayılın”

Afişa
May 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (16 may – 22 may)

Persona
May 18, 2019

Teatr direktorları “Kaspi” qəzetinin “Teatr” əlavəsini təbrik etdi

Müsahibə
May 17, 2019

Nigar Pirimova – Teatrlarımızın son beş ili

Müsahibə
May 17, 2019

ADMİU-dan reportaj: “Biz “Stanislavski sistemi”ni bilmirik!”

Xəbər
May 16, 2019

“Yarımçıq qalmış” Caspian Awards mükafatına layiq görüldü

Xəbər
May 15, 2019

ADMİU-da Əlisəfdər Hüseynovun “Kinonun fəlsəfəsi” kitabının təqdimatı keçiriləcək

Xəbər
May 15, 2019

Lənkəran Teatrında “Senemar” faciəsinin premyerası olub

Xəbər
May 15, 2019

Teatr Xadimləri İttifaqında “Ezop-Əzab”

Xəbər
May 14, 2019

ADMİU Beynəlxalq Elmi Konfransa dəvət edir

Xəbər
May 10, 2019

Prezident mükafatçıları məlum oldu

Xəbər
May 10, 2019

Prezident fərdi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb

Xəbər
May 10, 2019

“Ey Azərbaycanım”

Xəbər
May 10, 2019

“Danabaşlar” tamaşası nümayiş olunub

Afişa
May 10, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (9 may – 15 may)

Xəbər
May 10, 2019

Rəhman Rəhmanovun səhhəti pisləşib

Dağlar Yusif – “Nəzəri-konseptual “sayıqlama”lar” (I pərdə)

Aktyor “hər şey” olmaqdan ötrü əvvəlcə gərək “heç bir şey” olmağı bacarsın. Hər bir rolun məşqinə aktyor bir “heç kim” olaraq başlamalıdır. Tamaşa da, rol da palimpsestdir – mətn üstünə yazılmış mətndir. Rejissor dramaturqun mətni üstünə öz konsepsiyasını yazır. Aktyor sanki papirusdur (Kristian Lüpa). O, rejissorla birgə özünü pozub hər tamaşaya uyğun bir də yazır. Özünü pozmaq deyəndə biz aktyorun yaradıcı insan kimi sıfırlanmasını nəzərdə tuturuq (sıfır substansiyadır – bütün rəqəmlər ondan yaranır, sanki hamısı onun içindən çıxıb müsbət və mənfi sonsuzluğa doğru şütüyür). Təbii ki, o, öz individuallığını, iradəsini, şəxsiyyətini, dominant “mən”ini, bədənini, yəni ki, BİOSunu pozub, silib ata bilməz. Sadəcə,  bunların hamısını başlanğıc nöqtəsinə endirməyi, yaradıcı substansiyaya çevirməyi, oynayacağı rolu onlardan oluşmuş mətnin üstünə “yazmağı” bacarmalıdır.

Bu yepyeni – ön yarğıdan, klişeli qavrayış və davranışdan arınmış bir yazıdır. Aktyor saf, xalis yaradıcılığa çatmaq üçün neytral maskadan başlamalıdır. Neytral maskanı iki yerə ayırmaq olar: iç və dış, yəni psixoloji və fiziksəl neytral maska. “Neytral maska” ifadəsini mən Jak Lekokdan çırpışdırmışam. Mahiyyəti isə budur ki, aktyor yaradıcılıq aktını gerçəkləşdirmək üçün əvvəlcə hisslərini və bədənini saflaşdırmalıdır, obyektiv və subyektiv aləmin ona sırıdığı davranış və duyğulardan canını qurtarmalıdır. Yalnız bu zaman aktyorun “saf oyun”u, seyrçinin “saf seyr”i gerçəkləşə bilər. Bəs aktyorun “saf oyun”u nə deməkdir?.. Gəlin gündəlik “teatral həyatımız”dan (bizim belə bir həyatımız var idi, yəni?!) misal gətirək: təsəvvür edək ki, yeni premyeranın baş tutacağı barədə xəbəri oxuyuruq: “Xanqulunun taykeş corabları” tamaşası oynanılacaq. Baş rolu ifa edir, məsələn, Fuad Poladov və ya Fəxrəddin Manafov, yaxud Nurəddin Mehdixanlı”. Elə həmən andaca önyarğı başlayır saat kimi işləməyə – adı çəkilən aktyorun bütün “tarixi”, yaradıcılığı, sevgi macəraları, “fəxri ad”ı, verdiyi müsahibələr, dostum Əlibalanın bu aktyor haqda fikri və s. baxmadığım tamaşa, görmədiyim aktyor ifası ilə bağlı fikrimi ciddi cəhdlə formalaşdırmağa çalışır və bunu bacarır. Deməli, “saf seyr” gedir işinin dalınca! Martin Esslin buna “ön oyun” deyir. İndi gələk aktyorun “saf oyun”una. B.Spinoza deyir ki, o şey ki, özündə var, deməli, o həqiqətən var. Burdan itələnib mən də deyirəm ki, bir tamaşa əgər hər hansı aktyordan (fərddən) bağımsız yaşamağı bacarırsa, demək, o tamaşa, həqiqətən var.

Nədənsə, Azərbaycan teatrının bir çox “böyük rejissor”ları özlərinin “böyük tamaşa”larını həmişə hansısa “böyük aktyor”larla qurublar. İndi burada kimdir böyük? O “böyük aktyor”lar da “böyük tamaşa”ları tərk edib getdikləri zaman məlum olub ki, bu tamaşa heç də böyük filan deyilmiş və özlüyündə həmən “böyük aktyor”dan ibarət imiş. Bir tamaşa ki, bir “böyük aktyor”dan ibarətdir, demək, o, ümumiyyətlə tamaşa deyil. Həmən bu “böyük aktyor” isə bu tamaşadan o tamaşaya elə ancaq öz “böyük aktyor”luğunu oynayır və bu da olur AKTYORUN EQOSENTRİK TEATRI. Bu cür fəsadlar, əsasən, BÖYÜK REJİSSORların bitib tükəndiyi teatr cameəsində müşayiət olunur. Məncə, aktyorun saf sənəti odur ki, o, seyrçiylə tamaşanın “mütləq həqiqəti” arasında mediator olmağı bacarsın. Daha öz ehtiraslarını, qəlib poza və jestlərini, bulaq kimi axan səsini (bulaq kimi axsa, yenə dərd yarıdır), gözəl bədənini seyrçiyə sırımasın.

Və sual: “Bir məmləkət ki… teatrında rollar “fəxri ad”lara, yaxud qondarılmış “tayfa ittifaqları”nın, “dostluq-qardaşlıq” icmasının qayda-qanunlarına görə bölünür, orada hansı saf sənətdən, hansı “saf oyun”dan, “saf seyr”dən söhbət gedə bilər?!”

Bilirəm, belə bir məmləkəti təsəvvür etmək mənim dəyərli həmvətənlərim üçün çox çətindir… hərgah siz bunu bacarsanız, onda yuxarıdakı sual haqda düşünməyinə dəyər.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir