Ana səhifə » Sosium » “Nəsimi ili – Nəsimi dili” festivalı başa çatıb

Son yazılar

Afişa
Avqust 23, 2019

3-cü M.A.P Beynəlxalq Teatr Festivalı başlayır

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

“Nəsimi ili – Nəsimi dili” festivalı başa çatıb

12-13 aprel tarixlərində Azərbaycan Teatr Xadimləri İttifaqında “Bir teatr, bir festival” layihəsi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrınının təşkil etdiyi “Nəsimi ili – Nəsimi dili” festivalı keçirilib. Tədbirin quruluşçu rejissoru teatrın bədii rəhbəri-direktoru, Əməkdar artist İntiqam Soltan, musiqi tərtibatçısı Rauf Hüseynli, qəzəllərin seçiminə məsul və tədbirin ədəbi tərtibatçısı Arzu Soltan, rəqslərin quruluşçusu Könül Şahbazova, səhnə tərtibatçısı Sevda Məmmədovadır. Teatrın aktyorları Niyaz Qasımov və Mehman Piriyev də festival üçün çıxışların seçilməsində yaxından iştirak edib. Festivalda Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış edib, müstəqil qəzəl təqdimatları və müxtəlif kompozisiyalar nümayiş etdiriblər. Təqdimatlarda Nəsimi poeziyasının nümunələrinə fərqli yanaşmalara və yozumlara yer verilib. İctimai Televiziya və Radio Yayımları Şirkəti və TeatrO.az sənət portalının informasiya dəstəyi ilə həyata keçirilən festivalda Bakı Uşaq Teatrı ilə yanaşı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Respublika İncəsənət Gimnaziyasının təmsilçiləri də Nəsimi poeziyasından nümunələrlə çıxış edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bu ili ölkəmizdə “Nəsimi ili” elan edib. Böyük şair və mütəfəkkir Nəsiminin 650 illiyi bu il təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında təntənəli şəkildə qeyd olunur.
TeatrO.az teatrşünas Əli Hacılının “Nəsimi ili – Nəsimi dili” festivalından hazırladığı reportajı təqdim edir:
Festival başlamazdan öncə Teatr Xadimləri İttifaqının foyesində İncəsənət Gimnaziyasının şagirdi Aysel Qasımovanın miniatür sərgisi nümayiş olundu. Teatr Xadimləri İttifaqının böyük səhnəsində keçirilən festivalı giriş sözü ilə Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov açdı. Hacı İsmayılovdan sonra Bakı Uşaq Teatrının bədii rəhbəri və baş rejissoru, Əməkdar artist İntiqam Soltan festival və münsiflər heyəti barədə tamaşaçılara məlumat verdi. Onun maraqlı çıxışı tamaşaçı alqışlarıyla müşayiət olundu. Bakı Uşaq Teatrının hazırladığı səhnəcikdən sonra İntiqam Soltanın ifasında Nəsimi qəzəllərindən biriylə tədbir açıq elan edildi. Nəsimi poeziyasının incə ruhlu nümunələrindən sayılan məhşur “Etməgil” qəzəlini Mehman Dilqəmoğlu səsləndirdi. Ardınca Bakı Uşaq Teatrının aktrisası Flora Hüseynova Nəsiminin “İstəməz” qəzəlini təqdim etdi. Teatrın aktyorları Sənan Fərzəliyev və Turəxanım Qasımova “Yaralı könlüm” kompozisiyası ilə Nəsimi şeirinin bir bədəndə və ruhda olan vəhdətini çatdırmağa çalışdılar. Teatrın aktyorları Niyaz Novruzov, Günay Pirizadə və Rauf Hüseynov “Sübhdən dildarımı gördüm” kompozisiyasını ifa etdilər. Rauf Hüseynli qolları bağlı şəkildə səsləndirdiyi qəzəllə sanki monotamaşa göstərirdi. Bu fərqli çıxış tamaşaçıların yaddaşına yazıldı. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Əmrah Dadaşovun ifa etdiyi “Neylərəm” qəzəli də tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Ağ və qara geyimlərdə səhnəyə çıxan Arzu Soltan və Cəlal Baba “Kamalın arzular” musiqili kompozisiyasını təqdim etdilər. Onların çıxışının proloqu olaraq sufi rəqsi nümayiş edildi. Maraqlı çıxışlar bir-birini əvəz edirdi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 6 tələbəsinin ifa etdiyi musiqili kompozisiya festivala xüsusi rəng qatdı. Tələbələrin ardınca BUT-un aktyoru Emin Balayev “Apardı könlümü məndən”, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Mehriban Zalıyeva “Allahu əkbər, ey sənəm” qəzəlini səsləndirdi. Bakı Uşaq Teatrının aktrisası Gülər Ləzgiyevanın “Sənəm” adlı kompizisiyası isə Şərq mədəniyyətinin elementlərini özündə ehtiva edirdi. Elnarə Nağdəliyevanın (Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) “Hardasan”, Gülnarə Abbasova və Ədalət Ağaverdizadənin (BUT) “Yanaram” kompozisiyası da maraqla qarşəlandı. Niyaz Qasımov, Könül Şahbazova və Şahin Kazımovinin təqdim etdiyi “Ya-hu” kompozisiyası festivalda ən çox alqış alan ifalardan oldu. İfaçılar qəzəl, muğam və musiqi alətləri vasitəsilə tamaşaçı salonunu Nəsimi ruhu ilə doldurdular. Elçin Cəfərov (BUT)” Mərhəba” qəzəli, Əliqulu Səmədov (BUT) “Ayrılıq” kompozisiyası, Sumqayıt Dövlət Dram Teatrı “Şair və sultan” kompozisiyası, Sovqat Səmədova (BUT) “Üz döndərmərəm” qəzəli, Sərxan Səmədov (Azərbaycan Dövlət Dərbənd Teatrı) “İstəməz” qəzəli, Qurban Əhmədov, Nərminə Məhərrəmova (BUT) “Fly to stay alive”( “Yaşamaq üçün qanadlan”), İncəsənət Gimnaziyası şagirdləri Şahbazov Xəqani, İbrahimov Mircərciz, İsmayılov Ruslan, Hacıyev Məhəmməd və Şərifov Oktay musiqili kompozisiyası ilə çıxış etdilər. Nəsimi irsinə böyük sevgi ilə hazırlanmış çıxışlar maraqlı və yaddaqalan idi.

Mükafatlandırma mərasimi növbəti gün 13 apreldə Teatr Xadimləri İttifaqınınn foyesində baş tutdu. Mərsimin açılışını Bakı Uşaq Teatrının direktoru, bədii rəhbəri İntiqam Soltan etdi. Mükafatlandırma Başı Şəhər Mədəniyyət Baş İdarəsinin fəxri fərmanlarının təqdim olunması ilə başladı.
Fəxri fərmanlardan sonra isə festivalın “təşəkkürnamə”lərini təqdim etmək üçün Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Xalq artisti Rafiq Əliyev, Hacı İsmayılov və Vidadi Qafarov səhnəyə dəvət edildilər. İncəsənət Gimnaziyasının şagirdləri və Bakı Uşaq Teatrının uşaq studiyası öz rəqsləri və ifaları ilə tədbirə rəng qatdılar. Əlavə olaraq, Azərbaycan Teatr Xadimləri İttifaqının göstərdiyi təşkilatı köməkliyə görə də “təşəkkürnamə”lər verildi. Mükafatlandırma əsnasında münsiflər heyətinə “təşəkkürnamə”ləri və xatirə hədiyyəsini təqdim etmək üçün Mədəniyyət Nazirliyinin Elm və təqdiqatlar sektorunun müdiri Vüqar Məmmədov səhnəyə dəvət edildi.

Teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov (sədr), bədii qiraət üstası, Əməkdar artist Azad Şükürov, nəsimişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva, əruzşünas, şair-dramaturq İlqar Fəhmi və rejissor Mirsahib Ağazadədən ibarət münsiflər heyətinin qərarına əsasən, festivalın birinci mükafatına “Ya-hu” kompozisiyasına görə Niyaz Qasımov, Könül Şahbazova və Şahin Kazımovi layiq görüldü. İkinci yeri isə “Etməgil” qəzəlinə görə Mehman Piriyev (Dilqəmoğlu) və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin musiqili kompozisiyası qazandı. Üçüncü mükafatın isə üç qalibi oldu: “Neylərəm” qəzəlinə görə Akademik Musiqili Teatrın aktyoru Əmrah Dadaşov, “Sənəm” kompozisyasına görə Bakı Uşaq Teatrının aktrisası Gülər Ləzgiyeva və “Kamalın arzular” kompozisiyasına görə Bakı Uşaq Teatrının aktyorları Arzu Soltan və Cəlal Baba. Qaliblərə mükafatları münsiflər heyətinin sədri teatrşünas Vidadi Qafarov və üzvləri aktyor Azad Şükürov və rejissor Mirsahib Ağazadə təqdim etdi.
Mərasimin sonunda çıxış edən İntiqam Soltan festivalın keçirilməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirdi və qeyd etdi ki, Bakı Uşaq Teatrı bu ənənəni davam etdirəcək və gələn il Yalan festivalının keçirilməsi nəzərdə tutulur.

Fotolar: Razimə İsmayılova
Əli Hacılı

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir