Ana səhifə » Persona » Müsahibə » Meral Konrat: “Azərbaycanda məni çox sevirlər”

Son yazılar

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Xəbər
Aprel 21, 2019

“Narkomaniyanın faciələri” adlı tədbir keçiriləcək

Xəbər
Aprel 20, 2019

Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi qeyd olunub

Persona
Aprel 20, 2019

Əlisəfdər Hüseynov – Eldəniz Zeynalov paradoksu

Xəbər
Aprel 19, 2019

“Tuğanlıq – 2019” Festivalına həsr olunmuş mətbuat-konfransı keçirilib

Müsahibə
Aprel 19, 2019

Rövşən Almuradlının Ədil İsgəndərova olan əhd borcu – “Sənət əbədidir, ömür amanat…”

Xəbər
Aprel 19, 2019

Bakı Uşaq Teatrı qastrol səfərindədir

Xəbər
Aprel 19, 2019

Qabil Quliyev: “Özümü həmişə olduğu kimi hiss edirəm”

Xəbər
Aprel 19, 2019

Teatrda yeni təyinat

Xəbər
Aprel 19, 2019

Gənc Tamaşaçılar Teatrında “Möcüzəli pillələr” hazırlanır

Xəbər
Aprel 19, 2019

Qax Dövlət Kukla Teatrının direktoru: Prezidentimizin son Sərəncamı teatrların inkişafına güclü təkan verəcək.

Xəbər
Aprel 18, 2019

“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirələr davam etdirilir

Xəbər
Aprel 18, 2019

Adanada Gəncə Teatrının tamaşasını çox bəyəniblər

Mozaika
Aprel 18, 2019

Cövhər Xeyrullayeva – Sanduq əl-əcaibin Qax nağılları

Müsahibə
Aprel 18, 2019

Bəxtiyar Xanızadə – Peşəni öyrədərəm, amma heç kimə insanlığı öyrədə bilmərəm”

Mövqe
Aprel 18, 2019

Azərbaycan məktəbliləri Beynəlxalq Məktəblərarası Teatr festivalında iştirak edir

Afişa
Aprel 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (18 aprel – 24 aprel)

Resenziya
Aprel 18, 2019

Fəridə Cəlilova – TEATR ƏHLİNİN XUDPƏSƏND CAZİBƏSİ

Xəbər
Aprel 18, 2019

Tovuzda üçüncü respublika xalq teatrları festivalının növbəti seçim mərhələsi keçirilib

Xəbər
Aprel 18, 2019

İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

Xəbər
Aprel 17, 2019

YUĞ Teatrının kollektivi Prezidentin Sərəncamını sevinclə qarşılayıb

Sərəncam
Aprel 17, 2019

Prezident teatrlara bir milyon iki yüz min manat pul ayırdı

Xəbər
Aprel 17, 2019

Dağıstanda Beynəlxalq Milli Teatrlar Festivalı keçiriləcək

Müsahibə
Aprel 17, 2019

Gələcəyi əmin əllərdə olan ADMİU-nun SABAH-ı

Müsahibə
Aprel 17, 2019

Meral Konrat: “Azərbaycanda məni çox sevirlər”

Müsahibə
Aprel 16, 2019

Ziya Ağa: “Kino saçımı tumarlayır, teatr ruhuma sığal çəkir”

Xəbər
Aprel 16, 2019

Sənətçilərimiz Vyanada “Bulmuşam həqqi” deyiblər

Təhsil
Aprel 16, 2019

Məryəm Əlizadə – “Teatr dünyasına açılan pəncərə…”

Xəbər
Aprel 15, 2019

Akademik Milli Dram Teatrında “Dəli yığıncağı” qurulur

Mövqe
Aprel 15, 2019

Jan-Lui Barro – “Teatr haqqında düşüncələr”

Xəbər
Aprel 14, 2019

Sumqayıt teatrının aktyorunun vəziyyəti pisləşib

Meral Konrat: “Azərbaycanda məni çox sevirlər”

90-cı illərə öz damğasını vuran türkiyəli aktrisa Meral Konrat. Biz onu “Təhminə və Zaur” filminin Təhminəsi kimi tanıyırıq. Təhminə obrazı ilə Azərbaycan tamaşaçılarının qəlbində taxt quran aktrisa Türkiyə mətbuatına verdiyi müsahibəsində Azərbaycana olan sevgisindən və Təhminə obrazından danışıb. Müsahibəni olduğu kimi sizə təqdim edirik.

– Meral xanım, bizə özünüz haqqınızda danışa bilərsinizmi?

– Mərmərə Universitetinin Gözəl Sənətlər fakültəsinin memarlıq ixtisasında təhsil almışam. Tələbəlik illərimdə aktrisa kimi reklamlara çəkilməyə başladım. Bu reklamlar məni aktrisa olaraq tanıtdı. Beləliklə, ilk dəfə “Üçüncü göz” filminə çəkildim. Bu filmdəki obrazıma görə “ən yaxşı aktrisa” mükafatını qazandım və bu uğur məndə kinoya böyük sevgi oyatdı. Universitetdən aldığım diplomu evin divarından asdım. Bu günə qədər aktrisa kimi addım-addım irəlilədim. Bir çox filmlərdə canlandırdığı obrazlara görə, mükafatlar qazandım. Sonralar saysız film və seriallarda baş rollarda çıxış etdim. Mənim üçün ən dəyərli obraz Azərbaycanda “Təhminə və Zaur” filmində oynadığım Təhminə oldu. Təhminənin sözləri Azərbaycan dilində idi və mən çox çətinliklə o sözləri əzbərləyirdim. Təhminə obrazını Azərbaycan dilində oynadım və bu obraz mənə Moskvada və Azərbaycanda böyük mükafat qazandırdı. Azərbaycan xalqı məni azəri olaraq görür. Daha sonra Azərbaycanda bir neçə dəfə “Təhminə və Zaur” filmi və serialı çəkildi. Bir neçə Təhminə və Zaurlar oldu. Ancaq hər kəs o Təhminələrdə Meral Konratı axtarıb. Azərbaycanda “Təhminə və Zaur” filmi həftədə 3 dəfə göstərilir. Mən o filmə 1993-cü ildə çəkilmişəm. Ancaq Azərbaycana getdiyim zaman hər kəs məni tanıyır, əli ilə məni göstərib, Təhminə deyərək yanıma qaçırlar. Yeddi yaşındakı uşaqlar belə məni tanıyır və mən buna çox təəccüblənirəm. Həqiqətən, inanılmaz bir şeydir. Bəzən orada olanda insanlar yanıma gəlib söhbət edirlər və mənə toxunurlar: “Sənə toxunduq, bundan sonra ölsək də, qəm yemərik. Siz canlı imişsiniz” deyirlər. Azərbaycanda mənə inanılmaz bir sevgi var. Ən çox bəyəndikləri aktrisalar arasında yer alıram. Onların media nümayəndələri hər il mənimlə müsahibə almağa gəlirlər.
Bundan başqa ən önəmli filmlərimdən biri də Rauf Denktaşın ssenarisini yazdığı, Ünal Küpelinin rejissorluğunu etdiyi “İşğal altında” filmidir ki, bu film də xaricdə və Türkiyədə bir çox mükafatlara layiq görülüb. Barış Mançonun “Sahildə” mahnısının klipinə çəkilmişəm. TGRT-də 10 il “Vitrin” verilişinin aparıcısı olmuşam. Hazırda aktrisalıq üzrə dərs deyirəm.– Tarık Akan ilə oynadığınız film sizə hansı qapıları açdı?
– Əslində, film sektoruna daxil olmağım bu filmlə oldu. Bu filmə gözucu baxsam da, sonradan tək peşəm aktyorluq oldu.

– İndi pedaqoq kimi fəaliyyət göstərirsiniz. Yeni Meral Konratlar yetişirmi?
– Yeni Meral Konratların yetişməsi çox çətindir. Çünki mən dişimlə, dırnağımla bu yerlərə gəlib çıxdım və bunu bacardım. Bu günə qədər bir çox mükafatlara layiq görülmüşəm. Yeni Meral Konratlar bir az çətin yetişər. Amma çox yaxşı aktyorlar yetişdirmişəm. Onlar bu gün kino sahəsində çalışırlar və uğur qazanırlar. İnşallah, daha yaxşı yerlərə gedib çıxarlar.

– Film sektorundan hər hansı bir təklif alsanız, dəyərləndirərsinizmi?
– Bu günə qədər aktrisalıqdan əl çəkməmişəm. Teatr, aktrisalıq dərsləri, aparıcılıqla məşğul olmuşam. Amma menecerlərim hər zaman zəif olub. İndi menecerlərlə doğru zamanda doğru layihələrlə çalışacağıq. İndiyə qədər bir çox təkliflər almışam. Onların içərisində yer almaq istədiklərim də olub. Menecerim Dərya Kaplan ilə yeni bir yola çıxırıq.

– Yeni nəsil aktyorlar haqqında nə düşünürsünüz?
– Məncə, çox uğurludurlar. Onların içərisindən çox yaxşı aktrisalar da var. Bizim zamanımızda ailələr bu sənətə çox pis baxırdılar. Ancaq indi bir çox ailələr uşaqların əlindən tutub onların aktyor kimi yetişməsi üçün mübarizə aparırlar. Bu sənət artıq sərfəli bir sahəyə çevrilib. Çoxlu aktyorluq kursları, akademiyalar açılır və orda gənclərimizə aktyorluq dərsləri keçirilir. Keçmişdə bizim sənətimizə belə münasibət yox idi.    – Kərim Tekinlə baş rollarını payılaşdığınız “Yaz aşkım” serialında bağlı xatirələrinizi bizimlə bölüşə bilərsinizmi?
– “Yaz aşkım” serialının prodüseri mən idim. O film, əslində, serial olacaqdı. Aktyor seçimləri əsnasında Kərimin ilk klipini gördüm və onunla görüşdük. Kərim də belə bir layihədə yer almaq istədiyini söylədi. Kiprdə çəkilişlərə başladıq. Kərim ailəsi ilə heç tətilə çıxmadığını və ailəsinin də orda olmaq istədiyini dedi. Biz də sevə-sevə qəbul etdik. Çəkilişlər başlayanda Kərim mənə müqavilə imzalatdırdı. Səbəbini soruşanda “Sonra cəriməsini mən çəkirəm” dedi. Kərimin ifa etdiyi obraz birinci bölümün sonunda avtomobil qəzası keçirirdi və ikinci bölümdə onun yaşadığı ortaya çıxacaqdı. Kərim o müqaviləni imzalatdıranda deyirdi ki, “siz sonra bu obrazı başqasına təklif edərsiniz, mənim rahat olmaram, ona görə də sizə bu kağızları imzalatdırıram”. Mən isə ona tək bir söz dedim – “Kərim, səninlə başladıq, səninlə davam edəcəyik”. Ancaq yenə də Kərim rahat olmurdu. Sonradan avtomobil qəzası səhnəsini çəkdik və o mənə yaşadığı bir hadisəni çəkməyimizi xahiş etdi. Biz bunu necə çəkərik, maşını hardan taparıq düşünərkən iki gün müddətində maşın axtardıq və onun istədiyi maşını tapa bilmədik. Serialın davamlılığı üçün eyni maşının olmağı vacib idi. Kərim çox məyus idi. Serialın montajı üçün İstanbula qayıtdıq. İkinci bölümdən çəkilişlərə başlayacaqdıq. Montaj işləri görülərkən çəkilişlərdən 10 gün sonra Kərimi itirdik. Bu mənə çox təsir etdi. Ondan sonra hər zaman özlüyümdə görəsən, o səhnəni çəksəydik, Kərim yaşayardımı, deyə düşünməyə başladım. Bu mənim həyatımda ən kədərli an idi. Və o serialı davam etdirə bilmədim. Serial film olaraq qaldı. Sanki Kərimin ürəyinə dammışdı ki, o bu serialda axıra qədər oynaya bilməyəcək. Mən isə ona söz vermişdim ki, mən ondan sonra rolu başqa birinə vermərəm. Danışdığımız kanal serialın davam etməsini istəsə də, mən çəkmədim. Onlar Kərimin serialdakı qəza görüntülərini istədilər, ancaq onu da vermədim. Mən onu film olaraq, sadəcə, Kərim Təkin olaraq buraxdım. Davamını çəksəydim, rahat olmazdım.

– Siz indi müasir filmlərdə də çəkilirsiniz. Yeşilçam zamanlarıyla bu günün kinoları arasında hansı fərqlər var?
– Mənim bəxtimə Yeşilçamın ən çətin zamanlarına düşdü. Yaxşı ki, bu sənətə o dövrlərdə gəlmişəm. Çox çətin şərtlər altında filmlər çəkirdik. Təsəvvür edin ki, filmdə səhnədən-səhnəyə keçid edəndə əynimizi dəyişərkən çəkilişlərin yaxın olduğu evlərə gedir, ev sahiblərindən əynimizi dəyişmək üçün icazə istəyirdik. “Üçüncü göz” filmində mən hər tərəfi yara olan bir qadını canlandırırdım. Dedilər ki, sizin üçün bir ev tapmışıq, orda geyinəcəksiniz, əynimi dəyişmək üçün qapını döydüm və qapını açanlar “başqa qapıya” deyərək qapını üzümə bağladılar. Quruyub qalmışdım. Çünki onlar fərqli bir aktrisa gözləyirdilər və məni dilənçi hesab etdilər. Hər tərəfi yara içində olan, üzü-gözü yara, cır-cındır geyimdə binini görüb, onu dilənçi hesab etmişdilər. Onları çox çətinliklə aktrisa olduğuma inandırmışdıq. Çox çətin şərtlər altında işləyirdik. İndiki aktrisaların çəkiliş prosesində istirahət etməyi üçün karavanlar, hər şey var. İndiki aktyorlar daha çox şanslıdırlar. Onlar çəkiliş prosesində bir neçə dəfə səhv edə bilərlər. Bizim dövrümüzdə təkrar çəkilişlər etmə imkanımız yox idi. Çox ekonomik şərtlərlə çəkilişlər edirdik. İndiki aktyorlar bu sıxıntıların heç birini yaşamırlar. O illərin indiki ilə müqayisədə dağlar qədər fərqi var.– Bir türk qadını olaraq aktrisa kimi uğur qazanmaq çətindirmi?
– Bu çox gözəl bir duyğudur. O həyəcanı yaşamaq, həqiqətən, gözəl idi. İstəyirəm ki, bizi yaxşı layihələrdə görsünlər. İndiyə qədər aldığım bütün mükafatları həqiqətən öz alın tərimlə, çalışaraq qazanmışam. Təəssüf edirəm ki, yeni prodüserlər bizləri tanımır.
Qadın olmaq həyata bir addım geridə başlamaqdır. Qadınlara qarşı şiddətin tətbiq edildiyini görəndə çox kədərlənirəm. Kanallarda tez-tez belə xəbərləri izləyirəm. Qadına şiddət və gənc qızlarımızın təcavüzə uğradıqlarını görürük. Qadınlarımıza sahib çıxmaq lazımdır. Bunu nə qədər söyləyiriksə, səhəri gün yenə eyni xəbərlərlə rastlaşırıq. İnşallah, bu hadisələr bitər. Səssiz fəryadlar edirik. Artıq səsimizi duysunlar və qadına şiddətə son versinlər…

Yasir Baba, Ece Esin Gökyokuş
Tərcümə: Xəyalə Rəis

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir