“Mövsümün sonu” beynəlxalq festivaldan mükafatla dönüb

Azərbaycanlı rejissor Elmar İmanovun ekranlaşdırdığı “Mövsümün sonu” filmi Rotterdam Beynəlxalq Film Festivalında (Niderland) “FIPRESCI” mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimində filmin əsas heyəti iştirak edib.
Mərasimdə çıxış edən rejissor festivala dəvətə görə təşəkkürünü bildirib.
“Festivalda filmin ilk nümayişi, həm də dünya premyerası idi. Nümayiş zamanı bütün kollektivin bir arada olması və filmin beynəlxalq kino tənqidçilərinin “FIPRESCI” mükafatına layiq görülməsi sevindirici hadisə idi. Layihəni dəstəkləyənlərə, o cümlədən “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmova minnətdarlığımı bildirirəm. Almaniyadan olan əsas prodüser Eva Blondiau, filmin yaradıcı heyəti olmadan yəqin ki, belə uğurlu bir iş ərsəyə gəlməzdi. İnanıram ki, tezliklə “Mövsümün sonu”nun Azərbaycanda da premyerasını reallaşdırmaq mümkün olacaq”, – deyə rejissor söyləyib.
Qeyd edək ki, film ailə-məişət mövzusundadır. Bir ailədə yaşayan ata, ana və oğulun münasibətləri, üç fərqli insan, üç fərqli düşüncə və bir-birindən bezmiş bu insanların daxili problemləri diqqət mərkəzinə çəkilir. “Color of May” kinoşirkətinin C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, “Azharifrey”, “Maisis Peri” şirkətləri ilə müştərək ərsəyə gətirdiyi ekran əsərinin çəkilişləri ölkəmizdə aparılıb. Filmdə əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfərov, aktyorlar Zülfiyyə Qurbanova, Mirmövsüm Mirzəzadə və başqaları ifa ediblər.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Nigar Pirimova – “Buratino” ilə görüş

Uşaqkən nağılları dinləməkdən, onların əsasında çəkilən cizgi filmlərini, bədii filmləri izləməkdən doymazdıq. Günü bu gün də o vaxtın filmləri nümayiş olunandan acgözlüklə baxıram, çünki...

ADMİU diplomçularının “Bremen musiqiçiləri” tamaşası nümayiş olunub

24 yanvar tarixində Gənc Tamaşaçılar Teatrının böyük səhnəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Bremen musiqiçiləri” adlı diplom tamaşası nümayiş olunub. Y.Etin və V.Livanovun...

6 Reasons Girls Should Play Sports

Seen you eyes son show. Far two unaffected one alteration apartments celebrated but middletons interested. Described deficient applauded consisted my me do. Passed edward...

Recent

Şahanə Urfan – “Kinoda yeni dini istiqamət”

Kanonik mətnlərin vizuallaşdırılması problemi XX əsrin sonu XXI əsrin əvvəlləri incəsənətin bir çox sahələrində olduğu kimi kinematoqrafiyada da istər məzmun, istərsə də forma səviyyəsində dəyi­şikliklər...

Cövhər Xeyrullayeva – “PARAD” – Dörd avanqardistin birgə məhsulu

1911-ci ildə əsası qoyulan və dövrünün ən önəmli fiqurlarını ətrafında cəmləyən “Sergey Dyagilevin Rus Baleti” truppası nəinki Rusiya, eləcə də, dünya xoreoqrafiya sənətinin inkişafında...

Niftulla Əsgərov: “Lənkəran Teatrı mənə yol göstərib”

Mayın 27-də Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi ilə bağlı sərəncam imzaladı. Həmin gün siyahıda adı olan sənətkarların sevincinin həddi-hüdudu yox idi....