Mir Sahib Ağazadə: “İntəhası”

“İntəhası”nı  YUĞ Teatrının rejissoru Mir Sahib Ağazadə deyəcək.

1. M.Meterlinq “teatrda sükut səhnə hərəkətinin ən yüksək təzahürüdür” – deyir. İntəhası… bu sükutu səhnədə hərəkətə döndərən sənətkara səd mərtəbə əhsən.

2. XX əsrə rejissor əsri deyirdilər. İntəhası… tutalım, əsrimizin həzrəti İsası mənəm, bu soxa-soxda nə möcüzə icad eləyim?!

3. Allah Stanislavskiyə rəhmət eləsin. İntəhası… İbrahimin oğlu Vaqifə vaqif olanlar adından…

4. Absurd teatrda söz fikri yoxsullaşdıran, təhrif edən, fikri ifadə etməkdən çox ona mane olan ştampdır. İntəhası… əvvəlcə söz yarandı, sonra külli-kainat. Və bu özü də bir absurddur.

5. İstedadlı aktyorlarımız çoxdur. İntəhası… istedadsız aktyorlarımız üçün daha rahat meydan var.

6. O əjdahadan bizdə də var. İntəhası… bizdə yeddibaşlıdır, hər baş bədəni bir tərəfə çəkir.

7. Dünyanın 70-dən çox ölkəsində 50 milyondan artıq azərbaycanlı yaşayır. İntəhası… Milyon, milyon, milyon, al qızıl gül…

8. Müvəqqəti narahatçılığa görə üzr istəyirik. İntəhası… ömürdən gedir.

9. Min qəmim vardır, birin mindən bir adəm bilməyir,
Həm bu bir qəm ki, min adəmdən biri qəm bilməyir. İntəhası…
Nə qəmim adəmə bəlli, nə adəmlədir qəmim,
Hər qəmim bir Aləmə bəlli, bir aləmdir hər qəmim…

10. Nağılların sonunda göydən üç alma düşür. İntəhası… biri çürük, biri kiçik, biri çirk…

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Moskva “Müsyö Jordan”a inanır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının IV kurs aktyor tələbələri Moskvadan, iştirak etdikləri “QİTİS - ustad dərsi” teatr festivalından qayıdıb. 21-25 aprel tarixlərində...

Qazaxıstanda VII Beynəlxalq Teatr Festivalı keçiriləcək

Qazaxıstanın Teatrlar Assosiasiyası Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə 30 oktyabr-6 noyabr 2018-ci il tarixində Mərkəzi Asiya ölkələrinin VII Beynəlxalq Teatr Festivalını...

The Byzantine Empire from its Glorious Beginnings to its Fall

Commandeered by Neil Armstrong, the Apollo 11 mission was a spaceflight that landed the first two people on the Moon. Following the "Cold War"...

Recent

YUĞ Çexovla tətilə çıxdı

15 iyun tarixində YUĞ Dövlət Teatrında 29-cu teatr mövsümünün bağlanış mərasimi olub. Əvvəlcə kollektivin və media nümayəndələrinin iştirakı ilə mövsümün yekunlarına həsr olunmuş tədbir...

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Tamaşaçılar nə üçün namərd davranışlarına baxmayaraq, Şekspirin mənfi qəhrəmanlarına heyrandır? Biz bunu Şekspir tədqiqatçısı  Aleksey Bartoşeviçdən soruşduq. - Şeksprin ən məşhur mənfi qəhrəmanları kimlərdir? - Mənə...

“Arşın mal alan” Samsun Dövlət Opera və Balet Teatrında

Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” operettası Türkiyənin Samsun Dövlət Opera və Balet Teatrında nümayiş olunub. Tamaşanı yeni quruluşda Azərbaycan Dövlət Akademik Opera...