Mozaika Məryəm Əlizadənin zarafat çantası

Məryəm Əlizadənin zarafat çantası

-

TeatrO.az teatrşünas, Əməkdar incəsənət xadimi,  sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadəni doğum günü münasibətilə təbrik edir və tələbələrinin onun haqqında topladığı zarafatları oxuculara çatdırır.

Məryəm Əlizadə Azərbaycanda qeyri-klassik teatrşünaslığın müjdəçisidir. O, təkcə qeyri-klassik yazmır, həm də qeyri-klassik düşünür, qeyri-klassik yaşayır, qeyri-klassik danışır. Heç vaxt hər hansı bir situasiyada Məryəm xanımın hansı ifadəni işlədəcəyini təyin edə bilməzsən. “Filankəsin beyni dolaşıq düşüb”, “səsini öpürəm”, “bir adam öpə bu başdan”, “ləms olmaq”, “zarıncı filankəs”, “həmməşə”, “iki gözüm”, “təşəkkürün böyüyü” və s. Məryəm xanımın çox işlətdiyi ifadələrdir. Bir şakəri də var – özündən yaşca böyük qadınlara “qızım”, kişilərə “oğlum” deyə müraciət edir.

***

Lütfizadənin qeyri-səlis məntiq, Yunqun bilincsizlik, Freydin Psixoanaliz nəzəriyyələrinin və Kvant psixologiyasının nailiyyətlərini Məryəm xanımdan başqa heç kəs gündəlik məişətinə bu qədər bacarıqla tətbiq edə bilməz.
Necə? Beləcə, eşitməmiş olmazsınız, deyirlər: “Mərdi qova-qova namərd edərlər”. Məryəm xanım isə namərdi qova-qova mərdə çevirir. Pis adamlara o qədər “siz gözəl insansınız”, “ürəyimsiniz”, “canımsınız”, “sizdən yoxdur” deyir ki, axırda həmin insanda xarakter dəyişikliyi baş verir. Bu orijinal davranışı o, qeyri-klassik psixologiya ilə əsaslandırır.

***

Məryəm Əlizadənin yaradıcılığının paradiqması prosesdir. Prosesə xidmət edən yalnız Məryəm xanımın yazıları deyil. Proses onun “modus vivendi”sidir. Məryəm xanımın yerişi, duruşu, yeməyi, içməyi, yatmağı, durmağı, bir sözlə – həyatı prosesə xidmət edir. Hətta yuxularını belə prosesin tərkib hissəsi qismində qavrayır.
Məryəm xanım 1 sözü 15 dəfə təkrar eləməklə düşünür ki, bununla görüləcək işi sürətləndirə bilər. Nəticədə qarşısındakı adamın əsəbləri sıradan çıxır, bütün işlər ərəb saçına dönür, kələfin ucunu itirən Məryəm xanım isə iş işdən keçəndən sonra çox sadə bir çıxış yolu tapır. Amma yox… Məryəm xanım üçün heç vaxt iş işdən keçmir. Çünki o, insanların planlarını öz qayda-qanunlarına, prinsiplərinə çox asanlıqla uyğunlaşdırır, nəticədə isə onunla işbirliyində olan hər kəs qeyri-ixtiyari Məryəm xanımın planı ilə hərəkət etməli olur.

***

Məryəm xanımı yaxından tanıyanlar bilməmiş olmazlar ki, əgər o, bir işi çox təcili görməlidirsə, bu, ən tezi 1 aya baş verir. Yox, əgər iş, sadəcə, təcilidirsə, zaman hüdudları 2 aya qədər uzana bilər. Təbii ki, bunun səbəbi yenə də onun səbirsizliyi, unutqanlığı, fövqəladə panika yaratmaq istedadı, aşırı emosionallığı və hər şeyi itirmə alışqanlığı ilə izah olunmalıdır. İtirmək demişkən, Məryəm xanıma ən çox zərbə vuran xüsusiyyəti də onun unutqanlığıdır.
Necə? Beləcə, Məryəm xanım yazını yazır və sonra onu ya avtobusda qoyur, ya getdiyi yerdə itirir, ya da çantasında. Məryəm xanımın çantası isə özəl çantadır. Çanta var, çanta var, bu çanta özgə çantadır… İçinə adam qoysan, o da itər, qaldı ki, əlyazma ola. Bu çantada arxeoloji qazıntılar aparsan, içindən 60-cı illərdən üzü bəri Azərbaycan teatrının ciki də çıxar, biki də…

***

Məryəm xanımda digər insanlardan fərqli olaraq, hipertrafiya aşırı dərəcədədir.
Necə? Beləcə, adi insanlar, məsələn, qulaq ağrısı keçirəndə qulaq uzaq başı 6 faiz şişərsə, bu hal Məryəm xanımda qulağın azı bir 60 qulaq boyda şişməsi ilə nəticələnir. Bəzən bu hal 100, 150 ilə də sonuclana bilər. Başqa bir misal: Siz heç Azərbaycanda hansısa bir mitinqdə 10 min nəfərin bir yerə toplaşdığını görmüsünüz? Heç biz də görməmişik, açığı, heç eşitməmişik də. Amma qəhrəmanımız Məryəm xanım hansı idarəyə gedirsə, növbədə, azı 10 min nəfər adam olur.
Və yaxud həkim müalicə məqsədilə Məryəm xanıma gündə bir qaşıq bal yeməyi məsləhət görərsə, o, müalicə prosesini sürətləndirmək üçün gündə 1 kq balı yeyib, “Ay Elçin, öldüm, ay Elçin, öldüm” deyib panika yarada bilər.

***

Ayaq damarlarının müalicəsi məqsədilə həkim Məryəm Əlizadəyə gündə bir stəkan süddə 4 ərik qurusunu isladıb yeməyi məsləhət görür. Nə az, nə çox – düz 1 litr süddə yarım kilo əriyi isladıb yeyəndən sonra Məryəm Əlizadəni hipertoniya diaqnozu ilə xəstəxanaya aparırlar.

***

Mərhum teatrşünas İnqilab Kərimovla Məryəm Əlizadə Gəncə teatr festivalı zamanı otelin yeməkxanasında səhər yeməyi yeyirlər. İnqilab müəllim Gəncə teatrının tarixindən danışıb, sözlərini bu cümlələrlə bitirir: “…bax, Gəncə teatrının belə müqtədir sənətkarı olub”. Hövsələsi daralmış Məryəm xanım onun sözünü tələsik təsdiqləyib üzünü ofisianta tutur: “Bəli bəli, olduqca qüdrətli sənətkarlar idilər… Hətta… Oğlum, o qaymaqdan mənə də gətirə bilərsiz?”

***

Teatrşünas-alim İsrafil İsrafilovla Çinə səfərə hazırlaşan Məryəm xanım:
-Ay Könül, mən öləcəm, ay Könül, mən boğulacam, ay Könül, nəfəsim çatmayacaq.
-Niyə, Məryəm xanım, nə olub?
-Sən təsəvvür eləyə bilirsən, Çində 1 milyard adam nəfəs alır, mənə oksigen çatmayacaq.

***

Xalq artisti Ramiz Novruzovla qarşılaşan Məryəm Əlizadə:
-Ramiz müəllim, qohumlarım dünən sizin tamaşanıza gəlib baxıblar. Sizi o qədər bəyəniblər, o qədər bəyəniblər. Gələndən, ancaq sizdən danışırlar.
Ramiz Novruz çaşqın:
-Hansı rolumdan, Məryəm xanım?
-Şah Qacar.
-Axı, “Şah Qacar”da mən oynamıram.
Özünü itirməyən Məryəm xanım:
-Bəs hansında oynayırsınız?
-“Boy çiçəyi”ndə
-Eybi yox, deyərəm, gəlib ona da baxarlar.

***

Məryəm xanım onu tanıdığımız ilk gündən bizim üçün “mehriban insan”, “qayğıkeş müəllim” statusunda idi. Zaman onu bizə daha da yaxınlaşdırdı və o, “əsl dostumuz”, “sirdaşımız” oldu. Daha sonra zaman onu bizim istənilən məsələ ilə bağlı problemlərimizi çözən “qorucuyu mələyimizə” çevirdi – o, bizim üçün “Məryəm ana” oldu.
Siz hər zaman bizi qorudunuz, Tanrı da sizi qorusun…

Hazırlayan: Məryəm Əlizadənin tələbələri Elçin Cəfərov, Könül Əliyeva-Cəfərova

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik