Ana səhifə » Təhsil » Məryəm Əlizadə – “Teatr dünyasına açılan pəncərə…”

Son yazılar

Afişa
Avqust 23, 2019

3-cü M.A.P Beynəlxalq Teatr Festivalı başlayır

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Məryəm Əlizadə – “Teatr dünyasına açılan pəncərə…”

Teatro.az  69 yaşının tamam olması münasibətilə  ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar incəsənət xadimi Məryəm Əlizadənin “Teatr dünyasına açılan pəncərə…” adlı məqaləsini təqdim edir.

Mirzə Fətəli Axundzadə 1850-1855-ci illərdə yazdığı altı komediya ilə nəinki Azərbaycanda, həmçinin yaxın Şərqdə dramaturgiyanın əsasını qoymuşdur. Bu fakt bütün türk mədəniyyəti üçün əlamətdar hadisə hesab olunur. 1873-cü il 10 mart tarixində professional milli Azərbaycan teatrının əsası məhz M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşası ilə qoyulmuşdur. Mütərəqqi Avropa düşüncəsinin vasitəsiylə dünya mədəniyyətinə yol açan M.F.Axundzadə xalqın mədəni və mənəvi tərbiyəsində teatr sənətinin misilsiz əhəmiyyətini dərk edərək təkbaşına institussional teatr düşüncəsini  yaratmağa qalxdı. Bu gün tam məsuliyyətlə deyə bilərik ki, bu nəhəng işi M.F.Axundzadə görə bildi və teatr tarixinin özünəməxsus qanunlarına baxmayaraq, məhz “M.F.Axundzadə ənənəsi” Azərbaycan teatr prosesimizdə aparıcı oldu. Bununla, M.F.Axundzadə Avropa modelli teatrın etimologiyasından bəlli olan (txeatron-baxmaq, seyr etmək) təbiətini həssaslıqla bərpa etmiş olur və konfliktin həllinin, mənaların, məqsədlərin, tip və xarakterlərin realizəsinin son dərəcə əyani şəkildə verilməsini təmin edir. Komediyaların daxili struktur quruluşu və onun kompozisiya təzahürləri göstərir ki, M.F.Axundzadə poetikası ənənəvi sənət təfəkürünün zamana münasibətini iqnorizə edir, ona məhəl qoymur. M.F.Axundzadənin  pyeslərində məkan son dərəcə konkret, coğrafi  koordinatları olan ünvanlardır, ənənəvi sənət təfəkkürü bu cür dəqiqləşmədən bir qayda olaraq çəkinib, göstərilən koordinatlar isə elə mücərrəd, elə ümumi xarakter daşıyır ki, mif, epos, dastan qəhrəmanlarının “fəaliyyət” göstərdikləri  məkanın lokallaşdırılmasına ehtiyac olmur.

M.F.Axundzadənin pyesləriylə teatr prosesimizə kauzal konflikt anlayışı daxil oldu və uzun bir müddət ekzistensional konflikt teatr poetikasından uzaqlaşdı. Bu hal həm də onunla bağlıdır ki, M.F.Axundzadə poetikasının konflikti sakral (İlahi)   keyfiyyətlərini son dərəcə yumşaldaraq əsasən ictimai, sosial xassəli mənəvi problematikanı üstün tutdu. Təbii ki, bu təsadüfi hal deyildi, sözügedən üsul M.F.Axundzadənin fəlsəfi-etik və sosial-ictimai əqidəsindən qaynaqlanırdı və müəllifin didaktik (tərbiyəvi) məqsədlərini  gücləndirməyə xidmət edirdi.

M.F.Axundzadənin teatr poetikasının özülündə “seyr” xassəsi  durduğundan bütün digər kateqoriyalar onun tələbi ilə realizə olunur. “Seyr” xassəsi bütün mənaların, hətta məna çalarlarının əyaniləşməsini təyin edir, buna görə də M.F.Axundzadə poetikasının dil-ifadə vasitələri sırasından eyham, mətnaltı məna, məcaz, müəyyən mənada hər cür “qıfılbəndlər”, sirlər tamamilə xaric olunur. Hər şey sözlə ifadə olunmalıdır: personajları, düşüncələri, duyğuları, müəllifin mövqeyi, ideyaları bəyan olmalıdır. Mənəvi nəsihətləri daha anlaşıqlı, daha doğma etmək üçün M.F.Axundzadə ənənəvi  xalq gülüş mədəniyyətinin (“karnaval estetikasının”) lətifə, mövzu və kompozisiyalarından  faydalanmışdı. Bu arxetipik mövzuların təsir  enerjisi  son dərəcə güclü olduğundan M.F.Axundzadə sözügedən enerjini didaktik  məqsədlərinə uyğun qabarıq, əyaniləşmiş xarakterik tiplərin “sərgüzəştlərində” istifadə edirdi. M.F.Axundzadə poetikasının personajları məhz personifikasiya olunmuş mənəvi-psixoloji kateqoriyalar olduğundan biz onları “xarakterik  tiplər” adlandırırıq: sırf xalis tip olmaq üçün onlara mane olan canlılıqdır, dolğun xarakter səviyyəsinə  yüksəlişi əngəlləyən isə “müəllif  iradəsi”nə möhkəm bağlılıqlarıdır.

“Seyr” xassəsi əsərin zahiri quruluşunu – kompozisiyasını da təyin edir: bir qayda olaraq pyeslərin hamısı qısadır, kiçik həcmlidir, altı komediyadan üçü 4 məclis  (pərdə), ikisi üç və yalnız “Hacı Qara” 5 məclisdən ibarətdir. Bu da M.F.Axundzadə poetikasının ənənəvi sənət  təfəkkürünün  bədii- psixoloji qavrayış mexanizmləri  ilə dialektik  təzadda  olmasından  xəbər  verir: tamaşaçı  bütün önəmli informasiyanı  pyesdən alır, ideya və duyğular ona səhnədən təlqin olunur, odur ki, onun fərdi yaddaşı, iç dünyasının yaradıcılıq potensialı nəzərə alınmır. Buna görə də bu  “təlqin” zamanını M.F.Axundzadə ölçüb-biçib: bu poetikalı əsərlər “uzun” olsa təlqin gücü azalar, əsəri böyütmək istəyi isə mütləq əyləncəli, “güldürməli” elementlərin artırılması məcburiyyəti ilə bağlıdır. Bu halda isə əsərin tərbiyəvi, didaktik gücü azalar – komediya didaktik mənada amorf (yöndəmsiz) olar, “gülüşün” artması nəsihəti yüngülləşdirir.

M.F.Axundzadənin  komediyalarını vahid  bir sistem  kimi  götürsək, onun çərçivəsində sosial düşüncəmizin başlıca  mövzularının  əhatə olunduğunu görərik. Bu mövzuları ümumiləşdirsək,  universal bir sitem yaranır: a) hiyləgərlik və hərislik; b) elm və mövhumat; c) igidlik və qorxaqlıq; d) idarəçilik və intriqabazlıq ; f) ticarət və mənəviyyat; g) hüquq və riyakarlıq. Mövzuların həllini stimullaşdıran “məkr və məhəbbət” motivləri bir qayda olaraq ornament fuksyasını yerinə yetirir və həlledici amil olmur. Ənənəvi teatr düşüncəsiylə  müqayisədə “eşq”, “ehtiras”, “eşq yolunda fədailik” motivləri son dərəcə yumşaldılmış, “abır-həya” kontekstində  realizə olunur. Məhəbbət səhnələrində sevənlərin  hisslərindən daha çox qayğıları ön plana çəkilir, münasibətləri platonik xarakter daşıyır, seksual başlanğıc isə demək olar ki, heç nəzərdə  tutulmur. Aydın məsələdir  ki, “seyr” tələbatı ənənəvi sənət təfəkkürünü erotik, şəhvətli, son dərəcə çılğın ehtirasları təsvir etməkdən imtina etməyə məcbur edir, odur ki, çoxəsirlik ənənəylə  müqayisədə göstərilən poetikada dediyimiz məqam sönük və solğun görünür. Əvəzində isə məhz bu poetika çərçivəsində “qadın-kişi” münasibətləri, demək olar ki, eyni hüquqlu şəxslərin “mübarizə-işbirliyi” kimi təqdim olunur.

Milli teatr prosesimizin M.F.Axundzadə ilə başlanan mərhələsi bütün başqa  səciyyələrlə  yanaşı, potensial  enerjiyə  yiyələnməsiylə  xarakterizə olunur. Belə ki, M.F.Axundzadə  öz  məqsədinə – milli teatr təsisatını (institutunu)  yaratmaq məqsədinə çatmasa da, milli mədəni təfəkkürümüzə  haçansa açıq-aşkar hərəkətə gələn, törəyən və dəyişən tam yeni enerji növünü  daxil etməyə  müyəssər oldu. Yalnız zaman məsafəsindən, bəlli  mədəni distansiyadan  görünür ki, obyektiv olaraq bu enerji  çox dinamik, təzadlı, amma tədricən milli  xarakter alan teatr  prosesinə  təkan  verdi. Özünü “seyr” poetikasında  ilk olaraq biruzə verən milli, peşəkar (institussional) teatr prosesinin dinamika potensialı (enerjisi) tarixi  inkişafın  surət  və  təzahürlərini  tələb  olunan  qədər təmin etmiş oldu.

146 yaşlı Azərbaycan teatrını təmsil edən bütün sənət ocaqlarında M.F.Axundzadənin pyesləri əsasında hazırlanan tamaşaların sayəsində neçə-neçə rejissor və aktyor nəsilləri yetişibdir. İnanıram ki, M.F.Axundzadənin pyesləri osmanlı türkcəsinə tərcümə olunaraq qardaş ölkənin teatrlarında tamaşaya qoyularsa, bu Türkiyə teatr prosesi üçün əlamətdar və təkanverici amil rolunu oynaya bilər.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir