Xəbər Məhəmməd: Allahın elçisi

Məhəmməd: Allahın elçisi

-

İran Mədəniyyəti Günləri çərçivəsində mayın 28-də Nizami Kino Mərkəzində rejissor Məcid Məcidinin “Məhəmməd: Allahın elçisi” bədii filmi nümayiş etdirilib. Ekran əsərinin nümayişindən əvvəl İranın Farabi Kino Fondunun icraçı müdiri Əlirza Tabeş çıxış edərək iki ölkə arasında mədəni əlaqələrin daha da genişlənməsi baxımından bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb. Əməkdar İncəsənət Xadimi Ayaz Salayev İran kinosunun yeniliklərindən söz açıb. Diqqətə çatdırıb ki, iranlı kinematoqrafçılar real hadisələri ekrana gətirməklə tamaşaçıları həyata daha geniş gözlə baxmağa sövq edir. Filmin rejissoru Məcid Məcidi dünyanın onlarca ölkəsində böyük maraqla qarşılanan ekran əsərinin İran kino tarixində ən böyük büdcəli film olduğunu bildirib: “Film iki il ərzində aparılan araşdırma və 5 il davam edən çəkilişlər əsasında ərsəyə gəlib. Ekran əsəri üçün ümumilikdə 30 milyon dollar xərclənib. 2015-ci ildə tam hazır olan filmdə Sareh Bayat, Mohsen Tanabandeh, Rana Azadivar, Ali Reza Shoja-nuri və Mina Sadati rol alıb. Filmin baş operatoru “Oskar” mükafatına layiq görülmüş italiyalı Vittorio Storaro, bəstəkarı “Oskar” laureatı hindistanlı Allah-Raxa Rəhman, prodüseri Mark Cozefdir. Mahnıları tanınmış bəstəkar-müğənni Sami Yusif ifa edir. Trilogiyanın ilk hissəsi olan 171 dəqiqəlik filmdə Həzrət Məhəmmədin 13 yaşınadək olan həyatı vǝ o dövrdǝ Məkkədə cǝrǝyan edǝn hadisǝlǝr təsvir olunur. Filmin məqsədi İslam dininin mahiyyətini dünyaya tanıtmaqdır”. Azərbaycanda İran Mədəniyyəti Günlərinin keçirilməsini yüksək dəyərləndirən rejissor dövlət rəsmilərinin müştərək görüşləri və razılaşmaları çərçivəsində iki ölkənin kino mütəxəssisləri arasında əməkdaşlığın inkişaf edəcəyinə ümidvar olduğunu deyib. Sonra film nümayiş olunub. Tamaşaçılar “Məhəmməd: Allahın elçisi” bədii filmini rəğbətlə qarşılayıblar. Azərtac.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik