Mikayıl Mikayılov, “Yoxsa…”

TeatrO.az saytının “Yoxsa” 21 ekspress sual layihəsində rejissor Mikayıl Mikayılov:
1. Teatr, yoxsa kino?
– Teatr. Çünki insanlar arasında canlı ünsiyyət yarada bilir. İndi və burada baş verən bir aktdır, fiksasiya olunmur və hər zaman başqa cür ola bilir.
2. Şərq, yoxsa Qərb?
– Heç biri. Çünki bu anlayışlar ancaq insan beynində mövcuddur. Çərçivələri, sərhədləri insan beyni yaradıb. Bütün problemlər elə buna görədir.
3. Öyrənmək, yoxsa öyrətmək?
– Öyrətmək. Çünki öyrədərək öyrənirsən.
4. Kamal Abdulla, yoxsa Əli Əmirli?
– Kamal Abdulla. Çünki postmodern teatra daha yaxındır.
5. Komediya, yoxsa tragediya?
– Komediya. Çünki tragediya ola bilir.
6. Şapiro, yoxsa Jenovaç?
– Jenovaç. Çünki onun tamaşalarını canlı izləmişəm.
7. Materializm, yoxsa idealizm?
– Heç biri. Çünki “Şərq, yoxsa Qərb” cavabına bax.
8. Aktyor, yoxsa rejissor?
– Aktyor. Çünki aktyorsuz teatr mövcud deyil. Səhnədə biz aktyorun yaradıcı aktını görürük və təsirlənirik. Əsas aktyordur!
9. Sinopsis, yoxsa ssenari?
– Ssenari. Çünki ssenari mükəmməl olmalıdı.
10. Sonaxanım Mikayılova, yoxsa Elen Terri?
– Sonaxanım Mikayılova. Çünki Elen məşqlərə gəlmirdi.
11. Yuğ, yoxsa Azdrama?
– Yuğ teatrı. Çünki doğmadı, uşağlıq vaxtlarım orada keçib. Teatr aləminə ordan gəlmişəm.
12. Futbol, yoxsa tamaşa?
– Tamaşa. Çünki futbol haqqında tamaşa hazırlamaq olar.
13. Tarkovski, yoxsa Fellini?
– Tarkovski. Çünki Fellini kimi dahidir.14. Oyun, yoxsa ayin?
– Oyun. Çünki Oyun universal bir anlayışdır, fenomendir. Bütün insan sivilizasiyası, mədəniyyəti Oyundan yaranıb.
15. Şah, yoxsa şair?
– Şair. Çünki Şah şair ola bilməz, amma Şair…
16. Mirzə Cəlil, yoxsa Qoqol?
– Qoqol. Çünki allah ona rəhmət eləsin.
17. Klim, yoxsa Evripid?
– Evripid. Çünki Klimdə mövcud olan sualların cavabını Evripiddə tapmaq olar.
18. Xanuma, yoxsa Medeya?
– Xanuma. Çünki uşaqlarını öldürmür.
19. Viy, yoxsa “Dəlinin qeydləri”?
– Viy. Çünki birinci tamaşam (“VİY adlı monstr haqqında dəlinin qeydləri”) həmin povest əsasında hazırlanıb.
20. V.İbrahimoğlu, yoxsa Stanislavski?
– Vaqif İbrahimoğlu. Çünki Ustadım, müəllimimdir. Böyük təsiri olub və olacaq.
21. Bakı, yoxsa Novosibirsk?
– Praqa. Çünki mənim aləmimdə bu iki şəhəri birləşdirən bir məkandır.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Aktrisa İrəvan Teatrının direktoru İftixar Piriyevi məhkəməyə verdi

İrəvan Teatrının direktoru İftixar Piriyev növbəti  dəfə  məhkəməyə verilmişdir.

Nigar Pirimova – “Çalınmamış serenada”

Bir gün mənsiz qalanda, ürəyini dağlama Ötən günləri anıb, mən öləndə ağlama Tam üç il öncə dahi Füzulinin “Leyli və Məcnun” əsərinin Gənc Tamaşaçılar Teatrında premyerası...

Fuad Poladovun şəxsi arxivi Teatr Muzeyində – Saatı, eynəyi, şərfi… – FOTO

Şəxsiyyət - öz mövqeyi, əqidəsi olan, ətrafda baş verən hadisələrə biganə qalmayan, lazım olan anda sözünü deyən, mövqeyini bəlli edən,sözü eşidilməyəcək yerdən vaxtında getməyi...

Recent

Nicat Qərib – “Ağrıların rəngi”

İlk dəfə bu əsərin quruluşu mənə təklif ediləndə çox tərəddüd etdim. İmtina etmək də istəmirdim. Bilirsiz, bu əsəri oxuyanda adama elə gəlir ki, çox...

Gənclər nə istəyir ?

Azərbaycan Dövlət Musiqili Teatrında “Gənclər nə istəyir?” mövzusunda teatr rəhbərliyi ilə gənclərin ənənəvi görüş keçirilib. Görüşdə gənc istedadların bir sıra yeni ideyaları, təklifləri dinlənilib, həlli...

Dağlar Yusif – “Şən keçilərin sevgi odası…”

( komediyavari faciə üçün essevari resenziya ) Sevgi ilahi substansiyadır, enerjidir – hər şey onunla başlayır, hər şey onsuz bitir. Sevgi mədəniyyətdir – insanın təbiətində gəzib...