Ana səhifə » Mozaika » “Mən və O”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

Müsahibə
İyun 20, 2019

Xəyalə Rəis – Səhnədə 400 qərənfili öldürən ingilis tamaşası 

“Mən və O”

Teatro.az saytının “Mən və O” layihəsinin ilk qonağı Respublikanın Əməkdar artisti Şövqi Hüseynov və həyat yoldaşı Gənc Tamaşaçılar Teatrının aktrisası Şəbnəm Hüseynovadır.

1.  Sevdiyiniz teatr?

Şövqi Hüseynov:

Mən: M.Zaxarovun “Lenkom” teatrını çox sevirəm.

O: Gənc Tamaşaçılar Teatrını sevir.

Şəbnəm Hüseynova:

Mən: Gənc Tamaşaçılar Teatrını sevirəm.

O: Gənc Tamaşaçılar Teatrını sevir.

2. Sevdiyiniz aktyor/aktrisa?

Şövqi Hüseynov:

Mən: Əslində, sevdiyim aktyor-aktrisa çoxdur. Məlik Dadaşov, Zərnigar Ağakişiyevanın adını çəkə bilərəm.

O: Məni bir aktyor kimi sevib, sonra biz ailə həyatı qurmuşuq. Sevdiyi aktyor Şövqi Hüseynov, aktrisa Şəfiqə Məmmədova deyə bilərəm.

Şəbnəm Hüseynova:

Mən: Şəfiqə Məmmədova, Merill Strip, D.Hoffman, Şövqi Hüseynov sevdiyim sənətkarlardır.

O: Şəfiqə Məmmədova və Robert de Nironu çox sevir.3. Sevdiyiniz rejissor?

Şövqi Hüseynov:

Mən: Cənnət Səlimova.

O: Cənnət Səlimova.

Şəbnəm Hüseynova:

Mən: Cənnət Səlimova.

O: Cənnət Səlimova.


4. Sevdiyiniz tamaşa/film?

Şövqi Hüseynov:

Mən: C.Səlimovanın “Şeyx Sənan” tamaşası və “Yaşıl mil” (Frank Darabont, 1999) filmi

O: “İtlər” (“Axırıncı qatar”, rejissor C.Səlimova) tamaşasını və  “Köhnə tüfəng” (Robert Enrico, 1975) filmi

Şəbnəm Hüseynova:

Mən: “İtlər” tamaşası və “Ata” və (Vladimir Maşkov, 2004), “Bəyin oğurlanması” (Ceyhun Mirzəyev, Vaqif Mustafayev, 1985) filmləri.

O: “Şeyx Sənan” (rejissor C.Səlimova) tamaşası, “Xaç atası” (Frensis Ford Koppola, 1972), “Qəm yemə” (Georgi Daneliya, 1969) filmləri.

5. Sevimli rolunuz?

Şövqi Hüseynov:

Mənim: Poprışşin (“Dəlinin qeydləri”)

Onun:  “İtlər” tamaşasında Malış rolu. 

Şəbnəm Hüseynova:

Mənim: Malış (“İtlər”).

Onun: Şeyx Sənan (“Şeyx Sənan”), Riçard (“III Riçard”) və Məşədi İbad (“O olmasın, bu olsun”).

6. Sevdiyiniz rəssam?

Şövqi Hüseynov:
Mən: Səttar Bəhlulzadə

O: Səttar Bəhlulzadə

Şəbnəm Hüseynova:

Mən: Van Qoq

O: Səttar Bəhlulzadə
7. Sevimli şairiniz?

Şövqi Hüseynov:

Mən: Mikayıl Müşfiq

O: Nigar Rəfibəyli

Şəbnəm Hüseynova:

Mən: Ramiz Rövşən, Bəxtiyar Vahabzadə

O: Mikayıl Müşfiq


8. Tez-tez dediyiniz şeir?

Şövqi Hüseynov:

Mən: Ümumiyyətlə, mən şeir deməyi xoşlamıram.

O: Tez-tez şeir səsləndirmir.

Şəbnəm Hüseynova:

Mən: R.Rövşənin “Yağış yuyur, gün qurudur” şeiri.

O: Şeir deyən deyil

9. Sevdiyiniz yazıçı?

Şövqi Hüseynov:

Mən: Mirzə Cəlil.

O: Orxan Pamuk.

Şəbnəm Hüseynova:

Mən: Hüseyn Cavid, Xalid Hüseyni

O: Hüseyn Cavid

10. Sevdiyiniz dramaturq?

Şövqi Hüseynov:

Mən: Mirzə Cəlil

O: Hüseyn Cavid

Şəbnəm Hüseynova:

Mən: H.Cavid, E.de Filippo

O: H.Cavid, E.de Filippo
11. Oynamaq istədiyiniz rol?

Şövqi Hüseynov:

Mən: Mənim elə bir nisgilim yoxdur.

O: Mirzə Cəlilin “Dəli yığıncağı”nda Pırpız Sonanı oynamaq istəyir.

Şəbnəm Hüseynova:

Mən: O qədər var ki…

O: Dəqiq deyə bilmərəm

12. Sevdiyiniz bəstəkar?

Şövqi Hüseynov:

Mən: Qara Qarayev

O: Elza İbrahimova

Şəbnəm Hüseynova:

Mən: Ü.Hacıbəyli, C.Cahangirov, E.İbrahimova

O: E.İbrahimova, O.Kazımi, Ü.Hacıbəyli, A.Səmədzadə

13. Ən çox dinlədiyiniz musiqi?

Şövqi Hüseynov:

Mən: Klassik milli bəstəkarların əsərlərini dinləməyi sevirəm.

O: Milli musiqiləri, muğamı daha çox sevir.

Şəbnəm Hüseynova:

Mən: Xalq mahnılarını dinləməyi sevirəm.

O: A.Mironova, caz musiqilərinə qulaq asır.
14. Sevdiyiniz müğənni?

Şövqi Hüseynov:

Mən: Gülağa Məmmədov.

O: Nəzakət Teymurova.

Şəbnəm Hüseynova:

Mən: Nəzakət Teymurova, Aygün Bayramova, Mənsum İbrahimov

O: Alim Qasımov, Sabir Mirzəyev

15. Sevdiyiniz rəng?

Şövqi Hüseynov:

Mən: Ağ rəng

O: Al rəngləri daha çox sevir.

Şəbnəm Hüseynova:

Mən: Çəhrayı rəngin bütün çalarları və qara

O: Göy və yaşıl


16. Sevdiyiniz şəhər?

Şövqi Hüseynov:

Mən: Birmənalı Bakı

O: Bakı

Şəbnəm Hüseynova:

Mən: Xüsusi sevdiyimiz şəhər yoxdur, adətən, getdiyimiz hər yerə asanlıqla uyğunlaşırıq.

O: Qədim tarixi məkanları olan şəhərləri sevir.

17. Sevdiyiniz fəsil?

Şövqi Hüseynov:

Mən: Yaz fəsli

O: Yaz fəsli

Şəbnəm Hüseynova:

Mən: Yaz

O: Yaz. Yayı isə sevmir, çünki tamaşa oynaya bilmir.


18. Tez-tez züm-zümə elədiyiniz mahnı?

Şövqi Hüseynov:

Mən: Züm-zümə eləmək hala bağlıdır. Darıxanda Tofiq Quliyevin “Axşam” mahnısını züm-zümə eləyirəm.

O: Adətən mahnı züm-zümə eləmir.
Şəbnəm Hüseynova:

Mən: Əhvalıma görə dəyişir, amma ümumilikdə xalq mahnılarını züm-zümə eləməyi sevirəm.

O: Səid Rüstəmovun “Getmə, getmə” mahnısı.

19. Oxuduğunuz sonuncu kitab?

Şövqi Hüseynov:

Mən: M.Çexovun “Aktyor texnikası barədə” kitabını oxumuşam.

O: Xalid Hüseyninin “Çərpələng uçuran” əsərini oxuyub sonuncu dəfə.

Şəbnəm Hüseynova:

Mən: X.Hüseyninin əsərləri və S.Qippiusun “Aktyor treninqləri” kitabı.

O: M.Çexovun “Aktyor texnikası barədə” kitabı.


20. İfanızda ən bəyəndiyi obraz?

Şövqi Hüseynov:

Mən: “Dəlinin qeydləri”ndə Poprışşini mən artıq 25 ildir oynayıram. Çox sevirəm o rolu.

O: İfamda bəyəndiyi obraz ilk dəfə gördüyü Don Rafaelo Trombonçu olub, məncə.

Şəbnəm Hüseynova:

Mən: Mən onun ifasında Kantrabasçı (“Kantrabas”) və Məşədi İbad (O olmasın, bu olsun) rollarını bəyənirəm.

O: O, mənim Malış (“İtlər”) və Böyükxanım (“Aydın”) rollarımı bəyənir.

21. Boş zamanlarında sevdiyi məşğuliyyəti, bəs, sizin?

Şövqi Hüseynov:

Mən: Əvvəllər boş zamanımda teatrların, tamaşaların maketlərini düzəldirdim, amma indi boş vaxtım olmur.

O: Hal-hazırda neçə illərdir oğlumuzla zaman keçirməkdir.

Şəbnəm Hüseynova:

Mən: Bütün boş zamanlarım Ülvinindir (oğlu – red.)

O: Ülvi ilə filmə baxmağı sevirlər.

22. Onun bilmədiyi bir şeyi etiraf edin.

Şövqi Hüseynov: Çalışıram ondan heç nə gizlətməyim. Elə bir etirafım yoxdur.

Şəbnəm Hüseynova: Zamana uyğunlaşa bilməməyimin, astagəlliyimin öhdəsindən gəlmək üçün böyük cəhdlər göstərirəm, treninqlər edirəm, özümlə söhbətlər aparıram. Hamısı ona gorə ki, təki Şövqi hirslənməsin, səbrsizlənməsin.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir