Mingəçevir teatrının səhnəsində “Ayı”

Mingəçevir Dövlət Dram Teatrında yeni tamaşa hazırlanır. Teatrın mətbuat xidmətindən verilən məlumata gorə, truppa bu dəfə A.P.Çexovun “Ayı” adlı əsərinə müraciət edib. Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Rafael Həşimov, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor assistenti Məlahət Ağayeva, rəqslərin quruluşçusu Eyvaz Əliyevdir.

Tamaşada rolları Ella Yaqubova, Şıxı Yaqubov, Aydın Quliyev, Asim Məmmədov, Fəridə Məmmədova, Nargilə Abdullayeva ifa edirlər. “Hazırda üzərində çalışdığımız eyni adlı səhnə əsərinə çağdaş teatr proseslərinə uyğun olaraq “eksperimental” tamaşa kimi hazırlayırıq. Əsərin süjet xətti iki şəxsin, kişi və qadının arasında “pul borcu” üstündə yaranmış konfilik üzərində qurulub. Burada qadın mərhum ərindən qalan borca görə münaqişəyə düşür. Borcunun ardınca gələn kişi (Smirnov) və borcu vermək istəməyən qadın (Popova) arasında kəskin və komik mübarizə başlayır. Və hadisələr davam etdikcə süjetin mahiyyəti dəyişərək duyğusal məcraya keçir”- deyə rejissor qeyd edib.

Tamasanın premyerası fevral ayının sonu üçün nəzərdə tutulub.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

GTT-nin 90 illiyi ilə bağlı Sərəncam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyinin qeyd olunması ilə əlaqədar Sərəncam imzalayıb. Sərəncamda deyilir: 2018-ci ilin noyabr ayında Azərbaycan Dövlət...

Akademik Milli Dram Teatrının kollektivi Mahaçqalaya qastrol səfərinə yollanıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Mahaçqalaya qastrol səfərinə yollanıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, mədəniyyət ocağı öz repertuarında böyük uğurla nümayiş...

Bəhram Osmanov “Varislər” tamaşasının məşqlərinə başlayıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tatar dramaturqu İ.Zeyniyevin “Burqanın evi” pyesinin motivləri  əsasında “Varislər” tamaşasının məşqlərinə başlanıb. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram...

Recent

Paytaxt teatrlarının repertuarı (21-30 iyun)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı  22 iyun Elçin “Cəhənnəm sakinləri” saat 19:00 23 iyun İ.Əfəndiyev “Boy çiçəyi” saat 19:00 24 iyun R.Kuni “Zorən şorgöz” saat 19:00 29 iyun M.S.Ordubadi “Qətibə inanc”...

Səbuhi Məmmədov: “Kinonun həm də biznes kimi inkişafını istəyiriksə…”

Bir filmin uğurunun yarısını yaxşı ssenari, rejissura müəyyənləşdirirsə, yarısı da aktyorların doğru seçilməsindən asılıdı. Onları tapıb müəllifə təqdim eləyənsə kastinq direktorudu. Azərbaycan kinosunda bu...

Xalq teatrları və dram dərnəkləri

Xəbər verdiyimiz kimi, 23 may 2018-ci il tarixində Yevlax şəhər Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və Bərdə Regional...